Məhkəmə qərarları › İş №3(002)-332/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-332/2021

05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-332/2021 05.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru polis baş leytenantı X4, Qaradağ RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru polis serjantı X5, DİN-nin ƏÇPA-nın 10-cu patrul bölüyünün polis nəfərləri polis serjantları X2 və X3, 10 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1979-cu il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Masallı rayonu, Kürdəbaz kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-dən daxil olmuş materiala məhkəmnin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 14:00 radələrində polis əməkdaşlarına tabesizlik göstərərək, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx xxxxxx 2021-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru polis baş leytenantı X9 protokolu müdafiə edərək bildirmişdir ki, sürücü Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat təxminən 14:00 radələrində sürücülük hüququ olmadan “Daf” markalı yük avtomobilini idarə edərkən manevr qaydalarını pozduğu üçün Bakı şəhəri, Qaradağ rayonu, “Meyvəli” TM-nin dairəsində YPX əməkdaşı onu saxlayan zaman qanuni tələblərinə tabe olmayaraq özünü təqdim etməkdən imtina edərək hər-hansı bir sənəd təqdim etməmiş, polisin qanuni tələblərinə tabe olmayaraq hadisə yerindən uzaqlaşmağa cəhd göstərmiş və təxminən otuz dəqiqə müddətində polisin iş rejimini pozmuşdur. Buna görə də Şəxs barəsində xx xxxxxx 2021-ci il tarixdə MN 07989651 saylı inzibati protokol tərtib edilmişdir. O öz izahatında əlavə olaraq bildirmişdir ki, inzibati xəta törətmiş şəxs Şəxs polis bölməsinə gətirilmiş, orada da özünü təqdim etməkdən imtina etmiş, lakin çətinliklə də olsa onunla aparılan izahedici söhbətlərdən sonra şəxsiyyətini müəyyən etmək mümkün olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru polis serjantı X12 öz izahatında bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə saat 14:00 radələrində Xocahəsən yolu istiqamətində xidmətdə olduğu zaman ** CB *** dövlət qeydiyyat nişanlı “DAF” yük markalı avtomobilin manevr qaydalarını pozuduğunu görmüş və həmin avtomobilin arxasınca sürüb saxlama işarəsi vermişdir. Həmin an avtomobilə saxla əmri verdikdən əvvəl “Daf” yük markalı avtomobilin sürücüsü yolun sağ hissəsində torpaqlıq hissədə durmuş və ona saxla əmri verildikdə isə sürücü qəsdən avtomobili bir qədər irəli sürərək yolun sağ istiqamətində su ilə dolu sahəyə sürmüşdür. Daha sonra isə o xidməti avtomobildən düşərək sürücü tərəfə getmək istədikdə orada su olduğundan avtomobilə yaxınlaşa bilməmiş və sürücüyə bir qədər irəli sürməsini xahiş etmişdir. Bundan sonra o, sürücüyə yaxınlaşmış özünü təqdim etmiş və ona yol hərəkəti haqqında qanunu pozduğunu bildirərək özünü və sənədlərini təqdim etməsini xahiş etmişdir. Sürücü avtomoildə olarkən onunla sərt danışaraq ona “özünü düz əməlli təqdim et” deyib qapıları kilidləyərək hadisə yerindən uzaqlaşmaq istəmişdir. O isə sürücünü nizam-intizama dəvət edərək sakitləşməsini və polisin qanuni tələblərinə riayət etməsini bildirmişdir. Sürücü isə əksinə daha da aqressivləşərək avtomobildən enərək bilərəkdən yaxınlıqda digər şəxslərin olmasını görüb səs-küy salaraq orada olan şəxslərin diqqətini özünə çəkmək istəmişdir. O sürücüyə dəfələrlə sakit olmasını, polis əməkdaşının qanuni tələblərinə riayət etməsini tələb etsə də, sürücü və onun yanında olan qardaşı hadisə yerindən uzaqlaşıb “biz çay içməyə gedirik” deyərək hadisə yerindən yanınmağa cəhd göstərmək istədikdə o, sürücünün qolunan tutaraq hadisə yerindən yanınmamasını, əks halda onun polisin qanuni tələblərinə riayət etmədiyindən barəsində protokol tərtib ediləcəyini xəbərdar etmişdir. Sürücü bu sözlərdən daha da aqressivləşərək onun polis əməkdaşı deyil sanki “reket” olduğunu demişdir. O, sürücünün sakitləşməyəciyini görüb ərazidə xidmət aparan ƏÇPA əməkdaşlarından kömək istəmişdir. Bundan sonra hadisə yerinə ƏÇPA əməkdaşları gəlmiş və onları polis bölməsinə aparmışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, sürücüyə qarşı hər-hansı bir qanunsuz hərəkətlər olmamış, özünü təqdim etməklə döş nişanı üzərində olmuş, lakin yaxasında video müşahidə cihazı olmamışdır. Sürücünün onun barəsində dedikləri böhtan xarakterli və inzibati məsuliyyətdən yanınması üçün qəsdən uydurulmuşdur. Belə ki, əgər onun tərəfindən sürücüyə qarşı hər-hansı bir qanunsuz hərəkətlər etmiş olsaydı belə, sürücünün ondan şikayət etmək hüququ vardır. Bu isə yenə də sürücünün polis əməkdaşının qanuni tələblərinə riayət etməməsi üçün əsas ola bilməzdir. Belə ki, Azərbaycan Respublikası Polis Haqqında Qanunun 7-ci maddəsinin İ-ci bəndinin tələblərindən göründüyü kimi, polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir, İİ-ci bəndinin tələblərindən güründüyü kimi Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər, İİİ-cü bəndinin tələblərindən göründüyü kimi polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. O öz izahatında daha sonra bildirmişdir ki, hadisə vaxtı müəyyən olundu ki, sürücü olan həmin şəxs, yəni Şəxs heç bir sürücülük vəsiqəsi və hüququ olmadan qeyd olunan avtomaşını idarə etmişdir. Qeyd olunanlara əsasən sürücünün inzibati məsluyyətə cəl olunaraq barəsində inzibati qayda həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən DİN-nin ƏÇPA-nın 10-cu patrul bölüyünün polis serjantı X7 öz izahatında bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə təxminən saat 14:12 radələrində “Sədərək” TM-nin ərazisində xidmətdə olarkən ratsiya vasitəsilə Qaradağ rayonu, “Meyvəli” TM-nin dairəsinə yaxın yerdə DYPŞ əməkdaşının köməyə ehtiyacı olduğu üçün xidmət yoldaşı polis serjantı X10 ilə həmin əraziyə gəlmişlər. Oraya çatanda YPX inspektoru X12 “Daf” markalı yük avtomobilin sürücüsünün ona tabe olmadığını, heç bir sənəd, o cümlədən özünü təqdim etmədyini və onunla aqressiv danışaraq mübahisə etdiyi və hadisə yerindən yayınıb getmək istədiyini bildirmişdir. Həmin şəxsi, yəni sonradan polis bölməsində şəxsiyyəti müəyyənləşmiş Şəxs yaxınlaşaraq özlərini təqdim edərək bölməyə getməli olduğunu bildirmişlər. Həmin şəxs əvvəlcə getməkdən imtina edərək nalayiq ifadələr və təhqiramiz sözlər işlətməyə başlamışdır. Bundan sonra həmin şəxsin qardaşı X11 müdaxiləsindən sonra Ruslan bölməyə getməyə razılıq vermişdir. Ruslan xidməti avtomobildə də olarakən, öz qanunsuz hərəkətlərini davam etdirərək nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən DİN-nin ƏÇPA-nın 10-cu patrul bölüyünün polis serjantı X8 öz izahatında polis serjantı X3 göstərdiklərini təsdiq edərək eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə qardaşı Xəlilov Elşad və Elşadın oğlu ilə birlikdə qardaşının şəhid olmuş oğlunun sənədləşmə işi ilə əlaqədar Bakı şəhərində gəlmişlər. Elə həmin gün işlərini qurtardıqdan sonra Xocahəsən yolu ilə yaşadıqları rayona, yəni Masallıya qayıdarkən qardaşı yorğun olduğu üçün idarə etdiyi “Daf” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün ona vermişdir. Onun sürücülük vəsiqəsi olsa da, lakin müddəti bitmişdir. Onlar ac və susuz olduğları üçün Qaradağ rayonu, “Meyvəli” TM-nin dairəsinin yaxınlığında avtomobili saxlayıb çay içmək istəmişlər. Həmin vaxtı avtomobili yolun sağ hissəsində nisbətən yola yaxın saxladığı üçün bir qədər irəli sürüb düzgün qaydada park etmək istəyərkən YPX əməkdaşı öz xidməti avtomobilində ona saxla əmri vermiş və o yolun sağ hissəsində bir qədər irəli sürüb avtomobili düzgün saxlamışdır. Polis əməkdaşı ona yaxınlaşdıqda o avtomobili yolun sağ hissəsində su ilə dolu ərazidə saxladığından avtomobili bir qədər yenə də irəli sürmək istədiyini bildirmiş, polis əməkdaşı isə ona “korsan? Görmürdün ora su ilə doludur!” deyə ifadələr işlətmişdir. Həmin an isə o polis əməkdaşına “kor özünsən” demiş və polis əməkdaşına özünü düzgün qaydada və tərzdə təqdim etməsini tələb etmişdir. Bundan sonra isə polis əməkdaşı özünü təqdim etməyərək ondan sənədlərini tələb etdiyi üçün aralarında mübahisə yaranmışdır. Daha sonra isə o avtomaşından enib polis əməkdaşına “sən polissən, yoxsa reket?” sualını verdikdə polis əməkdaşı onunla aqressiv danışaraq “hə reketəm, sonra?!" demiş o isə “səni bu vəzifəyə kim qoyub?” soruşduqda polis ona “dədəm qoyub” cavabını vermişdir. O isə polisə “onda atanda yəgin mafiya başçısıdır” demişdir. Polisdə ona “hə atamda mafiya başçısıdır” deyə bildimişdir. Bu an qardaşı Elşad onun polis əməkdaşı ilə aralarında mübahisə yarandığını görərək yaxınlaşmış və ona övladının Şəhid olmasını, əlavə mübahisənin yaratmamasını xahiş etmişdir. Lakin polis əməkdaşı öz qanunsuz hərəkətlərini davam etdirərək ondan sənədlərini tələb etmiş o isə öz növbəsində heç bir sənəd təqdim etməmiş, belə ki, polis əməkdaşı özünü düzgün təqdim etməmiş və döş nişanı da olmamışdır. Bundan sonra onlar çay içmək istədkilərini bildirdikdə polis əməkdaşı ilə aralarında mübahisə dahada aqressivləşmiş və polis əməkdaşı onun qolundan bərk şəkildə tuturaq əynindəki gödəkçəsinin qolunu dartaraq cırmışdır. O hadisə zamanı dərhal 102-ə zəng zəng etmiş və polis əməkdaşının qanunsuz hərəkətlərindən şikayət etmişdir. Daha sonra hadisə yerinə əlavə kömək gəlmiş və onu polis bölməsinə aparmışlar. Polis bölməsində isə DYP əməkdaşından şikayətçi olduğunu və özünü düzgün formada təqdim etmədiyindən sənədlərini polisə təqdim etməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X13 öz izahatında qardaşı Şəxs göstərdiklərini bir daha təstiq edərək bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə özünə məxsus “Daf” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomaşınla Şəhid olmuş oğlu X1 işi ilə bağlı Bakı şəhərində gəlmişlər. Onunla birlikdə digər oğlu və qardaşı Ruslanda gəlmişlər. Geri qayıdarkən yorğun olduğu üçün avtomobili qardaşı idarə etmişdir. “Meyvəli” TM-nin dairəsinin yaxınılığında çay içmək və nahar etmək üçün avtomobili yolun kənarında saxlayan zaman tanımadıqları DYP əməkdaşı onlara yaxınlaşaraq qardaşından sənədləri tələb etmişdir. Qardaşı isə maşını biraz irəli sudan kənara çıxartmaq istədikə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı avtomoildən düşərək onlara yaxınlaşmış və qardaşı ona bildirmişdir ki, polis əməkdaşı ona “korsan” demişdir. Lakin özü şəxsən bu ifadə eşitməmişdir. Lakin polis əməkdaşının üzərində xidməti nişan olmamış və özünü qanuni şəkildə təqdim etməmişdir. Buna görə də, qardaşı polis əməkdaşına özünü və sənədlərini təqdim etməkdən imtina etmişdir. O öz izahatında əlavə olaraq bildirmişdir ki, qardaşının avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsinin vaxtı bitmişdir. Hadisə vaxtı qardaşı polis əməkdaşlarının ünvanına hər-hansı bir nalayiq ifadələr işlətməmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təstiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müyyən edildi ki, Şəxs sürücülük hüququ olmadan avtomobil idarə edərkən polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq özünü və müvafiq sənədləri polisə təqdim etməkdən imtina etmiş, polisin qanuni tələblərinə tabe olmayaraq hadisə yerini tərk etməyə cəhd göstərmiş, təxminən yarım saat müddətində polis əməkdaşlarının iş rejimini pozaraq nizam-intizama riayət etməmişdir. Bundan başqa məhkəmə onu da bildirməyi zəruri hesab edir ki, DYP əməkdaşının xidməti vəzifələrini icra edərkən onun xidməti fəaliyyətini nizamlayan hüquqi aktların tələblərini pozaraq hər-hansı döş nişanından istifadə etməməsi, özünü nizamnaməyə uyğun düzgün təqdim etməməsi, vətəndaşla kobud rəfdar etməsi və sair bu kimi digər pozuntu halları inzibati xəta törtəmiş sürücünün polisin qanuni tələblərinə əməl etməməsi üçün əsas və səbəb ola bilməz. Odur ki, Şəxs hadisə vaxtı polisin qanuni tələbinə tabe olmaqla nizam-intizama riayət etməli, polis əməkdaşı tərəfindən edilmiş hər-hansı pozuntular barədə isə yuxarı rəis heyyətinə, eləcə də daha ciddi qanun pozuntu ilə bağlı isə ərazi üzrə prokurorluq orqanlarına müraciət etmək hüququna malik idi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha ədalətli və əsaslıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı on səkkiz manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlovv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar