Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-35/2021 27.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Şəxs (bundan sonra -Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-2466/20 nömrəli 27 noyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Türkiyə Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nın ünvanına 07BC548/07ZA119 nömrəli nəqliyyat vasitəsi ilə, 30 saylı 12.09.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********3066 sorğu nömrəli 15.09.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mala dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə **********, **********, ********** saylı kod altında bəyan edilmiş malın XİF MN üzrə hansı kod altında sinifləşdirildivini müəyyən edilməsi məqsədilə X1 İdarəsinə müraciət olunmuş, həmin idarədən 2200-015/001-25/005765 saylı 31,10.2020-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-və göndərilmiş sınaq protokoluna əsasən 30 saylı 12.09.2020-ci il tarixli invoys üzrə idxal olunan mallar XİF MN-ə görə **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, ********** saylı kod altında sinifləşdirildiyi məlum olmuşdur. Beləliklə, **********3066 sorğu nömrəli 15.09.2020-ci il tarixli gömrük bəyannaməsinin bəyan edilmiş mallar XİF MN-ə görə **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, ********** saylı kod altında sinifləşdirildiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği : İdxal rüsumu üzrə 2116.50 AZN, ƏDV üzrə 380.97 AZN, elektron gömrük xidməti haqqı üzrə 30 AZN. elektron gömrük xidməti üzrə ƏDV 5.40 AZN təşkil edir. Beləliklə, 2200-015/001-25/005765 saylı 31.10.2020-ci il tarixli laboratoriya rəyinə əsasən yaranmış 2532.87 manat əlavə ödəniş şirkət tərəfindən ödənilmədiyi nəticədə TEKNO CRUSHER” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsinin tərkib əlamətlərinin olduğu məlum olmuşdur. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi isə məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X1 İdarəsinin 31.10.2020-ci il tarixli rəyinin nəticəsinə görə 30 saylı 12.09.2020-ci il tarixli invoys üzrə idxal olunan mallar XİF MN-ə görə **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, ********** saylı kod altında sinifləşdir Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Kənan Məmmədova ünvanlanmış 11.11.2020-ci il tarixli raportdan görünür ki, Türkiyə Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nın ünvanına 07BC548/07ZA119 nömrəli nəqliyyat vasitəsi ilə, 30 saylı 12.09.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********3066 sorğu nömrəli 15.09,2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mala dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə **********, **********, ********** saylı kod altında bəyan edilmiş malın XİF MN üzrə hansı kod altında sinifləşdirildiyini müəyyən edilməsi məqsədilə X1 idarəsinə müraciət olunmuş, həmin idarədən 2200-015/001-25/005765 saylı 31.10.2020-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən 30 saylı 12.09.2020-ci il tarixli invoys üzrə idxal olunan mallar XİF MN-ə görə **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, ********** saylı kod altında sinifləşdirildiyi məlum olmuşdur. Beləliklə, **********3066 sorğu nömrəli 15.09.2020-ci il tarixli gömrük bəyannaməsinin bəyan edilmiş mallar XİF MN-ə görə **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, ********** saylı kod altında sinifləşdirildiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal rüsumu üzrə 2116.50 AZN, ƏDV üzrə 380.97 AZN, elektron gömrük xidməti haqqı üzrə 30 AZN, elektron gömrük xidməti üzrə ƏDV 5.40 AZN təşkil edir. Bununla əlaqədar qeyd olunan məsələnin araşdırılması üçün aidiyyatı üçün göstəriş verməsi xahiş olunmuşdur. Şəxs MMC-nin nümayəndəsi X2 tərəfindən 26.01.2021-ci il tarixdə məhkəməyə ünvanlanmış 26.01.2021-ci ol tarixli mədaxil orderi və 26.01.2021-ci il tarixli 726870077, 726870084, 726870082, ********* nömrəli mədaxil qəbzlərindən görünür ki, Şəxs MMC tərəfindən **********3066 sorğu nömrəli gömrük bəyannaməsi üzrə dövlət büdcəsinə 6121 manat 95 qəpik ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda, ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən 31.10.20-ci il tarixli labaratoria rəyinə əsasən yaranmış 2532 manat 87 qəpik vəsait Dövlət büdcəsinə tam şəkildə ödənildiyindən hüquqi şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs MMC tərəfindən 31.10.20-ci il tarixli labaratoria rəyinə əsasən yaranmış 2532 manat 87 qəpik vəsaitin Dövlət büdcəsinə tam şəkildə ödənilməsini və qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb, hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən Şəxs MMC həmin Məcəllənin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 84, 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin maddənin qeyd hissəsinin 2-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-35/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-35/2021
27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver