Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-369/2022 07.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət verən şəxs X2 iştirakı ilə, X2 Qaradağ RPİ-nin 11-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 15 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə Məhkəməyə müraciət edərək Qaradağ RPİ-nin 11-ci PB-nin rəisi, polis polkovniki X4 tərəfindən qəbul edilmiş 15 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 15 oktyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun və 15 oktyabr 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətlərindən aydın olur ki, "xxxx" MMC-nin baş direktoru Ayaz Əliyev tərəfindən edilən şikayətə əsasən vətəndaş X3 14 sentyabr 2021-ci il tarixdə onların obyektində xırda xuliqanlıq törətmişdir. Nəticədə Qaradağ RPİ-nin 11-ci PB-nin rəisi tərəfindən qəbul edilmiş 15 oktyabr 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X3 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, o, 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur, ailəlidir, iki azyaşlı övladı var. Sabail Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vasif Həsənli tərəfindən ona sms gəlmiş, icra məmuru zəng edərkən icraatında olan bir icra sənədi ilə əlaqədar Şöbəyə yaxınlaşmağını xahiş etmişdir. O, da qanuna riayət edən vətəndaş kimi təxirə salınmadan Sabail Rayon İcra Şöbəsinə getmiş, orada ona bildirilmişdir ki, 11-ci Polis Bölməsinin rəisi Y.İbadov tərəfindən 100 manat məbləğində cərimə olunmuşdur. Buna əsas isə, guya tərəfindən xırda xuliqanlıq hərəkətləri törədilməsi, və barəsində MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilməsi olmuşdur. Qərara əsasən AR İXM-nin 510cu maddəsində nəzərdə tutulmuşi inzbati xətanın törədilməsində təqsirli hesab olunmuşdur. Qeyd etmişdir ki, o, ümumiyyətlə nəinki xırda xuliqanlıq, ümumiyyətlə hər hansı bir inzibati xəta törətməmişdir. Barəsində qanuni əsas olmadan, gizli şəkildə tam qanunsuz olaraq inzibati xəta haqqında iş üzrə icraat aparılmış və o, hər hansı bir inzibati xəta törətmədən cərimə olunmuşdur. Qərarda göstərilir ki, o, haradasa xırda xuliqanlıq etmişdir, amma o, ümumiyyətlə heç bir zaman qanun pozan vətəndaş deyil və ola bilsin ki, barəsində tərtib olunmuş qərar səhvən qəbul olunmuşdur. Ümumiyyətlə qeyd etmişdir ki, barəsində hər hansı bir inzibati xəta iş üzrə icraatın aparılmasından xəbəri olmamış və o, bu haqda polis bölməsinin əməkdaşları tərəfindən xəbərdar olunmamışdır. AR İXM-nin 3cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxan orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 6.3-cü maddəsinə Odur ki, bütün yuxanda göstərilənləri nəzərə alaraq və AR İXM-nin 3,4,6,8,53,128,134-cü maddələrinir rəhbər tutaraq Məhkəmədən 11-ci PB-nin rəisi Y.İbadovun MN ******* nömrəli 15 oktyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq Qaradağ RPİ-nin 11-ci PB-dən nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri, şikayətçinin izahatını araşdıraraq hesab edir ki, X3 barəsində Qaradağ RPİ-nin 11-ci PBnin rəisi tərəfindən qəbul edilmiş 15 oktyabr 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 15 oktyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri kobud şəkildə pozulmaqla inzibati xəta törətməsi ehtimal olunan X2 konkret törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, protokol qəbul edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi, inzibati xətanın törədilməsinin hansı sübutlarla müəyyən edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun qəbul edildiyi tarix və yer; 100.1.2. protokolu qəbul etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Bundan başqa məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas kimi "xxxx" MMC tərəfindən polis idarəsinə göndərilmiş məktub səbəb olmuşdur. Lakin həmin məktub əsasında hər hansı bir araşdırmanın aparılıb-aparılmaması, şəxsin inzibati xəta törətməsini təsdiq edəcək hər hansı bir sübutların aşkar edilib-edilməməsi öz əksini tapmamış və bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qaradağ RPİ-nin 11-ci PB-nin rəisi, polis polkovniki X4 tərəfindən qəbul edilmiş 15 oktyabr 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-369/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-369/2022
07.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver