Məhkəmə qərarları › İş №3(002)-354/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-354/2022

26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-354/2022 26.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri, Qaradağ rayonu, Səlyan şossesi, 15-ci km ünvanında qeydiyyatda olan "xxxx" MMC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-354/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarına əsasən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 3(002)-354/2022 saylı qərarının ləğv edilməsi və "xxxx" MMC barəsində tərtib edilmiş EP seriyalı ******* nömrəli, 28 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokol üzrə 76431 ingilis funt sterlinqi məbləğində köçürməyə münasibətdə inzibati cərimə növündə tənbeh tətbiq edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-904/2022 saylı, 22 aprel 2022-ci il tarixli qərarına əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 3(002)-354/2022 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşdə olan EP ******* №-li 28 fevral 2022-ci il tarixli protokoldan aydın olur ki, "xxxx" MMC 76431.00 İngilis funt sterlinqi məbləğində vəsaiti 17 yanvar 2020-ci il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də 76431.00 İngilis funt sterlinqi məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 18 yanvar 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə həmin təşkilat barəsində barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X2 öz izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “X4 X6 Dalğa” MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə inzibati xətanın törədilməsi barədə EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Həmin Protokolda qeyd edilmişdir ki, “X4 X6 Dalğa” MMC tərəfindən 76.431 ingilis funt sterlinqi 17 yanvar 2020-ci il tarixdə xaricə köçürülmüş, lakin 2 il müddət keçsədə həmin vəsait məbləğində alınan mallar ölkəyə idxal edilməmiş, valyuta vəsaiti ölkəyə geri qaytarılmamışdır. Ona görədə 18 yanvar 2022-ci il tarixində həmin hüquqi şəxs İXM-nin 430.4-cü maddəsi ilə inzibati xətanı törətmişdir. Aşağıda gətirilən əsaslara və hazırda tərəfindən təqdim edilən rəsmi sübutlara əsasən hesab edir ki, “X4 X6 Dalğa” MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işə İXM-nin 53cü maddəsinə əsasən (inzibati xəta hadisəsinin baş verməməsi əsası ilə) xitam verilməlidir. Qeyd etmişdir ki, 28.10.2019-cu il tarixində “X4 X6 Dalğa” MMC ilə X3 GROUP (UK) LİMİTED şirkəti arasında SO/001/2019 və SO/002/2019 nömrəli iki müqavilə bağlanmışdır. Birinci müqavilənin dəyəri 252,000 Britaniyanı funt sterlingi, ikinci müqavilənin dəyəri isə 152,862 Britaniyanı funt sterlingi təşkil etmişdir. Hər iki müqavilə üzrə cəmi məbləğ 404862,00 Britaniyanı funt sterlingi təşkil edir. Həmin müqavilələrə görə “X4 X6 Dalğa” MMC "xxxx" Şirkətinin Azərbaycan Nümayəndəliyi üçün satıcı Pkl Group (Uk) Limited şirkətindən mətbəx avadanlıqlarını alıb gətirməli idi Belə ki, “X4 X6 Dalğa” MMC ilə "xxxx" Şirkətinin Azərbaycan Nümayəndəliyi arasında bu haqda ilkin olaraq ********** nömrəli PURCHASE ORDER (PO) razılaşması mövcud olmuş və məhz həmin PO sazişdə “X4 X6 Dalğa” MMC ilə Pkl Group (Uk) Limited şirkəti arasında SO/001/2019 və SO/002/2019 nömrəli iki müqavilənin mövcud olmasıda xüsusi olaraq qeyd edilmişdir. Həmin ********** nömrəli Purchase Order (Po) razılaşması sonradan 10 mart 2020-ci il tarixində ********** nömrə ilə yenilənmişdir. Beləliklə yuxarıda qeyd edilən SO/001/2019 və SO/002/2019 nömrəli iki müqavilənin, ********** və ********** nömrəli PURCHASE ORDER (PO) razılaşmalarıın şərtlərinə uyğun olaraq “X4 X6 Dalğa” MMC tərəfindən 17 yanvar 2020-ci il tarixində X3 GROUP (UK) LİMİTED şirkətinə ayrı-ayrılıqda 17 yanvar 2020-ci il tarixində 126.000 və daha sonra eyni tarixdə 76.431 ingilis funt sterlinqi, sonra 19 yanvar 2020-ci il tarixində 94500 və 30 yanvar 2020-ci il tarixində isə 57.323,25 ingilis funt sterlinqi məbləğlərində pul vəsaitləri köçürülmüşdür. Sonuncu dəfə isə həmin müqavilələr üzrə PKL GROUP (UK) LİMİTED şirkətinə 26 noyabr 2020-ci il tarixində 38107,25 ingilis funt sterlinqi məbləğində pul vəsaiti köçürülmüşdür. Ümumilikdə “X4 X6 Dalğa” MMC tərəfindən X3 Group (Uk) Limited şirkətinə 392362 ingilis funt sterlinqi məbləğində pul vəsaiti köçürülmüşdür. Bildirmişdir ki, bütün bu məbləğlər həmin şirkətə ona görə köçürülmüşdür ki, “X4 X6 Dalğa” MMC-nin "xxxx" Şirkətinin Azərbaycan Nümayəndəliyi ilə bağlanmış ********** nömrəli və ********** nömrəli Purchase Order (Po) razılaşmalara əsasən həmin şirkətdə mətbəx avadanlıqlarının bütünlüklə yenilənməsi həyata keçirilməli idi. Məhz həmin vəsaitlərin qarşılığında (26 noyabr 2020-ci il tarixli 38107,25 ingilis funt sterlinqi məbləğində pul vəsaitinin köçürülməsi istisna edilir) 16 aprel 2020-ci il tarixində (həmin pulların köçürülmə vaxtından 3 ay keçməmiş) Azərbaycan Respublikasına aşağıdakı yük gömrük bəyannamələrinə və onların əlavələrinə əsasən sadalanan dəyərdə mallar idxal edilmişdir: **********4677 nömrəli YGB üzrə 84640,48 ingilis funt sterlinqi dəyərində mal; **********4672 nömrəli YGB üzrə 117028,94 ingilis funt sterlinqi dəyərində mal; **********4671 nömrəli YGB üzrə 12506,50 ingilis funt sterlinqi dəyərində mal; **********4700 nömrəli YGB üzrə 12500 ingilis funt sterlinqi dəyərində mal; **********4783 nömrəli YGB üzrə 26147,62 ingilis funt sterlinqi dəyərində mal; **********4801 nömrəli YGB üzrə 12950 ingilis funt sterlinqi dəyərində mal; **********4675 nömrəli YGB üzrə 108118,96 ingilis funt sterlinqi dəyərində mal. Beləliklə yuxarıda qeyd edilən həmin yük gömrük bəyannamələrinə əsasən bütün mallar gömrük orqanına 16 aprel 2020-ci il tarixində bəyan edilmiş və 18 aprel 2020-ci il tarixində həmin malların hamısı gömrük orqanı tərəfindən ölkəyə buraxılmışdır. Buna sübut üçün bütün yük gömrük bəyannamələrinin surətləri məhkəməyə təqdim edilir. Bütün yük gömrük bəyannamələrin 44 (təqdim olunan sənədlər) qrafasında aparılmış 8001- COMM-CDC01/CDC02 və 4999-********** qeydlərdən görünür ki, həmin bəyan edilən mallar SO/001/2019 və SO/002/2019 nömrəli iki müqavilənin və sonuncu yəni yenilənmiş ********** nömrəli PURCHASE ORDER (PO) razılaşmanın şərtlərinə uyğun olaraq “X4 X6 Dalğa” MMC tərəfindən 17 yanvar 2020-ci il tarixində X3 GROUP (UK) LİMİTED şirkətinə ayrı-ayrılıqda 17 yanvar 2020-ci il tarixində 126.000 və daha sonra eyni tarixdə 76.431 ingilis funt sterlinqi, sonra 19 yanvar 2020-ci il tarixində 94500 və 30 yanvar 2020-ci il tarixində isə 57.323,25 ingilis funt sterlinqi məbləğlərində köçürülmüş pulların qarşılığında idxal edilən mətbəx avadanlığına aid mallardır. Belə ki həmin vəsaitlərin köçürülməsinə dair ödəniş tapşırıqlarında, bankın svift sənədində də (çıxarışlarda) və yük gömrük bəyannamələrində məhz CDC01/CDC02 və ********** qeydlərinə istinad edilmişdir. Odur ki, hazırda EP ******* nömrəli inzibati xəta haqqında protokolda “X4 X6 Dalğa” MMC tərəfindən 76.431 ingilis funt sterlinqinin 17 yanvar 2020-ci il tarixdə xaricə köçürdükdən sonra 2 il müddət keçsədə həmin vəsait məbləğində alınan malların ölkəyə idxal edilməməsinin qeyd edilməsi tamamilə yanlışdır. Göründüyü kimi “X4 X6 Dalğa” MMC-nin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkib əlamətləri yoxdur. Odur ki, yuxarıda geniş şəkildə verdiyi izahdan və təqdim edilmiş rəsmi sübutlara əsasən, hazırda hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “X4 X6 Dalğa” MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə inzibati xətanın törədilməsi barədə tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Nəhayət EP ******* nömrəli protokolda inzibati xəta hadisəsinin törədilmə tarixi 18 yanvar 2022-ci il tarixi göstərilmişdir. Həmin vaxtdan isə hazırda artıq 4 aydan artıq müddət keşmişdir. Bu isə o deməkdir ki, İXM-nin 38-ci maddəsinə əsasən “X4 X6 Dalğa” MMC İXM-nin 430.4-cü maddəsi üzrə təqsirli bilinərək tənbeh edilə bilməz. Belə ki, İXM-nin tələbinə görə, iqtisadi fəaliyyət sahəsi üzrə törətdiyi inzibati xətaya görə şəxsin inzibati tənbeh edilməsi həmin xətanın törədildiyi andan hesablanmaqla 3 ay ərzində həyata keçirilə bilinər. Hazırda isə həmin müddət artıq ötürülmüşdür. Məhz ona görədə EP ******* nömrəli protokol əsasında “X4 X6 Dalğa” MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, "X4 X6 Dalğa” MMC-nin törətdiyi inzibati xəta iş materialları ilə sübuta yetirilsə də inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə "X4 X6 Dalğa” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, yuxarıda qeyd olunan inzibati xəta hadisəsi 18 yanvar 2022-ci il tarixdə baş versə də inzibati material üzrə Bakı Apellyasiya Məhkəməsi 22 aprel 2022-ci il tarixdə qərar qəbul edərək işə yenidən baxılması üçün inzibati materialı Qaradağ rayon Məhkəməsinə göndərmişdir. Həmin material 12 may 2022-ci il tarixdə yenidən məhkəməyə daxil olarkən artıq inzibati xəta hadisəsinin törədilməsindən 03 (üç) ay 24 (iyirmi dörd) gün vaxt keçmişdir. İnzibati material məhkəmənin icraata daxil olmuş və məhkəmə baxış iclası 26 may 2022-ci il tarixə təyin edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “X4 X6 DALĞA” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “X4 X6 Dalğa” MMC Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar