Məhkəmə qərarları › İş №3(002)-353/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-353/2021

04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-353/2021 04.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İnzibati qərardan şikayət vermiş X2 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : ünvan 1 mənzil 17 ünvanında qeydiyyatda olan X3 ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı protokolun ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı X3 əlavə ərizə təqdim edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati qərardan şikayət vermiş X3 öz izahatında verilmiş şikayəti müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri 11 saylı RETSİ əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı protokola əsasən o, İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilmişdir. Tərtib edilmiş protokolla razı deyil. Belə ki, barəsində tərtib edilmiş protokolda qeyd edilir ki, guya o, xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında özünəməxsus 12 kalibrli “Çerçel” markalı 13302251 nömrəli ov silahı ilə qanunsuz ov edərkən saxlanılmışdır. Bildirmək istəyir ki, barəsində tərtib olunmuş protokol düzgün tərtib edilməmişdir. Belə ki, onun həmin ov silahını saxlaması və təyinatı üzrə istifadə edilməsi ilə bağlı qanuni icazəsi olmuşdur. O, Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətində motorçusükançı vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə digər işçilərlə birlikdə sahədə xidmətdə olarkən 11 saylı RETSİ-nin əməkdaşları onlara yaxınlaşmış, heç bir sənəd təqdim etmədən üzərində ov tüfəngi olmasını görərək onun ovla məşğul olmasını bildirib, qanunsuz olaraq zor tətbiq etməklə həmin silahı əlindən alaraq barəsində protokol tərtib etmişlər. Əslində həmin vaxt o, heç bir ov etməmiş və buna dair heç bir sübut da olmamışdır. Yalnız üzərində ov tüfəngi olduğuna görə belə güman etmişlər ki, onlar ovla məşğul olacaqlar. Odur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təkrarən məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən aydın olur ki, X3 xx xxxxxx 2020-ci il tarixdə, səhər saatlarında Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində, Xəzər dənizinin sahilində özünə məxsus 12 kalibrli “Churchill” markalı 13302251 nömrəli ov silahı ilə qanunsuz ov edərkən saxlanılmışdır. Buna görə də onun barəsində İXM-nin 272.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən aydın olur ki, X1 rayonu, Sahil qəsəbəsi ərazisində, Xəzər dənizinin sahilində, səhər saatlarında özünə məxsus 12 kalibrli “Churchill” markalı 13302251 nömrəli ov silahı vasitəsi ilə ov edərkən ov qaydalarını kobud şəkildə pozduğu üçün İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000(min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərardan aydın olur ki, təbiətə 5.50 (beş manat 50 qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Lakin inzibati xəta haqqında protokolda təbiətə dəymiş maddi ziyanla bağlı heç bir qeyd öz əksini tapmamışdır. Eləcə də istər protokolda, istərsə də inzibati tənbeh vermə haqqında qərarda X3 tərəfindən ov qaydalarının kobud şəkildə pozulmasının və yaxud digər ov qaydalarının müntəzəm pozulmasının nədən ibarət olması göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, X3 barəsində olan inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, o cümlədən inzibati tənbeh vermə haqqında qərarda qeyd olunan 5.50 manat məbləğində təbiətə dəymiş maddi ziyanın nədə ifadə olunması öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X2 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində tətbiq olunmuş inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar