Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-348/2021 04.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İnzibati qərardan şikayət vermiş Məlikov Zöhrab Məlikrza oğlunun etibarnamə üzrə nümayəndəsi X8, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət X2 İstifadə Agentliyinin nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət X2 İstifadə Agentliyinin xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Məlikov Zöhrab Məlikrza oğlu tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : ünvan 1 ünvanında qeydiyyatda olan Məlikov Zöhrab Məlikrza oğlu ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət X2 İstifadə Agentliyi tərəfindən çıxarılmış xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati qərardan şikayət vermiş Məlikov Zöhrab Məlikrza oğlunun etibarnamə üzrə nümayəndəsi X10 öz izahatında verilmiş şikayəti müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 78 saylı sərəncamı ilə istifadəsində olan Qaradağ rayonu, Qobustan qəsəbəsi, 4-cü massiv, ev 14, mənzil 16-da yaşayan Məlikov Zöhrab Məlikraz oğluna Qaradağ rayonunun Şahqaya yatağında daşlıq sahə kimi qeydiyyata alınan və uzun müddət istifadə olunub atılmış sahədən 6 (altı) hektar əraziyə mişar daşı istehsal etmək üçün icazə verilmişdir. xx.xx.2016-ci il tarixdə Bakı şəhəri 53 saylı Notariat kontoru tərəfindən ünvan 2 saylı ünvanda qeydiyyatda olan Məlikov Zöhrab Məlikrza oğlu, onun adına həmin ərazidən mişar daşı istehsalı üçün istifadəyə dair AR-İ-№ 450979 saylı etibarnamə vermişdir. Həmin ərazidəki atılmış sahədə Məlikov Zöhrab Məlikrza oğlu və o, birgə mişar daşı istehsalı fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmiş, xx.xx.2020-ci il tarixdə Dövlət Ekspertiza Agentliyindən icazə sənədləri ilə birgə 01259 saylı X13 Aktı almışlar. Lakin maliyyə çətinliyini nəzərə alaraq onlar, yəni (etibarnamə əsasında) Məlikov Zöhrab Məlikrza oğlu və X9 01,06.2020-ci il tarixdə “xxxx” MMC arasında bir il müddətinə MA-0090-0145 saylı icarə müqaviləsi bağlamışlar. “xxxx” MMC tərəfindən həmin əraziyə texnikalar yerləşdirilmiş və gözətçi qoyulmuşdur. Lakin Respublikada mövcud olan Pandemiyanın kəskin artımı, işçilərin rayondan gəlməsinin mümkünsüzlüyünü nəzərə alaraq işə başlanılmamışdır. 2020-ci ilin 08 dekabr tarixdə onun mobil telefonuna zəng edilərək guya Məlikov Zöhrab Məlikrza oğluna məxsus ərazidə nöqsanların olduğunu bildirmişlər. O, telefonda yoxlamanın kimin ərazisində və hansı təşkilat tərəfindən aparıldığını soruşmuş, zəng edən şəxslər Azərbaycan Respublikasını Ekologiya X5 X3 İstifadə Agentliyinin nümayəndələri olduğunu bildirmişlər. O, telefonda Z.M.Məlikova və ona bildiriş təqdim etmədən hansı əsasla yoxlama aparmalarını və həmin şəxslərə ərazini tərk etməmələrini, 10-15 dəqiqəyə gələcəyini bildirirək gözləmələrini xahiş etmişdir. Lakin həmin əraziyə gəldikdə gözətçi ona həmin şəxslərin oradan getdiklərini və gözətçi onun mobil telefonunun nömrəsini nümayəndələrə verdiyini bildirmişdir. Sonrakı gün o, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 İstifadə Agentliyə getmiş, həmin idarədə olduğu müddətdə onun iştirakı ilə Məlikov Zöhrab Məlikrza oğlunun adına akt tərtib olunmuşdur. O, aktın yerində maddi məsul şəxslərin iştirakı ilə tərtib edilmədiyini və göstərilən nöqsanların hansı sahəyə mənsub olmasını aydınlaşdırmaq məqsədi ilə yerində araşdırılma aparılmasını xahiş etmişdir. Lakin mişar daşı istehsalı üçün lisenziya olmamasına görə qeyd olunduğu kimi idarədə akt, protokol tərtib edilmiş və bu barədə qərar qəbul edildiyini bildirmişlər. O, istehsalın olmadığını və icarə müqaviləsi ilə fəaliyyət göstərəcək “xxxx” MMC-nin lisenziya sənədlərini onlara təqdim etməsinə baxmayaraq Z.M.Məlikov barəsində Azərbaycan Respublikası İnzibati Məcəlləsinin 228-ci maddəsinə istinad edilərək inzibati cərimə olunması üçün qərar çıxarılmışdır. Əlavə olaraq bildirmişdir ki, ümumiyyətlə həmin dövrdə yoxlamaların aparılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixində imzaladığı № 1410-İVQ saylı qanuna əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” haqqında qanuna ziddir. Belə ki, həmin Qanunun 1-ci, 2-ci maddəsinin 2.1 bəndləri və 3-cü maddəsinin 1-ci bəndinə əməl olunmadığı müəyyən edilmişdir. Odur ki, Məlikov Zöhrab Məlikrza oğlu barəsində tərtib edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət X2 İstifadə Agentliyinin nümayəndəsi X6 öz izahatında verilmiş şikayəti qəbul etməyərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə agentliyin nümayəndələri tərəfindən nizamnaməyə uyğun olaraq Bakı şəhəri, Qaradağ rayonu, “Şahqaya” yatağında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Məlikov Zöhrab Məlikrza oğlunun istifadə etdiyi əraziyə baxış keçirilmişdir. Baxış zamanı həmin şəxsin ona ayrılmış torpaq sahəsində mərz nişanlarının mövcud olmadığı, yerin təkindən istifadə ilə əlaqədar aparılan işlərin ona ayrılmış sahədən kənara çıxılmaqla 476 kub metr həcmində hasilat aparması müəyyən edilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, agentliyin nümayəndələri tərəfindən əraziyə baxış keçirilib akt tərtib edilərkən və eləcə də Məlikov Zöhrab Məlikrza oğlu barəsində inzibati protokol və qərar qəbul edilərkən barəsində inzibati protokol tərtib edilmiş şəxs iştirak etməmişdir. Məhkəmə, şikayət vermiş şəxsin nümayəndəsinin və qərarından şikayət verilmiş hüquqi şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət X2 İstifadə Agentliyinin xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan inzibati pozuntu ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, qeyd olunan inzibati əraziyə baxış keçirilərkən, bu barədə akt tərtib edilərkən və sonradan inzibati pozuntu ilə bağlı protokol və qərar qəbul edilərkən barəsində protokol tərtib edilmiş şəxsin iştirakı təmin edilməmiş, bununla bağlı hər hansı bir izahat alınmamışdır. Eləcə də iş materiallarında barəsində inzibati protokol tərtib edilmiş şəxsin inzibati araşdırmaya dəvət edilməsinə dair hər hansı bir sübut da aşkar edilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət X2 İstifadə Agentliyinin nümayəndələri tərəfindən qeyd olunan vaxtda və həmin ərazidə hansı əsaslarla yoxlama yaxud baxışın keçirilməsinə dair rəsmi icazələrinin olub-olmamasına dair sübutlar müəyyən edilməmişdir. Bundan başqa İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla inzibati xəta törətmiş Məlikov Zöhrab Məlikrza oğlunun konkret törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, xətanın aşkar edilməsi zamanı mütəxəssis rəyindən və xüsusi texniki vasitələrdən istifadə edilib-edilməməsi, protokol tərtib edilərkən şəxsin iştirak edibetməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Bundan başqa iş materiallarına Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət X2 İstifadə Agentliyinin qeyd olunan inzibati pozuntu ilə əlaqədar inzibati araşdırma aparılıbaparılmamasına, eləcə də İXM-nin 228 və 234.0.6-cı maddələrinə əsasən həmin agentliyin protokol və qərar qəbul etmək səlahiyyətinə hansı vəzifəli şəxsinin malik olmasına dair heç bir sübut əlavə edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun sürətindən görünür ki, fiziki şəxs Məlikov Zöhrab Məlikrza oğlu barəsində İXM-nin 228 və 234.0.6-cı maddələrinə əsasən protokol tərtib edilsə də, onun barəsində xx xxxxxx 2021-ci il tarixdə İXM-nin 228ci maddəsi ilə qərar qəbul edilmiş və həmin qərarla o, “müvafiq icazə sənədi olmadan hasilat işlərinin aparılmasına görə” 2500 (iki min beş yüz) manat miqdarında cərimə edilmişdir. Hansı ki, İXM-nin 34-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsində göstərilir ki, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Bundan başqa iş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli 000034 saylı aktın surətindən məlum olur ki, Dövlət X2 X1 və Nəzarət şöbəsinin nümayəndələri tərəfindən qeyd olunan tarixdə Qaradağ rayonunda yerləşən “Şahqaya” əhəngdaşı yatağına baxış keçirilərkən markşeyder planında qeyd olunan sahədən kənarda 137 metr sahədə, orta istismar dərinliyi 348 metr olmaqla 476 kub metr həcmdə hasilat aparıldığı və həmin ərazidə subicarə əsasında Elbrus Ağayevin fəaliyyət göstərdiyi qeyd edilmişdir. Göründüyü kimi bu fakt müəyyən edilərkən hansı xüsusi texniki vasitələrdən istifadə edilməsi protokol və qərarda öz əksini tapmamaqla İXM-nin 81.1 və 81.3-cü maddələrinin tələblərinə əməl edilməmişdir. Eləcə də həmin aktda ərazidə subicarə əsasında Elbrus Ağayev adlı şəxsin fəaliyyət göstərdiyi qeyd edilsə də protokol və qərarın hansı əsaslarla Məlikov Zöhrab Məlikrza oğlu barəsində tərtib edilməsi göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsində göstərilir ki, müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. 81.3. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafeləriniq orumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, Məlikov Zöhrab Məlikrza oğlu barəsində olan inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi Məlikov Zöhrab Məlikrza oğlunun pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət X2 İstifadə Agentliyi tərəfindən çıxarılmış xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Məlikov Zöhrab Məlikrza oğlunun barəsində tətbiq olunmuş inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-348/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-348/2021
04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver