Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-352/2024 29.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi, polis kapitanı X2, Zərərçəkmiş şəxs Fərzaliyeva Günel Ticarət qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1998-ci ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, müharibə veteranı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2mrəsiz fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 29 yanvar 2024-cü il tarixli MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 19 noyabr 2023-cü il tarixdə, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Bakı küçəsi, nömrəsiz fərdi evdə əvvəllər tanıdığı Fərzaliyeva Günel Ticarət qızını döyərək ona xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə rəisi, polis kapitanı X6 tərəfindən İXM-nin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə rəisi, polis kapitanı X6 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X3 22 yanvar 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Həmin qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Qaradağ RPİ-nin 10-cu PŞ-na göndərilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prossessual rəhbərliyi həyata keçirən Qaradağ rayon Prokurorluğuna göndərilməsi, qərar barədə maraqlı tərəflərə məlumat verilməsi qərara alınmışdır. Bundan sonra həmin iş onun icraatına verilmiş və onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Hal-hazırda da tərtib etdiyi protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Fərzaliyeva Günel Ticarət qızı öz izahatında bildirmişdir ki, X1 qeyri-rəsmi həyat yoldaşıdır, birgə nikahlarından bir övladlları var. İxtiyar müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Goranboy və Tər-Tər rayonlarında hərbi xidmətdə olmuşdur. 14 sentyabr 2023-cü il tarixdə İxtiyarın hərbi xidmət müddəti başa çatdığına görə onlar Bakı şəhərinə qayıtmışlar. Onlar Tərtər və Goranboy rayonlarında yaşadıqları müddətdə İxtiyar mağazalardan nisyə mallar, avtomaşın ehtiyat hissələrini almış və hal-hazıradək də borclarını ödəməmişdir. Bundan başqa Tərtər rayonu, Qaradağlı kəndində kirayədə yaşadıqları evin pulunu verməmişdir. Bakı şəhərinə qayıtdıqdan sonra İxtiyar borclu olduğu şəxslərin telefon zənglərinə cavab verməmiş, borcularını ödəməkdən imtina etmişdir. xx.xx.2023-cü il tarixdə istifadəsində olan ***-***-**- ** saylı mobil telefon nömrəsinə Tərtər RPŞ-dən zəng daxil olmuşdur. Telefon danışığı zamanı polis əməkdaşı ona bildirmişdir ki, İxtiyar barəsində şikayət var, lakin İxtiyarın nömrəsinə zəng çatmadığı üçün onunla əlaqə saxlaya bilməmişdir. O da polis əməkdaşına bildirmişdir ki, o İxtiyarı tapıb bu barədə məlumat verəcək. Bundan sonra o İxtiyara məlumat vermək üçün İxtiyarın atasının yaşadığı evə getmişdir. 19 noyabr 2023-cü il tarixdə, saat 15:00 radələrində o İxtiyargilə məxsus ünvan 3 ünvanına getmişdir. Qapını açıb evə daxil olarkən görmüşdür ki, İxtiyar başqa bir qadınla cinsi əlaqədə olur. Bu zaman aralarında münaqişə yaranmış, İxtiyar həyətdə işləyən qardaşı Bəxtiyarı çağırmışdır. Həmin vaxt o əsəbi olduğu üçün qadınla yüksək səslə danışmış, Bəxtiyar isə onu çölə çıxarmaq məqsədi ilə boğazından yapışmış və onu divara vuraraq sakit olmağını və evdən çıxıb getməyimi tələb etmişdir. Bəxtiyar evə daxil olarkən əlində iş gördüyü bıçaq olmuş, onu divara vurarkən arxa tərəfində qaz sobasının borusu olmuşdur. O boruya dəyməmək üçün sağ əli ilə Bəxtiyardan tutmaq istəmişdir. Bu zaman sağ əli Bəxtiyarın əlində olan bıçağa dəymiş, nəticədə sağ əlindən xəsarət almış və evdən çölə çıxmışdır. Bu zaman İxtiyar üstünə gəlmiş, qarın nahiyəsinə təpiklə vurmuş, o da yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra İxtiyar əl və ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyǝlərinə çoxsaylı zərbələr vurmuşdur. Sonra isə İxtiyar paltarından yapışaraq onu sürüyüb küçəyə atdıqdan sonra yerdən mişar daşını götürüb mişar daşını ona atmaq istəyərkən Bəxtiyar ona mane olmuşdur. Bundan sonra İxtiyar ondan əl çəkmiş, bir qədər sonra isə DİN-nin 102 xidmətinə müraciət etmişdir. Hal-hazırda da Şəxs barəsində şikayətçi olmaqla barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli hesab edərək öz izahatında bildirmişdir ki, yuxarıda qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Fərzalıyeva Günel Ticarət qızı ilə yaxın münasibətləri olmuşdur. Onunla iki il müddətdində birlikdə yaşamış, lakin sonradan ondan ayrılmış və Şamaxı şəhərinə getmişdir. Hadisə baş verən gün Günel haradansa onun Mşüfiqabad qəsəbəsində yaşadığı evinə qayıtdığını öyərənmiş, 19 noyabr 2023-cü il tarixdə, saat 15:30 radələrində evimdə yatarkən həyətdən Günelin səsini eşitmişdir. Günel uca səslə onu çağırıb onu öldürəcəyini demişdir. Bundan sonra Günel evin qapısını açmaq istəyərkən o içəridən qapını tutub saxlamışdır ki, Günel qapını açmasın. Bu zaman Günel əlindəki bıçaqla qapıya zərbələrə vuraraq məni öldürməklə hədələyirmiş. O Günelin əlində bıçaq olmasından əmin olduqdan sonra qardaşı Bəxtiyarı köməyə çağırmış, həmin vaxt Günelin əlində bıçaq olmuşdur. Bəxtiyar Günelə yaxınlaşmış, bıçağı onun əlindən almağa çalışmış, o da dərhal qapını açıb həyətə çıxarkən görmüşdür ki, Bəxtiyar bıçağı Günelin əlindən almağa çalışır, Günel isə bıçağı vermək istəmir. Bəxtiyar Günelin qolunu burmuş, bıçaq Günelin əlindən yerə düşmüşdür. Bundan sonra o Günelin qalça nahiyəsindən bir dəfə təpik vurmuş, Günelin saçından və yaxasından yapışıb sürüyərək onu həyətdən çıxarıb küçəyə atmışdır. O, öz izahatında törətdiyi əməldən peşiman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi inzibati xəta tam sübuta yetirilir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 Qaradağ rayon Şöbəsinin 20 noyabr 2023-cü il tarixli 853 nömrəli ekspert rəyindən görünür ki, Fərzalıyeva Günel Ticarət qızının alınmış olduğu xəsarətlərhər iki bazu, sol çiyin qurşağının arxa səthinin, sağ qalça və hər iki bud nahiyyələrinin qançırları, sağ dirsək oynağının, hər iki said nahiyyəsinin və sol əlin ovuc səthinin sıyrıqları, sağ əlin birinic barmağının ovuc səthinin kəsilmiş yarası, dərəcələrinə sağ əlin birinic barmağının ovuc səthinin kəsilmiş yarası sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya, hər iki bazu, sol çiyin qurşağının arxa səthinin, sağ qalça və hər iki bud nahiyyələrinin qançırları, sağ dirsək oynağının, hər iki said nahiyyəsinin və sol əlin ovuc səthinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X3 22 yanvar 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan aydın olur ki, Şəxs ehtiyatsızlıqdan Fərzəliyeva Günel Ticarət qızının sağlamlığına yüngül zərərvurmaya aid bədən xəsarəti yetirdiyi üçün onun bu əməli cinayət tərkibi yaratmamışdır. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində cinayət tərkibi yoxdur, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 10 iyun 2023-cü il tarixli 121159 saylı vəsiqənin surətindən aydın olur ki, Şəxs vətən müharibəsi iştirakçısı olmaqla müharibə veteranıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən aydın olur ki, Şəxs “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və bununla bağlı ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, eləcə də törətdiyi əməldən peşiman olmasını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-352/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-352/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver