Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-352/2025 24.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 03 sentyanbr 1976-cı ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyata olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 24 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol 24 fevral 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən, Şəxs 22 fevral 2025-ci il tarixdə, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən «Bravo” marketlə üzbəüz “Azərlotereya”ya məxsus satış məntəqəsindən 60 manat məbləğində lotereya biletləri oğurlamışdır. Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X3 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, 22 fevral 2025-ci il tarixdə vətəndaş Talıbov X2 RPİ-nin 10-cu PŞ-na ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə, saat təxminən 13:00 radələrində işlədiyi Qaradağ rayonu, Lökbatan qesebesi, 28 May küçəsində yerləşən "Bravo" marketlə üzbəüz "Azərlotoreya”ya mexsus lotoreya satışı məntəqəsindən naməlum şəxs tərəfindən 60 manat məbləğində lotoreya biletinin oğurlanmasını bildirmişdir. Daxil olmuş məlumat əsasında hadisə yeri müayine olunmuş, hadisə yerindən fotoşəkillər çəkilərək tərtib olunmuş baxış protokoluna elave olunmuşdur. Baxış zamanı hadisənin görüntülərini əks etdirən video kameralar aşkar olunmamışdır. Araşdırma zamanı Şəxs 10-cu PŞ-ya dəvət edilərək izahatı olunmuş, sonuncu öz izahatında törətdiyi əməli etiraf etmişdir. O öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs öz izahatında göstərmişdir ki, 22 fevral 2025-ci il tarixdə günorta saatlarında şəxsi işi ilə əlaqədar bir tanışını ona məxsus lotoreya satışı məntəqəsində qoyaraq oradan uzaqlaşmışdır. Həmin vaxt onda yeni açılmış, içərisində 200 ədəd bilet olan lotereya bağlaması olmuşdur. Geri qayıdanda həmin bağlamadan altmış ədəd biletin olmadığını müəyyən etmişdir. Təxminən bir il əvvəl də Şəxs ondan lotereya biletləri oğurlayaraq ona iki yüz manat ziyan vurmuşdur. O, öz izahatına əlavə olaraq bildirmişdir ki, hazırda Şəxs ilə barışmaqla ona dəymiş ziyan tam ödənilmiş, Şəxs qarşı heç bir şikayət və tələbi olmadığından iş üzrə inzibati materiala xitam verilməsini xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, faktiki ailəli olmaqla ünvan 2 ünvanında üç azyaşlı övladı ilə birlikdə yaşayır, hal-hazırda işləmir. Özü 3-cü qrup əlil olmaqla “QİÇS” xəstəliyindən əziyyət çəkir. 22 fevral 2025-ci il tarixdə, saat təxminən 13:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən "Bravo" mağazası ilə üzbəüz "Azərlotoreya" satışı məntəqəsinin qarşısına gəlmiş, həmin vaxt işçidən xəbərsiz lotoreyalardan bir neçəsini götürərək cibinə qoymuş, daha sonra uzaqlaşaraq getmiş, lotoreyaları pozmuş, bir qədər sonra təkrarən geri qayıdaraq yenidən lotoreya götürmüş, bu zaman satıcı onu görmüş, satıcının onu görməsi səbəbindən lotoreyaları qaytararaq satıcıya vermiş, bundan sonra polis əməkdaşlarını ünvana gələrək onlara PŞ-nə dəvət etmişlər. Hazırda etdiyi əməldən peşman olmaqla zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəyən maddi ziyanın tam ödənildiyini qeyd edərək, iş üzrə inzibati materiala xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs və Şəxs tərəfindən təqdim olunmuş ərizələrdən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir və onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2, 227, 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-352/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-352/2025
24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver