Məhkəmə qərarları › İş №3(002)-355/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-355/2020

09.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-355/2020 09.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və X3 nümayəndəsi X1, Şəxs direktoru X2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı protokolda və iş materiallarında göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Baş Şirvan Kollektorunun balıq qoruyucu kanalının Qaradağ rayon ərazisindən keçən hissəsində icazə olmadan balıq ovu həyata keçirmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və X3 əməkdaşı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Qaradağ rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(002)-355/2020 saylı qərarı ilə Şəxs İXM-in 272.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Qərardan narazı qalan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və X7 apellyasiya şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 3(103)-1367/2020 saylı qərarı ilə Şəxs barəsində olan Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə inzibati xəta hqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və X3 nümayəndəsi X5 öz izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və X3 xx xxxxxx 2020-ci il tarixli sərəncamına əsasən Bakı şəhərinin xidməti ərazisinə daxil olan sahədə yoxlama və qanunsuz balıq və quş ovu ilə əlaqədar araşdırma aparılan zaman xx xxxxxx 2020-ci il tarixdə Baş Şirvan Kollektorunun məcrası və mənsəbi ərazisində heç bir icazə sənədi olmadan balıq ovu edildiyi aşkar edilmişdir. Belə ki, həmin tarixdə qeyd olunan əraziyə yaxınlaşan zaman göl vintilləri və bir ədəd sahildə qayıq aşkar edilmişdir. Yaxınlıqda olan adını bilmədiyi, lakin özünü Şəxs əməkdaşı kimi təqdim edən şəxs qeyd olunan qayığın onlara məxsus olduğunu bildirdi. Buna görə də o, həmin qayığa əyləşərək sahildən bir az aralanmış və qayığın foto şəkilini çəkmişdir. Qayıqda isə həmin əməkdaş və onun özü olmuşdur. Bundan sonra yerindəcə protokol tərtib etmiş və özünü Şəxs əməkdaşı təqdim etmiş şəxsdən izahat verməsini və protokolu imzalamasını xahiş etsə də, həmin şəxs bunları etmədən çıxıb getmişdir. O öz izahatında əlavə olaraq bildirmişdir ki, həmin ərazidə əlavə torlar da olmuşdur. Lakin, protokol tərtib edildikdən sonra oradan heç bir əşya maddi sübut kimi götürülməmişdir. Ərazidə balıq ovunu həyata keçirən Şəxs əməkdaşları olmuşdur. Şəxs həmin ərazidə xx xxxxxx 2020-ci il tarixədək balıq ovu etmək üçün icazəsi olmuşdur. Balıq ovu üçün yeni icazə alınmamışdır. Balıq ovunu həyata keçirən şəxslərin Şəxsndə işlədiyini qiyabi olaraq bilir. Belə ki, onlar yoxlama zamanı heç bir sənəd təqdim etməmişlər. O öz izahatında əlavə olaraq bildirmişdir ki, qeyd olunan inzibati araşdırma ilə əlaqədar tərtib ediləcək protokolun vaxtı və yeri barədə Şəxsnə rəsmi məlumat verilməmişdir. Sadəcə xx xxxxxx 2020-ci il tarixdə Şəxsnə məktub göndərilərək onların barəsində akt və protokolun tərtib etdiklərini bildirmişlər. Məhkəmə iclasında iclasında iştirak edən Şəxs direktoru X6 öz izahatında bildirmişdir ki, barəsində tərtib edilmiş protokolla razi deyil. Belə ki, Şəxs əvvəllər həmin ərazidə qanunu əsaslarla balıq ovu həyata keçirmişdir. Bununla bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazə alınmışdır. Həmin icazənin vaxtı xx xxxxxx 2019-cu il tarixədək müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixdən sonra onlar balıq ovu həyata keçirmillər. Həmin ərazidə balıq ovlayan şəxslərin ümumiyyətlə Şəxsnə aidiyyətləri yoxdur. Həqiqətən də həin ərazidə Şəxsnə məxsus bir ədəd qayıq olsa da, həmin qayıq işlək vəziyyətdə olmamaqla, gölün kənarına bərkidilmiş vəziyyətdə olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının həmin ərazidə olmaları barədə onlarda heç bir məlumat olmamış, bu barədə onlara rəsmi və ya qeyri-rəsmi formada məlumat verilməmiş və eləcə də həmin ərazidə bir ədəd qayıqdan başqa Şəxsnə məxsus heç bir əşya mövcud olmamışdır. Həmin vaxtı güya ki, bir nəfə şəxs özünü təqdim edərək Şəxs əməkdaşı olmasını bildirsə də bu tamamilə yalandır. Həmin vaxtı qeyd olunan qayıq ekologiyanın əməkdaşı tərəfindən hərəkətə gətirilərək suya salınmış və təsadüfü deyil ki, qayığın foto şəkili çəkilərkən protokol tərtib etmiş X5 özü həmin qayıqda olmuşdur. Bundan başqa həmin vaxtı və sonradan Şəxsnə protokolun tərtib edilməsi vaxtı və yeri barədə heç bir məlumat verilməmiş, hadisə yerindən hər hansı bir maddi sübut aşkar edilərək rəsmi və ya qeyri-rəsmi qaydada götürülməmişdir. Bundan başqa qeyd olunan ərazidən Şəxsnə məxsus balıq ovu ilə məşqu olmaq üçün ov alətləri götürülmüş olsaydı belə, bu fakt yenədə də Şəxs qanunsuz balıq ovu ilə məşqul olması demək deyildir. Çünki həmin ərazidə heç bir balıq ovu əməliyyatı həyata eçirilməmişdir. Barələrində tərtib edilmiş protokol isə qanunsuz tərtib edilməklə, Şəxs qanunsuz balıq ovu ilə məşqul olması kimi göstərilmişdir. Odur ki, qeyd edilənlərə əsasən işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatları nəzərdən keçirib hesab edir ki, işin icraatına xitam verilməlidir. Belə ki, xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati protokoldan aydın olur ki, Şəxs Baş Şirvan Kollektorunun balıq qoruyucu kanalının Qaradağ rayon ərazisində heç bir icazə sənədi olmadan balıq ovu etmişdir. Həmin protokolda göstərilmişdir ki, bu fakt kanal ərazisində yığılmış ov alətləri və şikllərlə təstiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, yuxarıda qeyd olunan protokol İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, qeyd olunan protokolun tərtib edilməsi vaxtı və yeri barədə Şəxsnə hər-hansı bir məlumat verilməmiş, protokol tərtib edilərkən hər-hansı bir audio, video və yaxud foto çəkilişdən istifadə edilməsi, hadisə yerində aşkar edilmiş ov alətlərinin nədən ibarət olması, fərdi xusisyyətləri öz əksini tapmamaqla bu barədə hər hansı bir protokol tərtib edilməmiş, həmin əşyaların götürülməsi üçün heç bir prosessual hərəkətlər aparılmamış, eləcə də həmin vaxtı bir nəfər naməlum şəxsin özünü Şəxs əməkdaşı kimi təqdim etdiyi qeyd edilsə də, həmin şəxsin şəxsiyyəti müəyyən olunmamış və hər-hansı bir izahatı da alınmamışdır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxsnə məxsus bir ədəd sahildə dayanmış qayığın olması faktına istinad edilməklə əsassız olaraq Şəxs balıq ovu ilə məşqul olması qənaitinə gəlinmişdir. Halbu ki məhkəmə araşdırması zamanı Şəxs həmin vaxtı hər hansı bir balıq ovu ilə məşqul olmasında dair heç bir sübut müəyyən edilməmişdir. İş materiallarına yeganə dəlil kimi əlavə edilmiş və içərisində protokol tərtib etmiş şəxsin olduğu bir ədəd qayığın suda olması isə Şəxs qanunsuz balıq ovu ilə məşqul olmasını təstiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa məhkəmə hesab edir ki, tərtib edilmiş protokolda qanunvericiliyin tələblərinə də riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində göstərilir ki, balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qeyd olunan maddənin dispozisiyasında müvafiq icazə olmadan balıq ovu etməyə görə deyil, balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozuntusuna görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Ov qaydalarının pozulmasına görə inzibati məsuliyyət isə İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri, tərəflərin izahatını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə yuxarıdaqeyd olunanlara əsasən və İXM-in 8, 43, 53, 109, 114, 115, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İXM-in 272.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəs ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar