Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-344/2021 14.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X2, X5 adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 09 nömrəli Xüsusi İnternat Məktəbinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1955-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4 borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin 2(002)-636/2020 saylı, xx xxxx 2020-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarından aydın olur ki, qeyd olunan inzibati material ilə əlaqədar Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 3(002)-344/2021 saylı qərarı ilə Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 3(002)-344/2021 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 3(103)-510/2021 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 3(002)-344/2021 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Apellyasiya Məhkəməsinin qərarında göstərilmişdir ki, “belə ki, iş materialları müəyyən olunur ki, müvafiq icra sənədinin verilməsinə əsas olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(002)-636/2020 saylı qətnaməsində apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə Şəxs ərizəsinin təmin olunmamasına dair xx xxxxxx 2021- ci il tarixli qərardadından sonuncunun şikayət vermə müddəti nəzərə alınmamış, elə həmin gün borclunun İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmasına dair qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(002)- 636/2020 saylı qərardadın surətindən görünür ki, qətnamədən şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizənin təmin olunmamasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(002)-636/2020 saylı qərardadından Şəxs tərəfindən verilmiş şikayət təmin olunmamış, şikayət baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş məhkəmə bildirişinin surətindən görünür ki, qətnamədən şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizənin təmin olunmamasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(002)-636/2020 saylı qərardadından Şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılması xx xxxx 2021-ci il tarixə saat 12:10-a təyin edilmişdir. Belə olan halda icra qurumunun müvafiq icra sənədi üzrə icraatın dayandırılıb dayandırılmaması məsələsi araşdırılmalı və nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət verilməlidir.” Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-636/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Emin Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbinin balansında olan, cavabdeh Şəxs tərəfindən zəbt olunmuş yeməkxana anbarı (F anbar binası) cavabdeh Şəxs tərəfindən əvvəlki vəziyyətə gətirilməklə (binanın sökülmüş hissəsi bərpa edilməklə) və məktəbin həyətinə düşən hissəsində qapı açılmaqla Emin Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbinin istifadəsinə qaytarılması qət edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)- 636/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi şöbənin icraatına daxil olmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borclunun və tələbkarın ünvanına göndərilmiş lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Borclu Şəxs xx xxxxxx 2021-ci il tarixdə icra şöbəsinə dəvət olunaraq izahatı alınmış və o izahatında bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-636/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verdiyindən icra sənədi üzrə öhdəliyini icra etmir. Borclu Şəxs icra sənədini icra etməmə səbəbi kimi yuxarı instansiya məhkəməsinə şikayət verdiyijni göstərsə də, lakin icra işinin materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından görünür ki, cavabdeh Şəxs apellyasiya şikayətindən imtinası qəbul olunaraq onun apellyasiya şikayətinə əsasən apellyasiya icraatına xitam verilməsi qərara alınmışdır. Həmçinin Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(002)-636/2020 nömrəli qərardadına əsasən cavabdeh Şəxs qətnamədən şikayət verməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbinin nümayəndəsi X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-636/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Emin Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbinin balansında olan, cavabdeh Şəxs tərəfindən zəbt olunmuş yeməkxana anbarı (F anbar binası) cavabdeh Şəxs tərəfindən əvvəlki vəziyyətə gətirilməklə (binanın sökülmüş hissəsi bərpa edilməklə) və məktəbin həyətinə düşən hissəsində qapı açılmaqla Emin Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbinin istifadəsinə qaytarılması qət edilmişdir. Lakin borclu tərəfindən heç bir müsbət addım atılmayaraq, icra sənədinin icrasına laqeyd yanaşaraq öz öhdəliklərini icra etməımişdir. Hazırda borclu Şəxs tərəfindən icra sənədi icra olunmadığından sonuncuya qarşı şikayətçidir. Məhkəmədən göstərilənləri nəzərə alınaraq Şəxs barəsində daha ağır tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu Şəxs öz izahatında bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-636/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən xəbərdardır. Qaradağ rayon Məhkəməsinin qeyd olunan qətnaməsindən narazı olduğu üçün yuxarı instansiya məhkəməsinə şikayəti vermişdir. Lakin qeyd olunan mülki işə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Samir Ağayev onun oğlu Elnuru polis idarəsində heç bir səbəb olmadan saxlamış və müstəntiq ona bildirmişdir ki, apellyasiya şikayətini geri götürməsə oğlunu istintaq təcridxanasına göndərəcəkdir. O, qorxudan, məcburiyyət qarşısında qalaraq oğlu tutulmasın deyə apellyasiya şikayətini geri götürmüşdür. Sonradan aldadıldığını bilərək Qaradağ rayon Məhkəməsinə müraciət etmiş və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə onun ərizəsi təmin edilməmişdir. İcra məmuru da elə həmin gün protokol yazaraq onu məhkəməyə təqdim etmiş və onu 500 manat məbləğində cərimə etmişlər. Hal-hazırda müddətin bərpasından imtina olunmasına dair qərardaddan apellyasiya şikayəti vermiş və həmin işə baxan hakim “korona virus” tutduğu üçün işə baxılması xx xxxxx 2021-ci il tarixə təyin edilmişdir. Odur ki, barəsində olan inzibati materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(002)-636/2020 saylı qərardadı ilə cavabdeh Şəxs Qaradağ rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(002)-636/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan Şəxs apellyasiya şikayəti vermiş və şikayətə baxılması xx xxxxx 2021-ci il tarixə, saat 10:45-ə təyin edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, müddətin bərpasından imtinaya dair qərardaddan verilmiş şikayətə Apellyasiya Məhkəməsində baxılana və yekun qərar qəbul edilənə qədər, borclunun qeyd olunan məhkəmə qətnaməsinin icrasından qərəzli yayınması ilə əlaqədar inzibati işə baxılaraq barəsində qərar qəbul edilməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində göstərilir ki: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə geri qaytarılsın. Qərardan, onun surətinin rəsmi qaydada alındığı vaxtdan 10(on) gün müddətində apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-344/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-344/2021
14.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver