Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-355/2022 29.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin oğlunun katibliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X7, Şikayət vermiş şəxs X2 və onun nümayəndəsi və vəkili X3 iştirakları ilə, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 02 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: X2 vəkili və nümayəndəsi X8 şikayətlə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 02 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 3(006)-571/2022 saylı, 11 fevral 2022-ci il tarixli qərardadı ilə qeyd olunan şikayət və ona əlavə edilmiş sənədlər aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 23 avqust 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolundan, 02 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından və iş materiallarından aydın olur ki, “X22” MMC tərəfindən X11 və digərlərinin əmək və məzuniyyət haqqlarının hesablanmamaqla son haqq-hesablarının verilməməsi müəyyən edilməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozulmuş və yuxarıda qeyd olunan inzibati pozuntuya yol verdiyinə görə hüquqi şəxsin rəhbəri (direktoru) X9 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən 1000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X9 öz izahatında şikayətini onunla əsaslandırmışdır ki, 09 aprel 2019-cu il tarixdə “X22” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə təyin edilmiş, 02 iyul 2021-ci il tarixdə “X22” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisinin ümumi yığıncağının 01 saylı protokolunun qərarı ilə “X22” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsindən azad edilmişdir. Lakin “X22” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsindən azad edildikdən bir neçə gün sonra Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tərəfindən barəsində 23 avqust 2021-ci il tarixli ******* saylı cərimə protokolu tərtib edilmişdir. Həmin protokola əsasən barəsində 02 sentyabr 2021-ci il tarixli ******* saylı qərar qəbul edilmişdir. Bundan sonra dəfələrlə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə ərizə yazmış, qəbullara getmişdir ki, işdən çıxandan sonra bu protokolun tərtib olunması qanunsuzdur. Lakin, protokol yenə də qüvvəsində saxlanılmışdır. O, dəfələrlə, aylarla müraciət edərək qərarın təqdim olunmasını tələb etmiş, nəhayət 15 yanvar 2022-ci il tarixdə qərar ona poçtla gəlib çatmışdır. Hətta qərarı ala bilməsə də məhkəməyə müraciət etmiş və məhkəmə şikayəti icraata götürməkdən imtina etmişdir. Səbəb isə qərarın şikayətə əlavə olunmaması olmuşdur. Apelyasiya məhkəməsi də şikayətini təmin etməmişdir. Buna görə də o, qərarı alandan sonra yenidən müraciət etmək qərarına gəlmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, X11, X16 və X5 həqiqətən də “X22” MMC-də işləmişlər və öz xahişlərinə əsasən 01 iyun 2021-ci il tarixdə işdən çıxmışlar. Həmin şəxslər işlədiyi müddətdə əvvələr vaxtlı-vaxtında əmək haqqlarını alsalar da 2021-ci ilin mart ayından sonra müəssisədə oğurluq hadisəsi baş verdiyindən müəssisədə istehsalat və fəaliyyət dayandığı üçün, eləcə də balansda pul olmadığı üçün sonrakı əmək haqqları və son haqq-hesab ödənilməmşdir. Yəni əmək haqqları və son haqq-hesabın verilməməsi ondan asılı olmayan səbəblərə görə baş vermişdir. İnzibati Xətalar Məcəlləsinin 371.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin materialları ilə tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqları vardır. Lakin, onun barəsində protokol tərtib olunarkən qeyd olunan maddənin tələblərinə əməl olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 367.0.1 və 367.0.2-ci maddələrində göstərilir ki, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər uzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 385-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən halları işin duzgun həlli ucun əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə komək edən səbəblər və şərait müəyyən edilməlidir. Göründüyü kimi, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tərəfindən inzibati xəta hadisəsi və ya tərkibi yaranmamış lakin, buna baxmayaraq qanunsuz və əsassız olaraq inzibati cərimə tətbiq olunmuşdur. Odur ki, yuxarıda göstərilənlərə əsasən barəsində Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tərəfindən qəbul edilmiş 02.09.2021-ci il tarixli ******* saylı qərarın ləğv olunması və cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 nümayəndəsi və vəkili X8 öz izahatında bildirmişdir ki, X9 09 aprel 2019-cu il tarixdə “X22” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə təyin edilmiş, 02 iyul 2021-ci il tarixdə “X22” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisinin ümumi yığıncağının 01 saylı protokolunun qərarı ilə “X22” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsindən azad edilmişdir, lakin “X22” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsindən azad edildikdən bir neçə gün sonra Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tərəfindən barəsində 23 avqust 2021-ci il tarixli ******* saylı cərimə protokolu tərtib edilmişdir. Həmin protokola əsasən X2 barəsində 02.09.2021-ci il tarixli ******* saylı qərar qəbul edilmişdir. Bundan sonra dəfələrlə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə ərizə yazmış, qəbullara getmişdir ki, işdən çıxandan sonra bu protokolun tərtib olunması qanunsuzdur. Lakin, protokol yenə də qüvvəsində saxlanılmışdır. Məhkəmədə hüquqlarını müdəfiə etdiyi X9 qərarın təqdim olunmasını dəfələrlə tələb etməsinə baxmayaraq, yalnız 15 yanvar 2022-ci il tarixdə qərar ona poçtla gəlib çatmışdır. Hətta qərarı ala bilməsə də məhkəməyə müraciət etmiş və məhkəmə şikayəti icraata götürməkdən imtina etmişdir. Səbəb isə qərarın şikayətə əlavə olunmaması olmuşdur. Apellyasiya məhkəməsi də şikayəti təmin etməmişdir. Buna görə də o, qərarı alandan sonra yenidən müraciət etmək qərarına gəlmişdir. İnzibati Xətalar Məcəlləsinin 371.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin materialları ilə tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqları vardır. Lakin, onun barəsində protokol tərtib olunarkən qeyd olunan maddənin tələblərinə əməl olunmamışdır. Göründüyü kimi Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tərəfindən inzibati xəta hadisəsi və ya tərkibi yaranmamış lakin, buna baxmayaraq qanunsuz və əsassız olaraq inzibati cərimə tətbiq olunmuşdur. Odur ki, yuxarıda göstərilənlərə əsasən X9 barəsində Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tərəfindən qəbul edilmiş 02 sentyabr 2021-ci il tarixli ******* saylı qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X12 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, vətəndaşlar X11, X16 və X5 05 iyul 2021-ci il tarixdə ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edərək 2007-ci ildən 01 iyun 2021-ci il tarixinədək “X22” MMC-də işlədiklərini, işlədikləri müddətdə tam şəkildə əmək haqqlarını, eyni zamanda işdən çıxan zaman son haqq-hesablarının verilməməsini bildirmişlər. Bununla bağlı X14 Xidmətinin Bakı şəhər İdarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, X11, X16 və X5 “X22” MMC-də işlədikləri müddətdə sonuncu dəfə yalnız 2021-ci ilin mart ayında əmək haqqı almışlar. Aprel və may aylarının əmək haqqları, eyni zamanda işdən çıxarkən isə son haqq-hesabları ödənilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Bununla da müəyyən edilmişdir ki, “X22” MMC-nin sabiq direktoru X2 əməlində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinin tərkib əlamətləri olduğundan o, həmin maddə ilə 1000 (min) manat məbləğində cərimə edilmişdir. Göstərilənlərə şikayətin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən vətəndaş X11 öz izahatında bildirmişdir ki, 2007-ci ildən “X22” MMC-də çilingər vəzifəsində işləmişdir. Sonuncu dəfə əməkhaqqını 2021-ci ilin mart ayında almış, həmin ilin iyunun 1-dən isə əmək müqaviləsinə xitam verilmişdir. Əmək haqqı almaması ilə müəssisə rəhbərliyinə müraciət etsə də ona ödəniş etmək imkanının olmadığını bildirmişlər. O öz izahatında daha sonra göstərmişdir ki, o və digər əməkdaşlar əmək müqaviləsinə xitam verilənə qədərki müddətdə əməkhaqqı almamalarına dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinə 05 iyul 2021-ci il tarixdə ərizə ilə müraciət etmişlər. Lakin İbadov Müşfiq Mirzəxan oğluna qarşı şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən vətəndaş X13 öz izahatında bildirmişdir ki, 2005-ci ildən “X22” MMC-də usta vəzifəsində işləmişdir. Sonuncu dəfə əməkhaqqını 2021-ci ilin mart ayında almış, həmin ilin iyunun 1-dən isə əmək müqaviləsinə xitam verilmişdir. Əmək haqqı almaması ilə müəssisə rəhbərliyinə müraciət etsə də ona ödəniş etmək imkanının olmadığını bildirmişlər. Bu səbəbdən də o digər əməkdaşlarla birlikdə əmək müqaviləsinə xitam verilənə qədərki müddətdə əməkhaqqı almamalarına dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinə 05 iyul 2021-ci il tarixdə ərizə ilə müraciət etmişlər. Lakin İbadov Müşfiq Mirzəxan oğluna qarşı şikayətçi olmadığını bildirmişdir. Məhkəmə, şikayəti, iş materiallarını, tərəflərin izahatını və şahidlərin ifadələrini dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlarla müəyyən edilmişdir ki, 02 iyul 2021-ci il tarixədək “X22” MMC-nin direktoru olmuş X9 həmin müəssisədə rəhbər olduğu müddətdə X22” MMC-nin 01 iyun 2021-ci il tarixədək işçiləri olmuş X11, X16 və X5 2021-ci ilin mart ayından sonra əmək haqqları və işdən çıxarkən son haqq-hesaba dair ödənişləri almamışlar. Yəni yuxarıda qeyd olunan inzibati xəta hadisəsi X4 direktor vəzifəsində çalışdığı müddətdə baş vermişdir. Məhkəmə iclasında X10 yuxrıda adları çəkilən işçilərə əmək haqqları və son haqqhesablarının ödənilməməsinin səbəbi kimi müəssisədə cinayət hadisəsi baş verməsini və nəticədə istehsalatın dayanması ilə balansda pulun olmaması ilə izah etsə də, bu hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Hətta təqdim etmiş olsaydı belə həmin hallar əmək qanunvericiliyinin tələblərinə əməl edilməməsinə haqq qazandıra bilməz. Bundan başqa məhkəmə iclasında X10 və onun nümayəndəsi və vəkili X8 yuxarıda qeyd olunan inzibati işlə əlaqədar aparılan araşdırmanın vaxtı və yeri barədə məlumatlarının olmamasını bildirsələr də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X7 məhkəməyə təqdim etdiyi 12 avqust 2021-ci il tarixli və 23 avqust 2021-ci il tarixli “X22” MMC-yə ünvanlanmış məktubların surətlərindən və həmin məktubların göndərilməsinə dair müvafiq poçt şöbəsi tərəfindən təsdiqlənmiş reyestrlərdən aydın olur ki, yuxarıda qeyd olunan inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar 23 avqust 2021-ci il tarixə, saat 12:00-a təyin edilmiş və eləcə də qəbul edilmiş protokol üzrə 02 sentyabr 2021-ci il tarixə, saat 12:00-a təyin edilmiş işə baxılmasının yeri və vaxtı barədə “X22” MMC-yə rəsmi məktublar göndərilməklə məlumat verilmişdir. Məhkəmə baxışı zaman şikayətçi X9 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 02 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-355/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-355/2022
29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver