Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-370/2024 30.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Qaradağ rayon Pİ-nin 10-cu Polis şöbəsinin sahə inspektoru X2, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğulolan, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: X3 06 dekabr 202-cü il tarixdə, saat 23.00 radələrində birgə yaşadıqları Qaradağ rayonu, ünvan 1 ünvanında aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs üz nahiyyəsinə iki dəfə sillə vuraraq, əl dırnaqları ilə onun boğaz nahiyyəsindən tutub sıyırmaqla ona dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Qeyd edilənlərlə bağlı Qaradağ rayon Pİ-nin 10-cui Polis şöbəsinin sahə rəisi X4 tərəfindən X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsndə nəzərdə tutulmuş inziati xətanın törədilməsinə dair MN serialı ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ rayon Pİ-nin 10-cu Polis şöbəsinin sahə rəisi X4 bildirmişdir ki, 06 dekabr 2023-cü il tarixdə Qaradağ rayon Pİ-nin 10 Polis söbəsinə X1 Zərərçəkmiş şəxs döyməsi ilə bağlı müraciət daxil olmuş və müraciətə baxılaraq X1 əməlində inzibati xəta tərkibi müəyyən edildiyindən onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Bundan sonra o, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN serialı ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 izahatında bildirmişdir ki, həyat yoldaşı Ceyhundan rəsmi olaraq boşansalar da onlar hal hazırda Puta qəsəbəsində eyni ünvanda yaşayırlar.O, bir qız və bir oğlu ilə evin ikinci mərtəbəsində Ceyhun isə oğlu Hacıbaba ilə birlikdə evin birinci mərtəbəsində qalırlar.06 dekabr 2023-cü il tarixdə axşam radələrində kiçik oğlunu atasından alıb öz yanına aparmaq istəyən Ceyhunla aralarında mübahisə yaranmış və bu zaman oğlu Hacıbaba araya girərək uşağı aparmayacağını bildirmişdir.Bu zaman o, əsəbləşərək oğlu Hacıbabaya bir-iki sillə vurmuşdur.Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə izahat verərək bildirmişdir ki, atası və anası 2019-cu ildə rəsmi olaraq boşansalar da onalr Puta qəsəbəsində bir evdə yaşayırlar.O atası ilə birlikdə evin birinci mərtəbəsində yaşayır.Anası isə bacı və qardaşı ilə birlikdə evin ikinci mərtəbəsində qalır.06 dekabr 2023-cü il tarixdə gecə radələrində kiçik qardaşı ilə atasının yaşadığı evdə yatmaq istəyərkən anası Nailə evdə münaqişə yaratmış və boğazından tutaraq onu vurmuşdur.Hal-hazırda anasına qarşı şikayət və tələbi yoxdur və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata cxitam verilməsini xahiş edir. İş materiallarında olan 21 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müarciəti əsasında topanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, X3 zərər çəkmiş şəxslə barışdığından və ona qarşı şikayət-tələb olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən Bu Məcəllənin 157-ci və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-370/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-370/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver