Məhkəmə qərarları › İş №3(002)-369/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-369/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-369/2024 30.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 5WBP590), subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Abbasov X7 rayonu, Sahil qəsəbəsi, Qaradağ stansiyası ərazisində polisin qanuni tələblərinə tabe olmamış və polisə qarşı müqavimət göstərmiş, ictimai qaydanı pozaraq cəmiyyət içində narahatlıq yaratmışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin sahə inspektoru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək, xx.xx.2024-cü il tarixdə xidməti ərazidə yaşayan sakinlərin qeydiyyat ünvanlarını yoxlamaq üçün hər bir evə yaxınlaşaraq elektron hökümət portalından yoxlama həyata keçirilmişdir. Lakin, Şəxs yaşadığı ünvana gəldikdə qapını heç kim açmadığından onlar həmin evdə yaşayan vətandaşların qeydiyyat ünvanını müəyyən edə bilməmişlər. Daha sonra o, digər polis əməkdaşları ilə birgə Qaradağ rayonu, Sahil qəsəbəsi, Qaradağ stansiyası ərazisində olarkən Şəxs tərəfindən onun mobil telefonuna zəng edilmiş və aqressiv danışılmışdır. Şəxs həmin əraziyə gəldikdə eyni qaydada polislə nalayiq ifadələr işlədərək, müxtəlif təhqiredici kəlmələrə yol vermiş və onun evinə yaxınlaşdıqları üçün etiraz bildirmişdir. Törətdiyi əməllər barədə izahatının alınması bölməyə dəvət olunan zaman Şəxs xidməti avtomobilə əyləşməmiş, tabesizlik göstərməyə davam etmişdir. Bu zaman həyat yoldaşı da polislərə hücum edərək müqavimətə dəstək olmuş və hər ikisi polis əməkdaşlarının xidməti geyimlərinə, çiynindəki rütbələrə zərər yetirməyə cəhd etmiş və onlara müxtəlif, yüngül dərəcəli bədən xəsarətləri yetirmişlər. Post patrul xidmətinin əməkdaşları tərəfindən dəstək qrupu əraziyə çağırıldıqdan sonra onların polis bölməsinə məcburi gətirilməsi təmin edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində ən sərt qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, polis əməkdaşları evinin yerləşdiyi əraziyə gələrək qapısnı döymüş lakin, həyat yoldaşı qapını onlara açmamışdır. O, həmin şəxslərin onun evinə gəlməsi səbəblərini aydınlaşdırmaq məqsədilə öncə “102” xidməti zəng mərkəzinə müraciət etmiş, daha sonra isə sahə inspektoru Samin Kazımova zəng etmişdir. S.Kazımov onun onu Qaradağ rayonu, Sahil qəsəbəsi, Qaradağ stansiyası ərazisində vətəndaşların qeydə alınmasını həyata keçirdikləri üçün onu da həmin ünvana dəvət etmişdir. O həmin yerə gəldikdə öz şəxsiyyət vəsiqəsini təqdim etmiş, onun qeydiyyat ünvanı ilə yaşadığı uyğun olsa da arvadının yaşadığı ünvanda qeydiyyatda olmaması müəyyən edilmiş və ona cərimə cəzası tətbiq ediləcəyi bildirilmişdir. O, maddi vəziyyətinin çətin olması səbəbindən tətbiq olunacaq cəriməyə etiraz etdikdə polis əməkdaşları ona və arvadına zor göstərməklə onu polis bölməsinə təmin etmişlər. Polis əməkdaşları hətta həmin vaxt baş verənləri qeydə alan azyaşlı oğlunun əlində olan mobil telefonu da ondan almışlar. Baş verənlər barədə o, “102” xidməti zəng mərkəzinə də məlumat vermişdir. Bundan sonra barəsində protokol tərtib edilərərk məhkəməyə gətirilmişdir. Həmçinin, bildirmişdir ki, polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərkən işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmış, ona fiziki təzyiq və zorakılıq göstərilmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən şahid 38-ci PB-nin təhqiqatçısı X4 izahatında xx.xx.2024-cü il tarixdə xidməti ərazidə olarkən vətəndaşların qeydiyyat ünvanları yoxlandıqdan sonra Qaradağ rayonu, Sahil qəsəbəsi, Qaradağ stansiyası ərazisində vətəndaş Şəxs gələrək S.Kazımovun ünvanına təhqirlər etmiş, evinə yaxınlaşdıqları üçün etiraz bildirmişdir. O, Şəxs sakitləşdirmək məqsədilə yaxınlaşdıqda Şəxs onu da təhqir edərək məsələyə qarışmamasını bildirmişdir. Şəxs hadisə yerində səs-küy salaraq ictimai qaydanı pozmuş, digər sakinlərin gözü önündə polisin nüfuzunu aşağı salacaq hərəkətlər sərgiləmişdir. Bundan başqa Şəxs övladının baş verən hadisələri videoqeydə aldığını gördükdə o, buna icazə verməmiş və çəkiliş etdiyi telefonu uşağın əlindən almışdır. Şəxs qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə xidməti maşına zorla yerləşdirilmiş və 38-ci polis bölməsinə gətirilməsi təmin edilmişdir. Bundan əlavə qeyd etmişdir ki, Şəxs polis əməkdaşlarına hücum edərək onlara yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Natiq Camalova ünvanlanmış xx.xx.2024-cü il tarixli raporta əsasən, xx.xx.2024-cü il tarixdə inzibati ərazidə xidmətdə olarkən Sahil qəsəbəsi Stansiya Qaradağ ünvanında vətəndaşların passport qeydiyyatını yoxlayarkən naməlum şəxs yaxınlaşaraq onun qapısını döydüyü üçün S.Kazımova öz iradını bildirərək aqressiv danışmağa başlamış. Onun özünün və ailə üzvlərinin qeydiyyatlarını yoxlamaq məqsədi ilə qapısının döyüldüyünü və ad soyadlarını təqdim etməsi bildirilsə də, həmin şəxs məhəl qoymadığı üçün şəxsiyyətini müəyyən etmək məqsədi ilə o, polis bölməsinə dəvət edilmişdir. Bundan sonra vətəndaş S.Kazımovla daha da kobud danışaraq ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Dərhal tərəfidən əməliyyat qrupu qeyd olunan ünvana çağırılmış, polis əməkdaşları yaxınlaşan zaman həmin şəxs telefonunu digər şəxsə verib "oğlum" çəkiliş apar ifadəsini işlətmişdir. O polis bölməsinə dəvət edildi, lakin həmin şəxs polis əməkdaşının qanuni tələbinə tabe olmayaraq Azərbaycan Respublikasında yaşamaqdan bezdiyini bildirdi. O xidməti avtomobilə əyləşməsi üçün dəvət edilsə də həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmadı, bu zaman digər qadın yaxınlaşaraq özünü həmin şəxsin həyat yoldaşı olduğunu deyərək polis əməkdaşlarına mane olmağa başladı. Ona dəfələrlə polisin qanuni tələbinə tabe olması bildirilsə də o, yenidən qanunsuz əməllərini davam etdirməyə başladı. Həmin şəxs polis bölməsinə gətirildi, məlum oldu ki, o, Şəxsdur. İş materiallarında olan tutma haqqında 29 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19:00 radələrində tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 10:10-da məhkəməyə gətirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Abbasov X7 rayonu, Sahil qəsəbəsi, Qaradağ stansiyası ərazisində polisin qanuni tələblərinə tabe olmamış və polisə qarşı müqavimət göstərmiş, ictimai qaydanı pozmuşdur. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Bakı şəhəri Təcili və X2 Stansiyası” PHŞ-in sahə həkiminin xəbərdarlıq vərəqəsindən görünür ki, Şəxs həmin tarixdə müalicə tədbirləri aparılmaqla müvafiq dərman preparatları tətbiq edilmişdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Abbasov X7 rayonu, Sahil qəsəbəsi, Qaradağ stansiyası ərazisində polisin qanuni tələblərinə tabe olmamış və polisə qarşı müqavimət göstərmiş, ictimai qaydanı pozmuşdur. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olmasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədləri daxilində İXM-nin 31.4-1-ci və 34.3-cü maddələrinin tələbləri nəzərə alnmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci və 34.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar