Məhkəmə qərarları › İş №3(002)-34/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-34/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-34/2024 18.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Şikayət verən şəxs X4 iştirakı ilə, X4, DİN BDYPİ polis polkovnik leytenantı X5 tərəfindən qəbul edilmiş EQ/18737528 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN BDYPİ polis polkovnik leytenantı X5 tərəfindən qəbul edilmiş EQ/18737528 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 şikayətini onunla əsaslandırdı ki, DİN BDYPİ polis polkovnik leytenantı X5 tərəfindən tərtib edilmiş EQ/18737528 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında qərarla İXM-nin 346.1 və 332.3-cü maddələri 300 manat cərimə yazılmışdır. Həmin qərarla razı deyil və hesab edir ki, həmin qərar əsassız olduğundan ləv edilməli, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.Belə ki, həmin qərar qəbul edilən zaman o, sürücülük hüququ məhdudlaşdırılmış şəxs olmamışdır. Onun nəqliyyat vasitələrini 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinjin 3(002)-1917/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qərarının icrasına məhkəmənin 03 noyabr 2023-cü il tarixli qərarına əsasən xitam verilmişdir. Qeyd edilən qərar məhkəmə tərəfindən icra edilməsinə baxmayaraq BDYPİ tərəfindən sürücülük hüququna qoyulmuş məhdudiyyət götürülməmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə qanunsuz olaraq ona 300 manat cərimə yazılmışdır. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməlisini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və eləcə də qeyd olunan inzibati işlə əlaqədar BDYPİ-nin nümayəndəsi məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işə BDYPİ-nin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-1917/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinjin 3(002)-1917/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, X1 hüquqununun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair məhkəmənin 13 sentyabr 2023-cü il tarixli qərarının icrasına xitam verilmişdir. İş materiallarında olan DİN BDYPİ polis polkovnik leytenantı X5 tərəfindən EQ/18737528 saylı protokola əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 346.1, 332.3-cü maddələri ilə 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, tərəfin izahatını dinləyərək hesab edir ki, X6 barəsində qəbul edilmiş EQ/18737528 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmədə iş materialların təqdiqi zamanı müəyyən edildi ki, X6 DİN BDYPİ polis polkovnik leytenantı X5 tərəfindən qəbul edilmiş EQ/18737528 saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 346.1, 332.3-cü maddələri ilə təqsirli bilinib barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Halbuki, həmin qərar qəbul edilən zaman X2 hüququ məhdudlaşdırılmış şəxs statusunda olmamışdır. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-1917/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən X1 hüquqununun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair məhkəmənin 13 sentyabr 2023-cü il tarixli qərarının icrasına xitam verilmişdir. Həmin qərar icra edilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman X2 hüququ məhdudlaşdırılmış şəxs olmamaqla əməlində inzibati xəta tərkibi mövcud olmamışdır. Lakin buna baxmayaraq X6 əsassız və qanunsuz olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən, "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur." İXM-nin 3-cü maddəsinə görə isə, "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Təqsir inzibati xətanın əsas elementidir. Əməlin hüquqazidd olmasına baxmayaraq, təqsirin olmaması əməlin inzibati xəta kimi sayılmamasına səbəb olur. Beləliklə, iş materiallarından görünür ki, mübahisələndirilən inzibati xəta üzrə prosessual qaydalara əməl olunmamış və xəta üzrə əməldə inzibati xəta tərkibi olubolmaması araşdırılmadan X4 təqsirinin olması əsas götürülərək qərar qəbul olunmuşdur. Bundan başqa BDYPİ-nə məhkəmə iclasında iştirakı və iş üzrə sübutların məhkəməyə təqdim edilməsi barədə dəfələrlə məlumat verilsə də BDYPİ məhkəmə iclasında iştirak etməmiş və iş üzrə əhəmiyyət kəsb edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128-131ci və 134-cü maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARAALDİ: X4 şikayəti təmin edilsin. X6 barəsində DİN BDYPİ polis polkovnik leytenantı X5 tərəfindən qəbul edilmiş EQ/18737528 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X6 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar