Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-340/2025 04.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs MMC barəsində İXM-nin 578.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Tərtib edilmiş 17 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, Gürcüstan vətəndaşı, 12 noyabr 1980-ci il təvəllüdlü Mekhdievi Aphigin iş icazəsi olmadan 09 yanvar 2025-ci il tarixdən 10 fevral 2025-ci il tarixədək rəsmi əmək müqaviləsi əsasında Şəxs MMC-də avtobus sürücüsü vəzifəsinə işə cəlb olunması faktı aşkar edilmişdir. Məhkəmənin 06 mart 2025-ci il tarixli iclasında iştirak edən Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə öz izahatında bildirmişdir ki, Gürcüstan vətəndaşı, 12 noyabr 1980-ci il təvəllüdlü Mekhdievi Aphigin iş icazəsi olmadan xx.xx.2025-ci il tarixdən 10 fevral 2025-ci il tarixədək rəsmi əmək müqaviləsi əsasında Şəxs MMC-də avtobus sürücüsü vəzifəsinə işə cəlb olunması faktı aşkar edilmişdir. Qeyd olunan məsələ ilə bağlı şəxs Dövlət Miqrasiya Xidmətinə dəvət olunaraq izahatı alınmış, o öz izahatında xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək qohumluq münasibəti (anası) əsasında müvəqqəti yaşama icazəsi ilə Azərbaycan Respublikasında yaşayıdığını, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də iş icazəsi olmadan işlədiyi üçün 400 azn məbləğdə cərimə olunduğunu və xx.xx.2024-cü il tarixdə əmək müqaviləmə xitam verildiyini, buna baxmayaraq, yenə də "xxxx" MMC ilə bir neçə dəfə qısa müddətli əmək müqaviləsi bağlayaraq orada işlədiyini, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək rəsmi əmək müqaviləsi əsasında adıçəkilən MMC-də sürücü işlədiyini, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixdə "Qarabağ Bus” MMC ilə rəsmi əmək müqaviləsi bağlayaraq avtobus sürücüsü kimi işlədiyini, xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-yə rəsmi əmək müqaviləmə xitam vermək üçün müraciət etdiyini, həftədə 2-3 dəfə Bakıdan Qarabağ istiqamətində (Bakı-Şuşa-Laçın-Xankəndi) avtobus sürdüyünü, əməkhaqqı olaraq hər gedişdə 70 azn verildiyini bildirmişdir. Bütün bu halların nəzərə alınaraq hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmənin 02 aprel 2025-ci il tarixli iclasında edən Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 öz izahatında təmsil etdiyi xidmətin tərtib etdiyi protokolu müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. 17 mart 2025-ci il tarixdə Şəxs MMC-nin təsisçisi X3 məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, bir neçə saat öncə yaxın qohumunun qəfil vǝfat etməsinə görə üzürlü səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında iş üzrə 17 mart 2025-ci il tarixə saat 12:30-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. İşə onun iştirakı olmadan baxılmasına etiraz edir, belə ki, hesab edir ki, Şəxs barəsində tərtib edilmiş protokol tamamilə əsassızdır Bu barədə sübutlar məhkəməyə təqdim ediləcək. İXM-nin 65.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və.s hüquları vardır. O, həmin hüquqlarından istifadə etmək üçün məhkəmədə şəxsən iştirak etmək və izahat və vəsatət vermək və sübutlarımı təqdim etmək istəyir. Həmin Məcəllənin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşin onun iştirakı olmadan keçirilməsinə etiraz edir və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, material natamam olduğundan yenidən araşdırılması üçün Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsinə geri qaytarılmalıdır. Belə ki, məhkəmə baxışı zamanı yuxarıda qeyd olunan inzibati iş ilə əlaqədar araşdırmanın aparılması məqsədilə Şəxs MMC-yə rəsmi məlumatın verilməsi və bu barədə qəbul edilmiş protokolun surətinin Şəxs MMC-yə hər hansı bir formada göndərilməsinə dair iş materiallarında heç bir sübut aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsində göstəilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin İXM-nin 578.1-ci maddəsinə əsasən təqsirləndirilməsinə dair inzibati material natamam olduğundan, yenidən araşdırılıb baxılması üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsinə geri qaytarılsın. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-340/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-340/2025
04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver