Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-36/2023 08.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin direktoru X3 iştirakları ilə, Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə 00100- 02732/22 nömrəli, 16 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, iş üzrə materialları və ona əlavə edilmiş sənədləri baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ASC tərəfindən 1 (bir) ədəd gücü 950 KVA olan üçfazalı tənzimləyici yükü **********9694 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2016-cı il tarixədək 1 (bir) il müddətinə xaricdə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmişdir. Sonuncu dəfə xx.xx.2017-ci il tarixdə “İnter Glass" ASC tərəfindən Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş xx/xx/009430 qeydiyyat nömrəli məktub əsasında sözügedən yükün xaricdə emal müddəti xx.xx.2018-ci il tarixədək 1 (bir) il müddətinə uzadılmışdır. Müəyyən edilmişdir ki, 1 (bir) ədəd gücü 950 KVA olan üçfazalı tənzimləyici yükü xx.xx.2015-ci il tarixdə **********4 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilərkən invoys dəyəri 86000 Avro, Azərbaycan manatına münasibətdə isə 96896,20 (doxsan altı min səkkiz yüz doxsan altı manat iyirmi qəpik) manat təşkil edirdi, belə ki, sözügedən tarixdə 1 (bir) Avronun Azərbaycan manatına olan rəsmi məzənnəsi 1,1267 manat təşkil edirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin direktoru X4 məhkəmə iclasında bildirmişdir ki, "xxxx" ASC faktiki 2017-ci ilin sonlarından fəaliyyət göstərmir. Onun bütün balansı "xxxx" ASC-yə verilmişdir. Həmin malın ölkəyə gətirilibgərilməməsi barədə məlumat yoxdur. Bundan başqa inzibati xətaya dair cəlbetmə müddətləri keçmişdir. Qeyd edilənlərə əsasən işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı X5 protokolu müdafiə edərək təmin edilməsini xahiş etdi. 22 aprel 2018-ci ildə mal geri qaytarılmalı idi. Lakin Şəxs ASC bu öhdəliyi icra etməmişdir. Belə olan halda məhkəmə müəyyən edir ki, inzibati xəta hadisəsinin baş verdiyi vaxt xx.xx.2018-ci il tarix olduğundan inzibati xəta hadisəsi üzrə müddət axımı qeyd edilən vaxtdan başlanır. Bundan başqa Gömrük orqanı qeyd edilən inzibati xətanı davam edən inzibati xəta kimi müəyyənləşdirərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenium qərarına əsaslanmışdır. Halbuki, iş materiallarından da göründüyü kimi Şəxs ASC-nin müraciəti əsasında 1 (bir) ədəd gücü 950 KVA olan üçfazalı tənzimləyici yükün xaricdə emal müddətinin xx.xx.2017-ci il tarixdə 1 il uadılmışdır. Şəxs ASC qeyd edilən malı xx.xx.2018-ci il tarixinədək ölkəyə gətirməli olduğu halda bunu etməmiş və qeyd edilən inzibati xəta hadisəsi baş vermişdir. Gömrük orqanı Şəxs ASC-nin inzibati məsuliyyətə gec cəlb edilməsini inzibati məsuliyyə gec cəlb edilməsini inzibati xətanın 2022-ci ilin oktyabr ayında aşkara çıxarılması ilə əlaqələndirsə də, məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi faktiki olaraq xx.xx.2018-ci il tarixdən başlamış, lakin gömrük orqanının səhlənkarlığı nəticəsində 2022-ci ilin oktyabr ayında Şəxs ASC inzibati məsuliyyətə cəlb edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulan müddətlər başa çatdığından işin icraatına xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gömrük Xidmətinin "X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********9694 sorğu nömrəli gömrük bəyannaməsi ilə daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların daxildə emal müddətinin son tarixi xx.xx.2018-ci il tarixi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən, malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs ASC-nin inzibati xəta törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Şəxs ASC tərəfindən daxildə emal müddətinin xx.xx.2018-ci il tarixində bitməsinə baxmayaraq **********9694 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 (bir) ədəd gücü 950 KVA olan üçfazalı tənzimləyici yükün Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, daxildə emal müddətinin qanunamüvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları araşdırılarkən məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 26 dekabr 2022-ci il tarixdə ASC barəsində protokol tərtib edilərək, 26 dekabr 2020-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmiş və 09 yanvar 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olsa da, inzibati xətanın törədildiyi tarixdən bir ildən artıq müddət keçdiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-36/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-36/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver