Məhkəmə qərarları › İş №3(002)-371/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-371/2022

05.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-371/2022 05.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 1986-cı ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Masallı rayonu, Kalinovka kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 18-in sonunda yeni tikilidə yaşayan Şəxs barədə, Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 15 fevral 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarından aydın olur ki, vətəndaş Şəxs 18 yanvar 2022ci il tarixdə, saat təxminən 10:15 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai Matrix” markalı, ** UE *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Qaradağ rayonu, “Sədərək” TM ilə “Meyvəli” bazarının arasındakı yolun sağ hərəkət zolağı ilə şəhər istiqamətində hərəkətdə olarkən körpünün yaxınlığında ondan qabaqda eyni istiqamətdə hərəkətdə olan vətəndaş Allahverdiyev Vüsal Elçin oğlunun idarə etdiyi “Renault Megane” markalı, ** SX *** dövlət qeydiyyat nişanlı minik avtomobillə ara məsafəsini düzgün seçmədiyi üçün öndəki avtomobil dayandıqda onun arxa hissəsinə çırpılmışdır. Hadisə nəticəsində “Renault Megane” markalı avtomobildə olan sərnişin X9 yüngül dərəcəli bədən xəsarəti almışdır. Buna görə də Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin TŞ-nın baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən qəbul edilmiş 28 yanvar 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən aydın olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, “Hyundai Matrix” markalı, ** UE *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs İXM-in 327.8-ci maddəsi üzrə məsuliyyətə cəlb edilməsi üçün Qaradağ RPİ-nin DYPŞ-na göndərilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən rayon prokurorluğuna və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında bildirmişdir ki, BC dərəcli sürücülük vəsiqəsinə malikdir, 18 yanvar 2022-ci il tarixdə, saat təxminən 10:15 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai Matrix” markalı, ** UE *** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən saatda 60 km sürətlə “Sədərək” TM-nin yaxınlığında Yasamal istiqamətində qalxan körpüyə çatmamış yolun sağ zolağında hərəkətdə olarkən ondan irəlidə hərəkətdə olan “Renault Meganze” markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır. O qarşıdakı avtomobilin dayandığını görən kimi dərhal əyləci basmış, lakin avtomobili tam dayanma həddinə çatdıra bilməmiş, nəticədə avtomobilin önü qarşıdakı avtomobilin arxa hissəsinə çırpılmışdır. O avtomobilində təhlükəsizlik yastıqları açdığı üçün xəsarət almamış lakin qorxduğundan özünü itirmişdir. Bir neçə dəqiqə sonra özünə gəlmiş və 102 xidmətinə məlumat vermişdir. DYPŞ-nın əməkdaşları hadisə yerinə gəlmiş, həmin vaxt digər avtomobildə kiminsə xəsarət aldığını bilməmişdir. O öz izahatında hadisədən əvvəl heç bir spirtli içki qəbul etmədyni, ümumiyyətlə spirtli içki içmədiyini və bundan əlavə digər avtomobildə xəsarət alan hər hansı sərnişin olmasını görmədiyini bildirmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, hadisə nəticəsində digər avtomobildə sərnişin olmuş və yüngül xəsarət almış X6 tanımır, hadisədən sonra həmin şəxs müraciət etmədiyi üçün ona hər hansı bir maddi və ya mənəvi kömək göstərməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkən şəxs X3 və X7 təkrarən məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrnin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 18 yanvar 2022-ci il tarixli, 2/747 nömrəli tibbi müayinə aktından aydın olur ki, Şəxs 18 yanvar 2022-ci il tarixdə, saat 12:40 radələrində tibbi müayinədən keçirilərkən ayıq olduğu müəyyən edilmişdir. İş materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 18 yanvar 2022-ci il tarixli, 2/748 nömrəli tibbi müayinə aktından aydın olur ki, X4 18 yanvar 2022-ci il tarixdə, saat 12:42 radələrində tibbi müayinədən keçirilərkən ayıq olduğu müəyyən edilmişdir. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X8” Publik hüquqi şəxsin Qaradağ rayon şöbəsindən daxil olmuş 24 yanvar 2022-ci il tarixli, 50 saylı ekspert rəyindən görünür ki, X2 bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X8” Publik hüquqi şəxsin Qaradağ rayon şöbəsindən daxil olmuş 28 yanvar 2022-ci il tarixli, 49 saylı ekspert rəyindən görünür ki, X5 aldığı xəsarətlər; sol dizin oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağı və sol baldırın qançırşişkinlik halında yumşaq toxumalarının əziyi, büzdüm nahiyəsinin qançırı bər küt əşya (əşyalar) təsirindən qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X16 müraciət etdiyi 18 yanvar 2022-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. X1 almış olduğu xəsarətlərin xarakter və lokalizasiyasılarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, sərnişini olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində törənə bilərdilər. Məhkəmə iş materillarını araşdıraraq və işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də zərərçəkmiş şəxslərin hər hansı bir barışıq ərizələrinin olmamasını nəzərə alınmaqla Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsini daha ədalətli və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on)gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar