Məhkəmə qərarları › İş №3(002)-357/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-357/2021

01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-357/2021 01.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, şikayət vermiş şəxs X1 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, X1 Bakı şəhəri DYPİ-nin xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx xxxxxx 2021-ci il tarixdə X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri DYPİ-nin xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixində Qaradağ rayonu, Kənar Dairəvi yolunda Bakı şəhəri, Dövlət X6 polis polkovniki tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə və həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xətasını törətməkdə təqsirli bilinərək İnzibati Xəta haqqında ******* saylı Protokol tərtib olunmuşdur. Həmin Protokola əsasında barəsində xx.xx.2021-ci il tarixli, İnzibati tənbeh vermə haqqında TP ******* saylı Qərar tərtib olunmuş və inzibati tənbeh növü olan 400 (dörd yüz) manat məbləğində inzibati cərimə və “5” cərimə balı tətbiq olunmuşdur. Buna səbəb kimi isə ona məxsus “** OE ***” nömrəli qeydiyyat nişanlı avtomobilin idarəsi zamanı guya alkoqoldan istifadə olunması və tərəfindən təhlükəsizlik kəmərindən istifadə qaydalarının pozulması kimi göstərilmişdir. Barəsində əsassız olaraq tərtib olunmuş xx.xx.2021-ci il tarixli, İnzibati tənbeh vermə haqqında TP ******* saylı Qərarla razı deyil. Belə ki, xx xxxxxx 2020-ci il tarixində təxminən saat 08:39 radələrində ona məxsus olan “** OE ***” nömrəli qeydiyyat nişanlı avtomobili idarə edən zaman Bakı şəhəri, Dövlət X6 polis polkovniki tərəfindən saxlanılmış, bununla da mən həmin əməkdaşların qanuni göstərişlərinə əməl edərək mənə məxsus nəqliyyat vasitəsini saxlamışdır. Əməkdaşlar tərəfindən onlara məxsus alkoqol faizini ölçən cihazla içkili olub-olmadığımı müəyyən edilməsi zamanı onlara etiraz etməsə də onlar tərəfindən ona bir sənəd təqdim edilərək bu sənədi imzala qalan prosessual qaydaları özümüz həll edəcəyik fikrinə aldanaraq ona təqdim olunmuş həmin sənədin mahiyyətini dərk etmədən imzalamışdır. Həmçinin qeyd edir ki, o vəzifəli şəxslərin hər zaman qanuni tələblərinə riayət etmiş və qanuni göstərişlərinə tabe olmuşdur. Həmin gün o, həmin əməkdaşlar tərəfindən polis idarəsinə aparılmış və orada ona məlum olmuşdur ki, vəzifəli şəxslər tərəfindən mahiyyətini bilmədiyi sənədə qanunsuz imza ataraq guya onların tibbi müayinə üçün əmrinə tabe olmamışdır. Halbuki bununla bağlı ona hər hansı bir məlumat verilməmişdir. Bundan əlavə, o, heç bir spirtli içki qəbul etmədiyi halda barəsində Protokolun tərtib olunması, inzibati xəta törətməkdə təqsirli bilinməyi və hətta sürücülük vəsiqəsinin əməkdaşlar tərəfindən qanunsuz olaraq götürülməsi onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Hadisələrin belə cərəyan etməsindən sonra, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən tibbi müayinədən keçmiş, həmin müayinənin nəticəsi kimi isə ayıq olmağına dair rəy verilmişdir. Ayıq olmasına dair tibbi müayinədən keçmə vaxtı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə”-ə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəz tərəfindən verilmiş Protokolda da göstərildiyi kimi 09:40 saatlarında rəy verilmişdir. Yəni hadisənin baş verməsindən bir saat sonra tibbi müayinədən keçərək ayıq olmasına dair 2/12896 saylı rəyin verilməsi barəsində tərtib olunmuş Protokolun qanunsuz və əsassız olmasını bir daha təsdiqləyir və xx.xx.2021 -ci il tarixli, İnzibati tənbeh vermə haqqında TP ******* saylı Qərarın həqiqəti özündə əks etdirmədiyinə dəlalət edir. Eyni zamanda bildirir ki, hadisənin baş verdiyi zaman sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı ilə realizə edilməmişdir. Beləki, xx xxxxxx 2020-ci il tarixli, İnzibati Xəta haqqında ******* saylı Protokol hal şahidlərinin iştirakı olmadan tərtib olunmuşdur ki, bu da vəzifəli şəxslər tərəfindən ona qarşı yol verilən daha bir hüquq pozuntusundan xəbər verir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər normasının tələblərinə əməl olunmamış və buna dair fakt Qaradağ Rayon Məhkəməsinin 3(002)-172/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadında öz təsbitini tapmışdır. Beləki, həmin qərardadda qanunvericiliyin tələblərinə- əməl olunmadan daha dəqiq desək, hal şahidlərinin iştirakı təmin edilmədən sərxoşluq vəziyyətinin müayinəsinin həyata keçirildiyi qeyd olunmuşdur. Göstərilənlərə əsasən, onun barəsində olan xx xxxxxx 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 verdiyi şikayətini müdafiə etdiyini qeyd edib İXM-in 329.1 və 333.1 -ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 08:39 radələrində idarə etdiyi «Opel Astra» minik markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Qaradağ rayonu Kənar Dairəvi yolu ərazisi ilə hərəkət edərkən Bakı şəhəri Dövlət X6 əməkdaşı tərəfindən saxlanılaraq avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün və təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün onun barəsində xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin, o həmin vaxt təhlükəsizlik kəmərindən istifadə etmiş, sərxoş vəziyyətdində olmadığını sübut etmək üçün isə Respublika Narkoloji Mərkəzinə müraciət etmiş. Respublika Narkoloji Mərkəzinin həkimi tərəfindən tibbi müayinəsi aparılmış və onun sərxoş vəziyyətdə olmadığı müəyyən edilmiş və bu barədə protokol tərtib edilmişdir. Yekun olaraq Q.Bədirov xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi barədə qərara qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri DYPİ-nə lazmı qaydada məlumat verilsə də Bakı şəhəri DYPİ-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və nümayəndənin iştirak etməməsinin səbəbəri haqqında məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhəri DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, X3 əməlində İXM-in 333.1 və 329.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X3 nəqliyyat vasitəsini sərxoş halda və təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyi üçün barəsində İXM-in 333.1 və 329.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 2/12896 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X3 ayıq vəziyyətdə olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. X2 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə tərəfindən şübhələri və ziddiyyətli məqamları barəsində protokol tərtib edilmiş şəxsin xeyrinə həll olunması müəyyən edilib. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Həmin Məcəllənin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. Həmin Məcəllənin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1 və 135.1.1-ci maddələrinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə qeyd edir ki, X1 xx.xx.2020-ci il tarixdə sərxoş vəziyyətdə avtomobil idarə etməsi səlahiyyətli orqan tərəfindən tam araşdırılmadan, heç bir əsaslı sübuta əsaslanmadan şəxsin sərxoş olması qənaətinə gəlinmişdir. Məhkəmə araşdırması zamanı isə əksinə X1 xx.xx.2020-ci il tarixdə ayıq vəziyyətdə olması müvafiq sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə sübuta yetirilmişdir. Həmçinin Q.T.Bədirovun İXM-in 329.1-ci maddəsində nəzərdə tutulmuş xətanı yəni avtomobili təhlükəsizlik kəmərini bağlamadan idarə etməyinə gəldikdə isə məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmadığı üçün şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 329.1-ci maddələri ilə DİN Bakı şəhər Dövlət X4 qəbul etdiyi xx xxxxxx 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar