Məhkəmə qərarları › İş №3(002)-363/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-363/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-363/2023 28.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Protokolu tərtib edən Qaradağ Rayon Polis İdarəsi 10-cu polis bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2023-cü il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Kingsmart” marketdən ümumi dəyəri 71.60 manat dəyərində 4 ədəd “Vestgold” markalı yağ oğurlamışdır. Qeyd edilənlərə əsasən Qaradağ RPİ 10-cu polis bölməsinin sahə rəisi X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə MN serialı ******* saylı, 28 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ RPİ 10-cu polis bölməsinin sahə rəisi X2 bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Kingsmart” marketdən ümumi dəyəri 71.60 manat dəyərində 4 ədəd “Vestgold” markalı yağ oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlini etiraf edərək bildirmişdir ki, uzun müddətdir işləmir. xx.xx.2023-cü il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Kingsmart” marketdən tanışı ilə birlikdə 4 ədəd “Vestgold” markalı yağ oğurlamışdır. Yağı başqa marketdə tanımadıqları şəxsə satmışlar. Törətdiyi əməldən peşmandır. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə düzgün tövsif olunmuşdur və onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarından görünür ki, qeyd edilən fakt üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini inzibati xəta törədənin şəxsiyyətini nəzərə alaraq, inzibati həbs növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 28 fevral 2023-cü il tarixdən, saat 17.30-dan hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlanılma mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar