Məhkəmə qərarları › İş №3(002)-341/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-341/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-341/2025 03.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şikayət vermiş şəxs X3, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri X1 və X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 tərəfindən verilmiş “buraxılmış müddətin bərpa olunmasına” dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 21 fevral 2025-ci il tarixdə “buraxılmış müddətin bərpa olunmasına” dair məhkəməyə ərizə verərək, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün nəzərdə tutulan buraxılmış müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X6 tərəfindən verilmiş vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixində ona rəsmi qaydada təqdim edilmişdir. Məlumdur ki, inzibati xəta haqqında protokol və qərar inzibati xəta hadisəsnin baş verdiyi zaman tərəfə təqdim edilməlidir. Lakin qeyd edilən hal səlahiyyətli orqan tərəfindən yerinə yetirilməmişdir. Daha sonra isə onun adına qeyd edilən qərarın olması barədə məlumat verildikdə o, dərhal qərarı əldə edərək məkhəməyə müraciət etmişdir. Bu səbəbdən hesab edir ki, tərəfindən inzibati xəta üzrə qərardan şikayət verilmə müddəti ötürülməmiş olaraq hesab edilməlidir. Göstərilənləri nəzərə alınaraq buraxılmış prosessual müddətin üzürlü hesab edilərək ərizəsinin icraata qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında vəsatət vermiş şəxs X6 vəsatətini müdafiə etdiyini, qərarı rəsmi şəkildə almasını təsdiq edəcək sənədi təqdim edə bilmədiyini qeyd edərək şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilərək qərardan verilmiş şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X4 həmin qərarların müvafiq icra şöbəsinə icra edilməsi üçün yönəldildiyini və qərarın X3 ünvanına rəsmi qaydada göndərildiyini, həmin qərara səbəb olacaq protokol X6 tərəfindən qəbul olunduğunu nəzərə alaraq, X6 tərəfindən verilmiş prosessual müddətin bərpası barədə vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X5 bildirdi ki, həmin inzibati xəta üzrə protokol tərtib edilən zaman şikayət vermiş şəxs protokolla şəxsən tanış edilmiş və o, protokolu imzalamışdır. Həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Bakı şəhəri Qaradağ rayonu, Sahil ŞTQ, Çimərlik döngəsi, ev 8 ünvanına göndərilmiş X6 tərəfindən verilmiş prosessual müddətin bərpası barədə vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə vəsatət vermiş şəxsin və səlahiyyətli orqanın etibarnamə üzrə nümayəndələrinin vəsatətlə bağlı izahatını dinləyib, iş materiallarını və sübutları araşdıraraq hesab edir ki, vəsatət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirli bilinərək, 4000 manat məbləğində cərimə edilmişdir. Qərarın surəti xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Sahil ŞTQ, Çimərlik döngəsi, ev 8 ünvanına göndərilmişdir. Məhkəməyə təqdim olunmuş poçt göndərişinin xəbərnaməsindən görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Frukt.İS MMC-nin ünvanına, yəni ünvan 13-cü il tarixdə çatdırılmış və həmin poçt göndərişi “Yusibov” adlı şəxs tərəfindən imzalanaraq təhvil alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə iş materiallarını, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Qaradağ Rayon Məhkəməsinə şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılması səbəbi kimi istinad etdiyi halları araşdıraraq hesab edir ki, qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilməsin. X3 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətlə bağlı buraxılmış müddət bərpa edilməsin. Sədrlik edən Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar