Məhkəmə qərarları › İş №3(002)-349/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-349/2023

01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-349/2023 01.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi ilə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəisi X5 tərəfindən qəbul edilmiş 30 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətçi X4 tərəfindən verilmiş şikayətə baxılmağa hazırlanması zamanı, məhkəmə MÜƏYYƏNETDİ: X4 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəisi X5 tərəfindən qəbul edilmiş 30 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 3(006)- 1071/2023 nömrəli qərardadından görünür ki, X2 şikayəti üzrə inzibati xəta hadisəsi Bakı şəhəri, Qaradağ rayonunun ərazisində törədildiyi üçün sonuncunun şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında qərar 30 yanvar 2023-cü il tarixdə qəbul edilmiş, həmin qərardan şikayət isə Nəsimi Rayon Məhkəməsinə 15 fevral 2023-cü il tarixdə daxil olmuş, 17 fevral 2023-cü il tarixdə isə ərazi aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. 30 yanvar 2023-cü il tarixdə qəbul edilmiş inzibati qərardan verilən şikayət 15 fevral 2023-cü il tarixdə Nəsimi Rayon Məhkəməsinin dəftərxanasına bilavasitə təqdim olunarkən, qərardan şikayətin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 10 günlük prosessual müddətin ötürüldüyü, verilmiş, buraxılmış müddətin bərpa edilməsi ilə bağlı vəsatətin şikayətə əlavə edilmədiyi, həmçinin şikayət ərizəsində bununla əlaqədar heç bir üzrlü səbəbin göstərilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, E.Ə.Hüseynova Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəisi X5 tərəfindən qəbul edilmiş 30 yanvar 2023-cü il tarixli, MN ******* saylı qərarından şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, həmçinin şikayətçiyə inzibati tənbeh vermə haqqında iş üzrə qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəisi X5 tərəfindən qəbul edilmiş 30 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəisi X5 tərəfindən qəbul edilmiş 30 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ şikayətçi X3 izah edilsin. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar