Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-35/2024 09.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X7, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru X10, borclu Şəxs barəsində protokol tərtib edərək, Səbail Rayon Məhkəməsinin e-2(009)-377/2022 saylı, 28 yanvar 2022-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra şöbəsinin icra məmuru X10 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, e- 2(009)-377/2022 nömrəli icra sənədinə əsasən 13 yanvar 2018-ci il təvəllüdlü X11 və 13 iyun 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün 29 dekabr 2021-ci il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində alimentin tutulub X3 ödənilməsi qət edilmişdir. 23 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, e- 2(009)-377/2022 nömrəli icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 aprel 2016-cı il tarixdə verilmiş icra vərəqəsinə əsasən cavabdeh Şəxs "Hilal" mebel dəstinə görə 1000 manat pul və bir ədəd şabalıdı rəngli, "Leninqrad" markalı pianino alınaraq iddiaçı X5 verilməsi, qiyməti 2300 manat olan 01 cüt sırğa və 01 üzükdən ibarət, "yəhudi gözü" adlanan formada, 750 əyar qızıldan düzəldilmiş və 5,5 karat brilliantla bəzədilmiş, ümumi çəkisi 15,3 qram olan dəstin, qiyməti 5000 manat olan 01 ədəd qolbağdan və 01 ədəd boyunbağıdan ibarət, "yəhudi gözü" adlanan formada, 750 əyar qızıldan düzəldilmiş və 14,05 karat brilliantla bəzədilmiş, ümumi çəkisi 41,2 qram olan dəst qızıl zinət əşyasının Nəsirov Hikmə! Fikrət oğlundan alınıb X5 verilməsi, iş üzrə keçirilmiş ekspertiza xərcinə görə iddiaçı X4 25 manat və cavabdeh Şəxs 25 manat, ekspertiza xərcinin dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, borclu Şəxs 2019-cu ildə CM-nın 237-ci maddəsinə əsasən 04 il 06 ay müddətə azadlıqda məhrum olunmuş və 2023-cü ilin iyulun 23-də həbsdən azad olunmuşdur. Borclu cəzasını çəkib qurtardıqdan sonra icra şöbəsinə dəvət olunmuş, icra sənədinin icrası tələb olunmuşdur. O aliment borcundan hal-hazıradək ümumilikdə 510 manat ödəniş etmiş, 8764 manat aliment borcu isə qalmaqdadır. Qızıl-zinət əşyalarının alınıb-verilməsi ilə bağlı qətnaməni isə icra etməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 öz izahatında göstərmişdir ki, halhazırda evli olmaqla Şəxs ilə birgə nikahından dünyaya gəlmiş övladları X11 və X13 onun himayəsindədir. Şəxs aliment borcundan təqribən 510 manat ödəniş etmiş, qızıl-zinət və digər əşyalarını isə ona qaytarmamışdır. O aliment borcunun və qızıl-zinət əşyalarının dəyərinin tam ödənilməsini, bu baş vermədikdə isə borclunun barəsində inzibati həbslə bağlı olan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında qeyd etmişdir ki, CM-nın 237-ci maddəsinə əsasən 04 il 06 ay müddətə azadlıqda məhrum olunmuş 2019-cu ilin 05 iyun tarixindən 23 iyul 2023-cü il tarixədək cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Həbsə düşərkən X6 ilə birlikdə yaşamışdır. Buna görə də keçmiş həyat yoldaşının 2021-ci il tarixdə yenidən evləndiyini bilməmişdir. Cəzaçəkmə müəssisəsində olarkən işlə təmin olunmamışdır. Aliment borcundan 2023-cü ilin avqust ayında məlumatlı olmuşdur. Cəzasını çəkib qurtardıqdan sonra isə icra məmuru tərəfindən onun işlə təmin olunması üçün məşğulluq xidmətinə müraciət edilsə də ona təklif edilən işin məvacibi çox aşağı olduğundan həmin işi qəbul etməmişdir. Cəza müddəti başa çatmaqla azadlığa çıxdıqdan sonra borcundan hissə-hissə olaraq cəmi 510 manat ödəniş etmişdir. Qızıl-zinət əşyalarının tələbkara qaytarılması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən isə ümumiyyətlə məlumatlı olmamış və onun qızıl-zinət əşyaları ilə bağlı tələbkara heç bir borcu olmadığını bildirmişdir. Halhazırda aliment borcundan ödəniş etmək üçün heç bir imkanı yoxdur. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş 09 yanvar 2024-cü il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnamələri icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borc ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 09 yanvar 2024-cü il tarixdən saat 16:30-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-35/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-35/2024
09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver