Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-346/2021 25.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx xxxxxx 2021-ci il tarixli, 01400-0133/21 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Rusiya Federasiyası, Dağıstan Respublikası, Dağıstanski Oqni şəhəri, Ş.Əliyev küçəsi 14 ünvanında qeydiyyatda olan “xxxx” MMC tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, Əliyar Gülbabayev küçəsi, ev 18, mənzil 24 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına göndərilən, 13850 kq çəkidə və 260380 rus rublu dəyərində “istifadə olunmuş polimer materialların tullantıları” yükü xx xxxxxx 2021-ci il tarixdə “Schmitz” markalı, P381OH152/AM020052 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsində Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postuna daxil olmuşdur. Qeyd olunan yükün rəsmiləşdirilməsi zamanı isə Şəxs MMC tərəfindən qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilmədiyi məlum olmuşdur. Nəticədə Şəxs MMC tərəfindən İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati araşdırma zamanı Şəxs MMC-nin nümayəndəsi, Azərbaycan Respublikası vətəndaşı X1 izahat verərək bildirmişdir ki, o, Şəxs MMC-də satış təmsilçisi vəzifəsində çalışır. Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də polimer materialların idxalından ibarətdir. Həmin mallar MMC-nin adına rəsmiləşdirilməklə Rusiya Federasiyasından idxal olunur. Elə bu məqsədlə Rusiya Federasiyasında fəaliyyət göstərən “xxxx” MMC-dən xx xxxxxx 2021-ci il tarixli, 1 saylı hesab faktura sənədi ilə 13850 kq çəkidə və 260380 rus rublu dəyərində “istifadə olunmuş polimer materialların tullantıları” yükünü idxal etmişlər. İdxal etdikləri yük xx xxxxxx 2021-ci il tarixdə “Schmitz” markalı, P381OH152/AM020052 dövlət nömrə nişanlı yük avtomobili ilə Azərbaycan Respublikasına gətirilmişdir. Lakin yükü ixrac edən “xxxx” MMC “istifadə olunmuş polimer materialların tullantıları” yükünün ixracı ilə bağlı lazımi sənədləri elektron formada poçt adresə yollamadığı üçün, idxal olunmuş yükə görə “xxxx” MMC-nin adından qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verə bilməmişlər. Beləliklə, Şəxs MMC idxal etdiyi, 13850 kq çəkidə və 260380 rus rublu dəyərində “istifadə olunmuş polimer materialların tullantıları” yükünə görə qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməmişdir. İnzibati xəta törətməkdə təqsirləndirilən hüquqi şəxs Şəxs MMC-yə və Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, həmin təşkilatlardan nümayəndələr məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə hüquqi şəxs Şəxs MMC-nin və Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, Əliyar Gülbabayev küçəsi, ev 18, mənzil 24 ünvanında qeydiyyatda olan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-346/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-346/2021
25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver