Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-343/2021 10.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X2, 10 saylı vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Qaradağ RPİ-nin 10-ci PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş materiallardan aydın olur ki, xx xxxxxx 2021-ci il tarixdə X4 DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə elektron poçt ünvanına ərizə ilə müraciət edərək, keçmiş həyat yoldaşı Şəxs narkotik istifadəçisi olduğunu bildirmişdir. xx xxxxxx 2021-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nin polis əməkdaşları tərəfindən Şəxs narkoloji müayinədən keçirilmiş və nəticədə Şəxs narkotik və psixotrop maddələr aşkar edildiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X6 protokolu müdafiə edərək bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə X1 ərizəsi ilə DİNin elektron poçt ünvanına keçmiş həyat yoldaşı Şəxs narkotik və psixotrop maddələr qəbul etdiyini və Şəxs barəsində müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Daxil olmuş elekton müraciət aidiyyatı üzrə BNMİ-nə göndərilərək onun icraatına daxil olmaqla Şəxs BNMİ-nə dəvət edilmiş və Şəxs razılıq ərizəsi əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzində həkim müayinəsindən keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 334 ömrəli aktından görünür ki, müayinə zamanı Şəxs THC (+), MOP (+), OPİ (+) müsbət aşkar olunmuşdur. O əlavə olaraq bildirmişdir ki, bundan sonra Şəxs barəsində İXM-nin 206-ci maddəsinə əsasən xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Şəxs barəsində əvvəllər polis bölməsinə hər-hansı bir qanunsuz hərəkətləri barədə, eləcə də narkotik vasiətlərin istifadəisi olması ilə bağlı hər hansı bir şikayət və məlumat daxil olmamışdır. Şəxs əvvəllər inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı da məlumat aşkar edilməmişdir. Hazırda da inzibati protkolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək bildirmişdir ki, sonuncu dəfə bir il bundan əvvəl narkotik vasitə sayılan marixuanadan istifadə etmişdir. Bundan sonra heç bir narkotik vasitədən istifadə etməmişdir. Hazırda əməlindən səmimi peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alaraq məhkəmədən həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 334 saylı narkoloji vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haaqında aktdan aydın olur ki, müayinə zamanı Şəxs sidiyində THC (+), MOP (+), OPİ (+) aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs barəsində özünün iştirakı ilə İXM-nin 206-ci maddəsinə əsasən prtokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci tarixli inzibati qaydada tutma haqqında protokoldan aydın olunur ki, Mehdiyev X3 Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə xx xxxxxx 2021-ci il tarixdə 17:30 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə tərəflərin izahatını və işdə olan sənədləri araşdıraraq hesab edir ki, Mehdiyev X3 Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə təqsirli bilinib barəsində həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs əməlini səmimi etiraf edərək peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və törədtidi cinayətin xarakterini nəzərə alıb barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə daha müvafiq hesab edir. Həmin Məcəllənin 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı on səkkiz manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37,55,115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Mehdiyev X3 qaydada tutmadan məhkəmə zalından dərhal azad edilsin. İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-343/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-343/2021
10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver