Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-359/2025 05.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Qaradağ Rayon Məhkəməsinə Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X3 İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X3 İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 09:00-da Qaradağ rayonu, Göy Zavod yaxınlığında qanunsuz ov edərkən saxlanılmışdır. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X3 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi bildirişlə məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə səlahiyyətli orqanın iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə daxil olmuş vəsatəti nəzərdən keçirərək, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, protokolda qeyd olunanlarla razıdır. Belə ki, o, həmin ərazinin ov üçün qadağan edildiyindən məlumatlı olmadığına görə ilk dəfə olaraq bu əməli törətmişdir. Barəsində yüngül tənbeh seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, onun Bakı şəhəri Qaradağ rayonu ərazisində yaşadığını nəzərə alaraq, hazırki işin Qaradağ Rayon Məhkəməsində baxılmasını xahiş edir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X3 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında iş üzrə MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 09:00-da Qaradağ rayonu, Göy Zavod yaxınlığında qanunsuz ov edərkən saxlanılmışdır. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. İş materiallarında olan fotoşəkillərdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs qanunsuz ov edərkən saxlanılmış və ov nəticəsində 3 ədəd quş ovlamışdır. İş materialında olan xx.xx.2025-ci il tarixli mütəxəssis arayışına əsəsən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə X3 İdarəsinin Abşeron xətt polis məntəqəsinin əməkdaşlarının təqdim etdiyi Şəxs götürülmüş quşlardan 2-si bioloji əlamətlərinə görə qaşqaldaq, biri isə ördəkdir. X2 qanunsuz ov etməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 16,5 manat məbləğində maddi ziyan vurmuşdur. İş materialında olan Azərbaycan Respublikasının DİN baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş 132 saylı xx.xx.2021-ci il tarixli vəsiqədən görünür ki, 12 kalibrli “Hatsan” markalı 705263 saylı yivsiz lüləli ov silahının saxlanılması və təyinatı üzrə istifadəsi üçün Şəxs verilmişdir. İş materialında olan DİN-in Kriminal Təhqiqatlar idarəsinin xx.xx.2025-ci il tarixli 3-13- 11/2-2249/2025 saylı ekspert rəyindən görünürki, X1 təqdim etdiyi silah hamar lüləli, özözünə dolan ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş açmaq üçün yararlıdır. Təqdim edilmiş 4 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 12x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli yivsiz ov silahından atəş açmaq üçün nəzərdə tutulmuş ov döyüş sursatıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 272.3-cü maddəsinə əsasən balıq və digər su bioresurslarının ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X3 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında iş üzrə MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolu və inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs tərəfindən ovçuluq hüququ müəyyən edən ov biletinə sahib olmadan qanunsuz ovçuluq fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə Şəxs tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə tənbeh tətbiq edilməklə ov hüququnun məhdudlaşdırılması məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və 06 (altı) ay müddətinə ov hüququ məhdudlaşdırılsın. Qərarın icrası Qaradağ Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-359/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-359/2025
05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver