Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-37/2024 25.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində İXM-nin 198.3-cü maddəsi ilə Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-nin 198.3-cü maddəsi ilə Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən toplanmış inzibati material və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 26 dekabr 2023-cü il tarixli qərardan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, vəzifəli şəxs Şəxs (FİN 2G2WGCQ) - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "AzNeft İstehsalat Birliyinin "X11" MMC-də sahə rəisi vəzifəsində işləyərkən Azerbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq edilən "Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları"nın 4.11, 4.11.4, 10.6. 10.9, 10.9.3cü bəndlərinin tələblərinə əməl etməli, yəni yer səthindən 1.98 m hündürlükdə olan havalandırma qurğusunda qaynaq işlərinin aparılması ilə əlaqədar söykənmə nərdivanından istifadə olunmaqla təhlükəsizlik tədbirlerini təşkil etməli olduğu halda bunlara əməl etməyərək, "Azneft" İB-nin "X11" MMC-nin istilik qazanxanasının havalandırma qurğusunda təmir işləri aparılan zaman xx.xx.2023-cü il tarixdə MMC-də elektrik qaynaqçısı işləyən X1 1,98 metr hündürlükdə qaynaq işləri apararkən istifadə etdiyi nərdivanın sürüşməsi nəticəsində yerə yıxılmasına və sağ biləyin qayıqvari sümüyünün qapalı yerinidəyişmiş sınığı və aypara sümüyünün çıxığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərarvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş, bununla da Azərbaycan Respublikası İXM-in 198.3-cü maddesində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulması inzibati xətasını törətmişdir. İş materiallarında olan “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 26 dekabr 2023-cü il tarixli qərarın nəticə hissəsindən aydın olur ki,
1. vəzifəli şəxs Şəxs (FİN2G2WGCQ) - xx.xx.1967-cü il tarixdə Şahbuz rayonunda anadan olmuş, evli, ali tehsilli, "Azneft" İB-nin "X11" MMC-də sahə rəisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan - barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması,
2. qərar və toplanmış materialın baxılması üçün Bakı şəhəri, Qaradağ rayon məhkəməsinə göndərilməsi,
3. qərarın surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilməsi,
4. barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan şəxsə Azərbaycan Respublikasının İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, 23 fevral 2023-cü il tarixdən "Azneft" İBnin "X11" MMC-də sahə rəisi vəzifəsində çalışır. 29 avqust 2023-cü il tarixdə Kamandar Məmmədovun tapşırığına əsasən, Cavid Musayıbova istilik qazanxasına hava vurucu quraşdırması üçün təlimatlar verilmişdir. Həmin tapşırığı aldıqdan sonra Cavid Musayıbov ona məlumat vermiş, o, həmin işi görməyinə köməklik etməsi üçün zavodda elektrik vəzifsinde işleyen Rövşən Əhmədovu təyin etmişdir. Cavid Musayıbov iş görən zaman nərdivanla davranış qaydalarını pozmuş, bir ayağı nərdivanda, bir ayağı 400-lük borunun üzərində olduğu üçün nərdivanın tarazlığını pozmuş, nəticədə yerə yıxılaraq xəsarət almışdır. O öz izahatında daha sonra bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək barəsində aşağı həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ Rayon Prokurorluğuna məlumat verilsə də, həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməli iş materialları ilə tam təsdiq olunur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 07 noyabr 2023-cü il tarixli, 746 saylı rəyindən görünür ki,vətəndaş X2 bədən səthində aşkar olunmuş xəsarət – sağ biləyin qayıqvari sümüyünün qapalı, yerinidəyişmiş sınığı və aypara sümüyün sınıqları (cərrahi yolla bərpası) bərk küt əşya təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun X10 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə və şəraitdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ Ağır zərərvurmaya aid edilir. Vətəndaş C.Ş.Museyibovun almış olduğu xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarət şəxsin hündürlükdən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/7974 saylı ekspert rəyində göstərilmişdir ki, Baş vermiş hadisə ilə əlaqədar “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 3.1, 4.11, 4.11.4, 10.6, 10.9, 10.9.3 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. Hündürlükdə görülən işlərin icrası ilə əlaqədar təhlükəsizlik tədbirləri təşkil olunmadığına görə “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 3.1, 4.11, 4.11.4 bəndlərinin tələbləri “X11” MMC-nin baş energetiki tərəfindən pozulmuşdur. Yer səthindən 1.98 metr hündürlükdə olan havalandırma qurğusunda qaynaq işlərinin aparılması ilə əlaqədar söykənmə nərdivanından istifadə olunmaqla təhlükəsizlik tədbirləri təmin edilmədiyinə görə “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 4.11, 4.11.4, 10.6, 10.9, 10.9.3 bəndlərinin tələbləri “X11” MMC-nin sahə rəisi tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə almaqla zərərçəkmiş X1 özü tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarının pozulması halı müəyyən edilmir. İş materiallarında olan 08 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan aydın olur ki;
1. X3 və Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2 maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş,
2. Toplanmış materialların X3 və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün Qaradağ rayon prokuroruna təqdim edilməsi
3. Qərarın surətinin məlumat üçün X4 və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərar alınmışdır.
Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, Şəxs İXM-nin 198.3-cü maddəsinin tələblərini pozmaqla inzibati xəta törətməsi iş materialları və özünün məhkəmə iclasında verdiyi izahatı ilə bir daha təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması ərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Rufan Mürsəlov