Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-368/2023 16.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Qaradağ Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi yol nəqliyyat hadisələri üzrə inspektoru X1, xx.xx.1992-ci ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Biləsuvar rayonu, Ağayrı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Qaradağ Rayon DYPŞ-nin Yol patrul xidməti inspektoru X3 tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı «İnzibati xəta haqqında» protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs özünə məxsus “X6” markalı ** HD *** dövlət nömrə nişanlı avtomobildə müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalından istifadə edərək idarə etməsi aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, “X6” markalı ** HD *** dövlət nömrə nişanlı avtomobil Cənubi Koreya Respublikasından gətirilmişdir. Həmin siqnal avtomobilin üzərində olmuşdur və həmin siqnalın çoxavazlı olmasını bilməmişdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Qaradağ Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi yol nəqliyyat hadisələri üzrə inspektoru X2 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəxs özünə məxsus “X6” markalı ** HD *** dövlət nömrə nişanlı avtomobildə müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalından istifadə edərək idarə etməsi aşkar edilmişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə 19xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilmişdir. O, əlavə olaraq protokolu müdafiə etdiyini və Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir və o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə iclası zamanı iş materiallarında olan videgörüntüyə keçirilmiş baxış zamanı həqiqətən də Şəxs məxsus “X6” markalı ** HD *** dövlət nömrə nişanlı avtomobilə xüsusi (çoxavazlı) səs siqnalı quraşdırılması faktı aşkar olunur. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf etməyərək Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməməyi barədə izahat versə də, məhkəmə barəsində inzibati iş üzrə icraat aparılan şəxsin izahatına tənqidi yanaşaraq bu izahatı özünü müdafiə məqsədi ilə inzibati məsuliyyətindən boyun qaçırmaq üçün verilmiş izahat kimi qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini nəzərə alaraq, ona orta həddə inzibati cərimə növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş predmet (səs siqnalı) müsadirə edilməklə 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-368/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-368/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver