Məhkəmə qərarları › İş №3(002)-337/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-337/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-337/2021 08.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2077/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs ilə “xxxx” İKBASC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilmiş, Şəxs xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 2818.69 manat əsas borc, 387.53 manat faiz borcu və 18.15 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3224.37 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2347/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə yaranmış 574 manat məbləğində borc, 57 manat məbləğində cərimə borcu olmaqla, cəmi 631 manat, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə yaranmış 517 manat məbləğində borc, 51 manat məbləğində cərimə borcu, cəmi 568 manat borcu olmaqla, ümumilikdə 1199 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədləri şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarlar qəbul edilərək, icra sənədinin könüllü icra edilməsi üçün borclunun ünvanına, məlumat üçün isə icraata başlamaq haqqında qərarın surəti tələbkarların ünvanına və məhkəməyə göndərilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, borclunun adına hər-hansı əmlak aşkar edilməmişdir. Borclu şöbəyə gəlmədiyindən borclunun yaşadığı ünvan 1 ünvanında ünvana baş çəkmişlər, lakin müəyyən olunmuşdur ki, o, həmin ünvanda yaşamır. Borclunun olduğu yer müəyyən olunmadığından barəsində xx xxxxxx 2021-ci il tarixdə axtarış elan edilmiş və icra olunması üçün qərarın surəti aidiyyəti orqana göndərilmişdir. Borclu xx xxxxxx 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə gətirilmiş və həmin tarixdə izahatı alınmışdır. Borclu Şəxs izahatında icra sənədlərindən xəbərdar olmadığını bildirmişdir. Həmin tarixdə borcluya tələbin könüllü icrası barədə bildiriş verilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə borclu Şəxs icra şöbəsinə dəvət olunmuş və ona icra sənədinin icrası ilə bağlı öhdəliyini icra etməsi izah olunmuş, lakin buna baxmayaraq o öhdəliyini könüllü icra etməmişdir. Bununla da borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə etdiyini qeyd etdib izahatında bildirmişdir ki, qeyd olunan icra sənədləri üzrə borclu tərəfindən bu günə kimi hər hansı müsbət addım atılmamışdır. İcra sənədinin icrası ilə bağlı aidiyyətı orqanlara sorğular edilmişdir. Sorğuya cavablara əsasən borcluya dair hər hansı gəlir və əmlak müəyyən edilməmişdir. Borclunun olduğu yer müəyyən olunmadığından barəsində xx xxxxxx 2021-ci il tarixdə axtarış elan edilmiş və icra olunması üçün qərarın surəti aidiyyəti orqana göndərilmişdir. Borclu xx xxxxxx 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə gətirilmiş və həmin tarixdə izahatı alınmışdır. Borclu Şəxs izahatında icra sənədlərindən xəbərdar olmadığını bildirmişdir. Həmin tarixdə borcluya tələbin könüllü icrası barədə bildiriş verilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə borclu Şəxs icra şöbəsinə dəvət olunmuş və ona icra sənədinin icrası ilə bağlı öhdəliyini icra etməsi izah olunmuş, lakin buna baxmayaraq o öhdəliyini könüllü icra etməmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2077/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2347/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli icra sənədlərindən xəbəri olmamışdır. Həmçinin xx.xx.2021-ci il tarixdə Qaradağ RPİ-nin əməkdaşları tərəfindən saxlanılarkən barəsində axtarış elan olunması haqqında qərarın olmasını bilmişdir. Ona görə də, bu gün icra şöbəsinə gətirildikdən sonra icra sənədindən xəbərdar olmuşdur. Məhkəmə qərarının icrasından heç vaxt yayınmamışdır və qərarı icra etmək niyyətindədir. İcra məmurunun icra vərəqəsinin könüllü icrası ilə bağlı bildirişini xx.xx.2021-ci il tarixdə bildirişə imza etməklə qəbul etmiş, lakin buna baxmayaraq icra məmuru tələbin könüllü icrası barədə qanunla müəyyən olunan 10 günü gözləmədən bu gün onu şöbəyə dəvət edərək barəsində müvafiq protokol tərtib edib məhkəməyə göndərmişdir. Göstərilənləri nəzərə alınaraq məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2077/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs ilə “xxxx” İKBASC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilmiş, Şəxs xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 2818.69 manat əsas borc, 387.53 manat faiz borcu və 18.15 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3224.37 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2347/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə yaranmış 574 manat məbləğində bor, 57 manat məbləğində cərimə borcu olmaqla, cəmi 631 manat, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə yaranmış 517 manat məbləğində borc, 51 manat məbləğində cərimə borcu, cəmi 568 manat borcu olmaqla, ümumilikdə 1199 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Borclunun axtarışı haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmiş qərar icra edilməsi üçün Qaradağ rayon Polis İdarəsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ rayon polis İdarəsinin 11-ci polis bölməsinin rəisi Yasər İbadov tərəfindən Qaradağ rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli ***-**** nömrəli məktubdan görünür ki, barəsində xx.xx.2021-ci il tarixdə 30/945/21 saylı axtarış işi olan, xx.xx.1995-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs barəsində tədbir görülməsi üçün saxlanılmışdır. xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinin icra məmuru R.Mirzəpur tərəfindən Şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2077/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli icra sənədinin könüllü icrası barədə göndərilmiş bildirişi sonuncu bildirişə imza edilməklə xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. Həmçinin həmin bildirişin surətindən həmçinin görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2077/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi borclu Şəxs xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2077/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən tələbin könüllü icrası barədə bildiriş borclu Şəxs tərəfindən bildirişə imza edilməklə xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Lakin, buna baxmayaraq əsassız olaraq icra məmuru R.Mirzəpur tərəfindən qərarın icrası ilə bağlı tələbin könüllü icrası barədə bildirişdə göstərilən 10 gün müddət gözlənilmədən, yəni qeyd olunan bildiriş borclu tərəfindən qəbul olunduqdan cəmi 3 gün sonra müvafiq protokol tərtib edilmişdir. Halbuki İcra haqqında Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Məhkəmə qeyd edir ki, Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmasını əks etdirən hallar məhkəmə araşdırması zamanı müəyyən olunmadı, bu da onun hərəkətlərində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunu istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şəxs Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar