Məhkəmə qərarları › İş №3(002)-367/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-367/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-367/2025 26.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi ilə, Qaradağ Rayon Polis İdarəsi 10-cu polis şöbəsinin sahə inspektoru, polis mayoru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ massivdə küçədə durmuş vəziyyətdə olan Zil markalı yük avtomobilindən 100 manat dəyərində 100 litr benzin oğurlayaraq qanunsuz yolla ələ keçirmişdir. Qeyd edilənlərə əsasən Qaradağ RPİ 10-cu polis şöbəsinin sahə inspektoru, polis mayoru X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə MN serialı ******* saylı, 26 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ RPİ 10-cu polis şöbəsinin sahə inspektoru, polis mayoru X3 bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ massivdə küçədə durmuş vəziyyətdə olan Zil markalı yük avtomobilindən 100 manat dəyərində 100 litr benzin oğurlayaraq qanunsuz yolla ələ keçirmişdir. Protokolu müdafiə edir və Şəxs barəsində inzibati həbs tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, əvvəllər məhkum edilib. Gecə radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə müştəri gətirən zaman benzini az olmuşdur. Ərazidə dayanan yük avtomobilin qıfılını sındırıb 1 bak benzin götürmüşdür. Həmin benzini konisdirə doldurub aparmışdır. Benzini oğurlayan zaman yanında türmə yoldaşı olmuşdur. Hal-hazırda zərərçəkmişə dəymiş ziyanı ödəyə bilmir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında bildirmişdir ki, oğurluq edən zaman 2 nəfər olublar. Digər şəxsi göstərdiyi zaman şikayəti geri götürə bilər. Ziyanın ödənilməsini tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qeyd edilən fakt üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13.00-da tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini inzibati xəta törədənin şəxsiyyətini nəzərə alaraq, inzibati həbs növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 25 fevral 2025-ci il tarixdən, saat 13.00-dan hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlanılma mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilə. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar