Məhkəmə qərarları › İş №3(002)-355/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-355/2021

12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-355/2021 12.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, X4, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1972-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 mənzil 6 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 38-ci PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş xx xxxxxx 2021-ci il tarixli MN № ******* saylı protkoldan və iş materiallarından aydın olur ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə yaşadıqları evin həyətində qardaşı X9 ilə mübahisə edərək sonuncunu qəsdən vuraraq sağlmalığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, X7 tərəfindən İXM-nin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, X7 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı, polis mayoru X5 xx xxxxxx 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Həmin qərara əsasən Şəxsnın əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, X1 zərər vrumayan bədən xəsarəti aldığından Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surətinin 38-ci PB-nin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır. Bundan sonra həmin qərar onun icraatına verilmiş və onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X9 bildirmişdir ki, Şəxs tanıyır və onlar qardaşdır. Onlar eyni ünvanda yaşasalarda, evə giriş-çıxışları başqadır. 2020-ci ilin iyun ayının 18-də qızı rəhmətə getdiyi üçün o, qardaşına dəfn xərcləri ilə əlaqədar 400 manat pul vermişdir. Daha sonra qardaşı ona 130 manat pul qaytarmışdır. xx xxxxxx 2021ci il tarixdə o, yaşadığı mənzilin qarşısında olan zaman qardaşının dostuna qardaşının dəfn xərclərinə cəmi 60 manat xərclədiyini, qalan pulu isə ona vermədiyini, yəni ona əksik pul verdiyini bildirmişdir. Daha sonra qardaşı onun yanına gələrək niyə dostuna elə söz dediyini bildirmiş və onun arxasınca qaçaraq onu vurmuşdur. Hazırda o Şəxsdan şikayətçidir və onu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında bildirmişdir ki, X9 onun qardaşıdır. Qardaşı ona dəfn xərcləri üçün 400 manat pul vermişdir. Dəfn xərcləri üçün məscidin mollasına 100 manat, daşsement üçün təxminən 50-60 manat pul vermişdir, qardaşına isə qalan 158 manatı qaytarmışdır. xx xxxxxx 2021-ci il tarixdə dostu onu çağıraraq onun qardaşına borcu olduğunu bildirmişdir. Daha sonra onun X9 ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı qardaşını əli ilə itələmişdir. Hal-hazırda qardaşının tələbi ilə əlaqədar ona 200 manat ödəniş etmək istəsə də qardaşı pulu qəbul etməkdən imtina etmişdir. Törətdiyi əməldən peşimandır, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və bir daha belə hərəkətlərə yol verməyəciyini bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi inzibati xəta Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, X4, zərəçəkmiş şəxsin izahatları və iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı, polis kapitanı X5 xx xxxxxx 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından aydın olur ki, Şəxsnın əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, X3 zərər vurmayan bədən xəsarəti aldığından Şəxsnın barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsəd ilə qərarın surətinin 38-ci PB-nin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır. Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı, polis kapitanı X5 xx xxxxxx 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından aydın olur ki, MTE-nin xx.xx.2021-ci il tarixli 15 saylı ekspert rəyində qeyd edilmişdir ki, X6 bədəni üzərində aşkar edilmiş xəsarət – sol göz altı, sol yanağın və alının sağ yan səthinin sıyrıqları, sağ əlin üç əl-barmağının qançırı bərk küt əşya təsirindən müayinədən bir günə qədər əvvəl törənmiş , qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxsnın əməlində cinayət tərkibi yoxdur, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli sayır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar