Məhkəmə qərarları › İş №3(002)-331/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-331/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-331/2024 29.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Hüquqi şəxs "xxxx" MMC-nin direktoru Pərviz Məmmədov tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Hüquqi şəxs "xxxx" MMC-nin direktoru X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək; “cavabdeh Xətai RPİ-nin DYPŞ-sı tərəfindən əsassız tərtib edilmiş İXP ******* nömrəli protokol və cərimə qərarının ləğv olunmasını və məhdudiyyətin (həbsin) aradan qaldırılmasını” xahiş etmişdir. Məhkəmə, bir nüsxədən ibarət şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, qeyd olunan şikayətə barəsində mübahisələndirilən qərarın surəti əlavə edilmədiyindən həmin qərardan "xxxx" MMC-nin şikayət vermək hüququnun olubolmamasını, eləcə də həmin qərardan hansı məhkəməyə şikayət vermək hüququnun olubolmamasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində göstərilir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərindən aydın olur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: "xxxx" MMC-nin direktoru Pərviz Məmmədov tərəfindən verilmiş şikayət geri qaytarılsın. "xxxx" MMC-nin direktoru Pərviz Məmmədova izah edilsin ki, mübahisələndirdiyi inzibati xəta haqqında protokolu və inzibati tənbeh vermə haqqında qərarı da (əgər belə bir qərar qəbul edilmişdirsə) şikayət ərizəsinə əlavə etməklə inzibati xətanın törədildiyi ərazi üzrə məhkəməyə müraciət edə bilər. "xxxx" MMC-nin direktoru Pərviz Məmmədova izah edilsin ki, barəsində qəbul edilmiş qərarın surətinin səlahiyyətli orqan tərəfindən ona verilməsindən imtina ediləcəyi təqdirdə həmin orqanın hərkətindən (hərəkətsizliyindən) aidiyyatı üzrə inzibati məhkəməyə şikayət vermək hüququ vardır. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar