Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-347/2025 11.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi ilə, Qərardan şikayət verən X6, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin baş məsləhətçisi X8 iştirakı ilə, X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 10 dekabr 2024-cü il tarixli MN ******* saylı qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X12 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 10 dekabr 2024-cü il tarixli MN ******* saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin sabiq işçisi və öz xahişi ilə işdən azad edilmiş vətəndaş X3 hərbi hissədə mülki işçi kimi işlədiyi dövrlərdə müxtəlif vaxtlarda guya ki, hərbi hissədə işlədiyi dövrdə ona çatası aylıq pul məvacibinin düzgün hesablanması barədə X10 Xidmətinin Bakı şəhər İdarəsinə şikayət etmişdir. Əslində isə N nömrəli hərbi hissənin sabiq mülki işçisi vətəndaş Şəhriyar Mahmudovun hərbi hissədə çalışdığı dövrdə ona çatası pul məvacibi düzgün hesablanmış, hüquqları isə pozulmamışdır. O, N nömrəli hissə hissənin komandiri vəzifəsini müvəqqəti icra edən 2-ci dərəcəli kapitan X12 məlumat üçün bildirir ki, N nömrəli hərbi hissənin sabiq mülki işçisi X5 hərbi hissənin təhkimatında olan hərbi təyinatlı üzən kranda takelajçı vəzifəsində çalışmışdır. Adı çəkilən üzən vasitə hərbi hissənin o cümlədən Hərbi Dəniz Qüvvələrinin xidməti fəaliyyətində əhəmiyyətli rola malikdir. Belə ki, dənizdə batmış obyektlərin çıxarılmasında, naviqasiya işarələrinin qoyulması, götürülməsi, yerinin dəyişdirilməsi kimi işlərdə, dib dərinləşdirmə işlərinin və taktiki təlimlərin təminatında, Döyüş və Təlimlər zamanı döyüş gəmilərinə silah silah və döyüş sursatı, raket və digər partlayıcı maddə və qurğuların (mina) doldurulub boşaldılması və s. kimi həssas və vacib işlərə cəlb edilir. Belə ki, taktiki vahiddə hər hansı bir hərbi qulluqçunun o cümlədən mülki işçinin səhlənkarlığı, məsuliyyətsizliyi eləcə də ani diqqətsizliyi nəticəsində yanğın, partlayış, batma və digər bədbəxt hadisələrin baş verməsi qaçılmazdır və insan həyatı ilə nəticələnə bilər. Unutmaq lazım deyil ki, orada xidmət edən və çalışan mülki işçilər onların övladları, ataları və qardaşlarıdır. Məhkəməyə təqdim edilən zəruri sənədlərdən (ərizələr, əmrdən çıxarışlar, əmək müqaviləsi, aktlar və şəxsi heyətin işə davamiyyət jurnalı və.s) aydın görünür ki, N nömrəli hərbi hissənin sabiq mülki işçisi X1 Neft Şirkətində özünə yeni iş tapmışdır. Bu səbəbdən də iyun ayında ərizə ilə müraciət edərək 21.06,2024-cü il tarixində bir gün sənədlərini toplamaq üçün məzuniyyətə getmiş, xx.xx.2024-cü il tarixində üzürlü səbəblər olmadan işə gəlməmiş, xx.xx.2024-cü il tarixində isə iş yerinə gələrək təzə iş yeri tapmasını arqument gətirərək öz xahişi ilə qısa zaman ərzində işinə xitam verilməsini komandirlərindən təkidlə xahiş etmişdir. Bu səbəbdən də onun işinə xitam verilmişdir. Bundan sonra yuxarıda qeyd etdiyi kimi, Şəhriyar Mahmudov X10 Xidmətinin Bakı Şəhər İdarəsinə şikayət etmiş, həmin qurumda araşdırma aparılmış, araşdırma zamanı məlum olmuşdur ki, Şəhriyar Mahmudovun işdən çıxması ilə bağlı ərizəsində əmək müqaviləsinə xitam verilməsi tarixi göstərilmədiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.5-ci maddəsinin tələbləri mənim tərəfimdən pozulmuşdur. Bu məsələyə aydınlıq gətirilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixində saat 11:30-da keçirilməsi nəzərdə tutulan işə baxılması planlaşdırılmış və həmin işə baxılmasında zəruri sənədlərlə birlikdə onun da iştirakı nəzərdə tutulsa da bu barədə ona rəsmi nə də qeyri rəsmi məlumat verilməmişdir. Həmin iclasın keçirilməsi barədə 20 noyabr 2024-cü il tarixli 317-5/2-83479/2024 bildiriş xx.xx.2024-cü il tarixdə hərbi hissəyə daxil olmuşdur. Belə ki, qeyd edilən tarixdə bir tərəfli qaydada işə baxılmış və barəsində qərəzli inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib edilərək 317-5/2-8663/2024 nömrəli məktubla, xx.xx.2024-cü il tarixdə hərbi hissəyə göndərilmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixində xx.xx.2024-cü i! tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə işə 10 dekabr 2024-cü il tarixində saat 11:30-da baxılması barədə hərbi hissəyə 317-5/2-86660/2024 nömrəli bildiriş daxil olmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək məzuniyyətdə olması və 10 dekabra təyin edilmiş İnzibati xəta haqqında işə baxılması prossesində iştirak edə bilməyəcəyi barədə hərbi hissə tərəfindən rəsmi qaydada vəsatət verilməsinə və prossesin tarixinin dəyişdirilməsinin istənilməsinə baxmayaraq X10 Xidmətinin Bakı Şəhər İdarəsində 10 dekabr 2024-cü il tarixinə təyin edilmiş prossesə qərəzli formada birtərəfli qaydada baxılmış, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN ******* nömrəli qərar qəbul edilərək 1500 (min beş yüz) manat cərimə tətbiq olunmuşdur. Xüsusi ilə qeyd etmək istəyir ki, hərbi hissənin sabiq işçisi vətəndaş X4 qarşı hərbi hissədə hər hansı hüquq pozuntusu eləcə də heç bir haqsızlıq və ədalətsizlik edilməyib. Dövlət Neft şirkətində yeni işə düzəlmək istədiyi üçün öz xahişi ilə işdən azad edilmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hətta inzibati xəta hadisəsi baş vermişdirsə belə, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlana bilməzdi. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinin tələbinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 (dörd) ay keçənədək veriiə bilər. Azərbaycan respublikası İXM-nin 53.1.6-cı maddəsinin tələbindən görünür ki, bu məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatması inzibati xəta haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən müstəqil əsasdır. Hazırkı iş mübahisəsiz haldır ki, Ş.Ə.Mahmudovla bağlanılmış əmək müqaviləsinə 27 iyun 2024-cü il tarixli 165 nömrəli əmrlə xitam verilmişdir. Yəni inzibati xəta baş vermişdirsə belə, bu xəta xx.xx.2024-cü ildə törədilmişdir. Belə olan halda inzibati xətanın aşkar edildiyi gündən Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsində təsbit olunan inzibati xəta üzrə məsuliyyətə cəlb etmə müddəti 27 oktyabr 2024-cü il tarixində bitmişdir. Hazırki işin materiallarından, xüsusən də, barəmdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəmdə inzibati xəta haqqında iş üzrə icraat 4 (dörd) aylıq müddət keçdikdən sonra yəni xx.xx.2024-cü il tarixində başlanmış, həmin protokol üzrə inzibati xəta haqqında iş üzrə məsuliyyətə cəlb edilməyim barədə MN seriyalı ******* qərar isə 10 dekabr 2024-cü il tarixdə qəbul olunmuşdur. O, 02 dekabr 2024-cü il tarixdən 22 dekabr 2024-cü i! tarixdək növbəti məzuniyyətdə olduğundan X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş 28 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və 10 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə 23 dekabr 2024-cü il tarixdə tanış olmuşdur. Onun məzuniyyətdə olmağı ilə bağlı həmin vaxt hərbi hissə komandiri vəzifəsini müvəqqəti icra edən Yunis Ocaqov tərəfindən 10 dekabr 2024-cü il tarixdə X10 Xidmətinin rəisinə məlumatlandırıcı məktub göndərilmişdir. Buna baxmayaraq X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən onun iştirakının mümkün olmamağını nəzərə alınmayaraq 10 dekabr 2024-cü il tarixdə qərar çıxarılmışdır. Qərardan şikayət ərizəsində göstərdiyim bütün xüsusatları nəzərə alaraq X10 Xidmətinin Bakı Şəhər İdarəsinin və sabiq işçi X3 məhkəmə prosesinə cəlb edilərək dindirilməsini və X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş 28 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və 10 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini 10 yanvar 2025-ci il tarixdə Bakı İnzibati məhkəməsindən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hakimi Ləman Musayeva 17 yanvar 2025-ci il tarixli 2-1(112)-6296/2025 nömrəli təklif məktubunda “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən həmin qanunun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmadığı və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı, Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə müraciət etmək mənə təklif olunmuşdur. Bundan başqa Bakı İnzibati Məhkəməsinin hakimi Ləman Musayeva 17 yanvar 2025-ci il tarixli məhkəmə bildirişinə əsasən X10 Xidmətinin Bakı Şəhər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair 2-2(112)-6296/2025 saylı iş üzrə mümkünlük məsələsinə baıxlma ilə əlaqədar məhkəmə iclası 11 fevral 2025-ci il tarixə saat 15:00-a təyin edilmişdir. Həmin məhkəmə iclasında iştirak etdim və hakim Ləman Musayeva inzibati məhkəmənin baxılmasının mümkün olmadığı qərarına gərək yerli rayon (şəhər) məhkəməsinə müracit etməyimi tövsiyyə etmişdir. Hakim Teymur Qurbanov 03 fevral 2025-ci il tarixdə 3(002)-123/2025 nömrəli qərardad çıxararaq Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən həmin Məcəlləsnin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın sürəti həmin Məcəllənin 57.1-57,5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə biləcəyini əsas götürərək 10 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayəti geri qaytarmışdır. Sizdən qərardan şikayət ərizəsində göstərdiyi bütün xüsusatları nəzərə alaraq X10 Xidmətinin Bakı Şəhər İdarəsinin və sabiq işçi X3 məhkəmə prosesinə cəlb edilərək dindirilməsini və X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş 28 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və 10 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X12 şikayətin dəlillərinə uyğun olaraq eyniməzmunlu izahat verərək şikayətin təmin olunmasını və qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin baş məsləhətçisi X14 bildirmişdir ki, X9 məlumat göndərilmişdir. Telefon vasitəsi ilə əlaqə saxlanılıb idarəyə dəvət olunmuşdur. Qərar qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Qərarı müdafiə etdiyini və şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X5 xx.xx.2024-cü il tarixində işdən çıxmaq ərizəsində əmək müqaviləsinə xitam verilməsi tarixi qeyd edilməmiş, lakin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.5-ci maddəsinin tələbi pozularaq xx.xx.2024-cü il tarixində X12 tərəfindən xitam verilmişdir. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1500 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli ərizədən müəyyən edilmişdir ki, X5 əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsində işdən çıxma tarixini qeyd etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalı və qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 10 dekabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-347/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-347/2025
11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver