Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-346/2022 01.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, X1, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1971-ci ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qubadlı rayonu, Aşağı Cibikli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X5, borclu Şəxsnın barəsində protokol tərtib edərək, Qubadlı rayon Məhkəməsinin 2(028)-112/2019 saylı, 12 iyun 2019-cu il tarixli icra vərəqəsinə əsasən iddiaçı Şəxs ilə X9 arasında bağlanmış, “Mercedes Benz C 220 CDİ” markalı ** HE *** qeydiyyat nişanlı avtomobilin alqı-satqıısna dair müqavilənin etibarsız hesab edilməsinə görə borclu tərəfindən həmin avtomobili icra şöbəsinə tədim edilməməsinə görə barəsində inzibati tənbeh tətdbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X5 öz izahatında protokolu müdafiə edərək bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1479/2016 saylı 16 avqust 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs və X6 34583,35 ABŞ dolları məbləğində borcun tutularaq X4 ödənilməsi qət edilmiş və borclu Şəxs bundan başqa Qubadlı rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 2(028)- 112/2019 saylı icra vərəqəsinə əsasən “Mersedes Benz C-220 CDİ” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil verməmişdir. Buna görə də Şəxs barəsində İXMnin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Borclu Şəxs barəsində icra sənədi Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Bundan sonra borclu barəsində Qanunvercilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülmüşdür. Borclu Şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyi üçün Qaradağ rayon məhkəməsinin 09 yanvar 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Qeyd olunan hökmdən apellyasiya şikayəti verilsə də Bakı Apellyasiya Məhkəməsinin 15 aprel 2019-cu il tarixli qərarına əsasən Qaradağ rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa Qubadlı rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(028)-112/2019 saylı icra vərəqəsinə əsasən Şəxs ilə X9 arasında bağlanmış “Mersedes Benz C-220 CDİ” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair 16 iyun 2017-ci il tarixli müqavilə əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilsə də, borclu hal-hazıradək həmin avtomobili icra şöbəsinə təhvil verməmişdir. Həmçinin Qaradağ rayon İcra Şöbəsi tərəfindən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə Qubadlı rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(028)-112/2019 saylı icra vərəqəsinin icra olunması üçün müvafiq məktub göndərilsə də, həmin idarədən icranın nəticəsi ilə bağlı, yəni qeyd olunan avtomobilin yenidən borclu Şəxs adına rəsmiləşdirilməsi barədə hər hansı bir məlumat daxil olmamışdır. Bu səbəbdən də barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 01 mart 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxsnın barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X7 öz izahatında bildirmişdir ki, Şəxs məqsədli şəkildə avtomobili öz adına keçirtməyərək icra şöbəsinə təqdim etmir və icra məmuru da onun bu əməllərinə göz yumur. O, Şəxs barəsində ciddi tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, dəfələrlə Baş Dövlət Yol Polisi İdarəsinə gedərək avtomobili təqdim etməyə çalışsa da maşının adına cərimələr olduğundan bunu edə bilməyəcəyi ona bildirilmişdir. O, avtomobilə olan cərimələrdən ümumilikdə 760 manat ödədiyini, avtomobilin üzərində yalnız 100 manat cərimənin qaldığını, onun ödənişini də tezliklə edəcəyini və bundan sonra avtomobili icra şöbəsinə təqdim edəcəyini bildirirək və iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxsnın yaranmış öhdəlikdən xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 01 mart 2022ci il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-346/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-346/2022
01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver