Məhkəmə qərarları › İş №3(002)-36/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-36/2021

27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-36/2021 27.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Şəxs (bundan sonra-Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Bakı Baş Gömrük İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100- 2493/20 nömrəli 25 noyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Gömrük Prosedurları və Ödənişləri şöbəsinə daxil olmuş 34 012 032930 24 noyabr 2020-ci il tarixli raporta əsasən Şəxs ünvanına 34UY4439/34BJZ739 nömrəli ARV**********716 saylı 09 noyabr 2020- ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********1580 sorğu nömrəli 16 noyabr 2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİFMN üzrə “841581 0090” saylı kod altında “SƏNAYE KONDİSİONERİNİN KANAL TİPLİ DAXİLİ BLOKLARİ” , 5% gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİFM MN üzrə hansı kod altında sinifləşdirildiyini müəyyən edilməsi məqsədilə X2 İdarəsinə məktub ilə müraciət olunmuş həmin idarədən 2200-15/003-25/006153 saylı 23 noyabr 2020-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna ARV**********716 saylı 09 noyabr 2020ci il tarixli invoys üzrə idxal “GREE” markalı, GMV – ND280PH/A-T modelli havanın kondisiallaşdırılması üçün kanal tipli daxili blok XİF MN-ə görə “8415 90 000 9” 15 % idxal və 18% ƏDV gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə **********1580 sorğu nömrəli 16 noyabr 2020-ci il tarxili gömrük bəyannaməsinin bəyan edilmiş “GREE” markalı, GMV – ND280PH/A-T modelli havanın kondisiallaşdırılması üçün kanal tipli daxili blok XİF MN-ə görə “8415 90 000 9” saylı kod altınd sinifləşdirildiyi təqdirdə Şəxs tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği : idxal gömrük rüsumu üzrə 3852.20 azn ƏDV üzrə 693.39 azn , elektron gömrük xidmət haqqı üzrə 35.00 azn, elektron gömrük xidməti üzrə ƏDV 5.40 azn olmaqla, ümumilikdə, 4580 manat 99 qəpik təşkil edir. X2 İdarəsinin 2200-15/003-25/006153 saylı 23 noyabr 2020-ci il tarixli gömrük ekspertizası rəyinə əsasən Şəxs ünvanına ARV**********716 saylı 09 noyabr 2020- ci il tarixli invoys üzrə idxal “GREE” markalı, GMV – ND280PH/A-T modelli havanın kondisiallaşdırılması üçün kanal tipli daxili blok XİF MNə görə “8415 90 000 9” alt yarımmövqeyində sinifləşdirilir. Həmçinin, iş materiallarında olan BBGİ-in rəisi Kənan Məmmədovun 00100/1927 nömrəli 16 sentyabr 2020-ci il tarixli qərarına əsasən hüquqi şəxs Şəxs əvvəllər Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməyə görə təqsirli bilinib ilk dəfə inzibati xəta törətməsi və vurduğu ziyanı tamamilə ödəməsi ilə əlaqədar məsuliyyətdən azad edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 izahatında göstərmişdir ki, Şəxs MMC-nin ünvanına İtaliya Respublikasının yük avtomaşınında daxil olmuş mallar Bakı Baş Gömrük idarəsində 17.06.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, sözügedən mallar yükü ixrac edən şirkət tərəfindən göndərilmiş sənədlər əsasında rəsmiləşdirilmiş, həmin sənədlərdə malların XİFMN üzrə olan kodları olduğu kimi öz əksini tapsa da, sonradan X2 idarəsinin rəyinə əsasən qeyd edilən malların kodlarının fərqli olduğu məlum olmuşdur. Hazırda verilmiş rəylə razı deyillər. Hesab edir ki, , mallar ixrac bəyannaməsinə uyğun olaraq ********** alt yarım mövqeyində sinifləşdirilməlidir. Təmsil etdiyi hüquqi şəxs barəsində tərtib edilmiş protokolla razı deyil, ona görə də təmsil etdiyi hüquqi şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X2nın 23.11.2020-ci il tarixli rəyinin nəticəsinə görə "xxxx" MMC-nin ünvanına ARV**********716 nömrəli, 09.11.2020-ci il tarixli invoys üzrə daxil olunan yük GREE markalı, GMV – ND280PH/A-T modelli havanın kondisiallaşdırılması üçün kanal tipli daxili blok XİF MN-ə görə “8415 90 000 9” alt yarımmövqeyində sinifləşdirilir. " Buxar Mühəndislik” MMC-nin nümayəndəsi X3 25.11.2020-ci il tarixli 00100- 2493/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 16.09.2020-ci il tarixli, “İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərardan görünür ki, ilk dəfə Azərbaycan Respublikasında İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs MMC barəsində 00100-1927/20 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda, ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iş üzrə verdiyi izahatını və iş materiallarını tədqiq edərək, barəsində inzibati icraat aparılan hüquqi şəxs «Şəxs MMC-nin nümayəndəsi X1 izahatını və gətirdiyi dəlilləri hüquqi şəxsin müdafiəsi kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə yəni, 3206,69 (üç min iki yüz altı manat altmış doqquz qəpik) məbləğində cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar