Məhkəmə qərarları › İş №3(002)-354/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-354/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-354/2025 25.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X1, Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin yol patrul xidmətinin baş inspektoru, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 23 fevral 2025-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarından aydın olur ki, Şəxs 23 fevral 2025-cü il tarixdə, saat təxminən 13:05 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi mərkəzində olan dörd yolun kəsişməsində idarə etdiyi “Kia Rio” minik markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən avtoxuliqanlıq hərəkətləri etdiyi müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 511.1.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X2 öz izahatında tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, 23 fevral 2025-cü il tarixdə saat 13:05 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi mərkəzində olan dörd yolun kəsişməsində “KİA RİO” minik markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq, əks hərəkət zolağına çıxmaqla ziqzaqvari şəkildə manevrlər edib digər hərəkət iştirakçılarının da hərəkətinə təhlükə yaratmış, əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etmiş və həmin görüntüləri «Tiktok” sosial şəbəkəsində canlı olaraq paylaşmışdır. Buna görə də o Qaradağ RPİ-nin DYPŞ-nın YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Nəqliyyat vasitəsi 4 saylı mühafizə olunan duracağa təmin edilmişdir. Bununla da Şəxs İXM-nin 511.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Bütün bunların nəzərə alınaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin yol patrul xidmətinin baş inspektoru, polis kapitanı X4 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, 23 fevral 2025-ci il tarixdə, günorta saatlarında sosial şəbəkələrin birində “canlı” olaraq bir nəfər şəxsin Qaradağ rayonu, Səngəçal qəsəbəsində avtoxuliqanlıq hərəkətləri etməsi barədə məlumat daxil olmuşdur. Tərəflərindən TŞ kamerlarına baxış keçirilərəkən daxil olan məlumatın doğru olduğu müəyyən edilmişdir. Araşdırma zamanı həmin hərəkətləri edən şəxsin Şəxs olduğu müəyyən edildikdən sonra vətəndaş özü idarə etdiyi nəqliyyat vasitəsini mühafizə olunan duracağa yerləşdirmişdir. O öz izahatında Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, himayəsində bir yetkinlik yaşına çatmayan, iki azyaşlı uşağı var. Ali təhsilli olmaqla "xxxx" MMC-də mexanik işləyir. Hadisə baş verən gün, yəni 23 fevral 2025-ci il tarixdə, günorta saatlarında Səngəçal qəsəbəsinin mərkəzində “Qazi” marketdən alış-veriş etdikdən sonra qayıdarkən tanıdığı bir neçə şəxsin nəqliyyat vasitələrini qarlı yolda sürüşdürərək idarə etdiyini görmüş, bu da onda həvəs yaratmış və onlara qoşularaq avtomobili bir neçə dəfə qarlı və buzlu yolda qəflətən sürəti artıqmaqla ziqzaqvari şəkildə manevrlər etmişdir. O öz izahatında ilk dəfə belə bir hadisə törətdiyini, səhvini başa düşdüyünü, törətdiyi əməldən peşiman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materillarını araşdıraraq və işdə iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında tərəflərin iştirakı ilə təqdim edilmiş videogörünütüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs həqiqətən də 23 fevral 2025-cü il tarixdə, günorta saatlarında Qaradağ rayonu, Səngəçal qəsəbəsində idarə etdiyi “KİA RİO” minik markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətlərinə yol vermişdir. İş materiallarına əlavə edilmiş “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” 23 fevral 2025-cü il tarixli aktın surətindən aydın olur ki, “KİA RİO” minik markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobil 23 fevral 2025-cü il tarixdə, saat 13:05-də öz hərəkəti ilə nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağının olmasını və əməlini etiraf edərək səmimi peşiman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə əsas cəza növü kimi inzibati cərimə edilməklə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması daha ədalətli və məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar