Məhkəmə qərarları › İş №3(002)-337/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-337/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-337/2023 27.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 07 noyabr 2022-ci il tarixli, EQ 12064258 nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 07 noyabr 2022-ci il tarixli, EQ 12064258 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 07 noyabr 2022-ci il tarixdə ünvan 1 ünvanında **-RJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qaydaya uyğun şəkildə 3.27 nişanı 1.4 nişanlanma xətti ilə birlikdə nişanın qüvvədə olduğu sahədən kənarda saxlanılmasına baxmayaraq elektron kamera vasitə ilə barəsində EQ12064258 saylı protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 07 noyabr 2022-ci il tarixli, EQ 12064258 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə məhkəmə iclasında verilmiş suala cavab olaraq X3 bildirmişdir ki, o, barəsində tərtib edilmiş protokol əsassızdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq şəkildə məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı təmin olunmamışdır. Həmçinin proses iştirakçıları tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə inzibati orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, işə əlavə edilmiş 07 noyabr 2022-ci il tarixli, EQ 12064258 saylı inzibati xəta haqqında qərardan görünür ki, X3 07 noyabr 2022-ci il tarixdə, saat 19:25-də Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi 7 ünvanında idarə etdiyi “Dacia Logan” minik markalı, **- RJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və ya durma qaydalarını pozduğu üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 20 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir; İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, inzibati xəta baş vermiş ünvanda, yəni ünvan 2ır) yol nişanı mövcuddur; Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi A.N.Ağayevin 07 noyabr 2022-ci il tarixdə, saat 19:25-də ünvan 2ır) yol nişanının təsir zonasında saxlamaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Məhkəmə, şikayətçi A.N.Ağayevin şikayətini əsaslandırdığı arqumentinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, yola bitişik ərazi 3.27 (dayanmaq qadağandır) nişanının qüvvəsini itirmiş olsa belə o, nəqliyyat vasitəsini kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda saxlamaqla da qanunun tələbini pozmuşdur. Çünki “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun İV hissəsinin 6-cı bəndinə görə 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən yaxınlıqda dayanmaq qadağandır. Məhkəmə hesab edir ki, şikayətçi A.N.Ağayevin şikayət ərizəsində qeyd etdiyi xüsusatlar isə özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Ona görə də onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 20 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 64-ci maddəsinin Vİ hissəsinə əsasən 3.16, 3.20, 3.22, 3.24, 3.26-3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 07 noyabr 2022-ci il tarixli, EQ 12064258 saylı inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 07 noyabr 2022-ci il tarixli, EQ 12064258 saylı inzibati tənbehvermə haqqında qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar