Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-371/2023 02.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Xankəndi rayonunda doğulmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən bağ evində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında 02 mart 2023-cü il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(002)-1885/2020 nömrəli icra sənədinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 13 avqust 2020-ci il tarixdən başlayaraq, hər ay bir uşağa görə 155 (yüz əlli beş) manat, iki uşağa görə cəmi 310 (üç yüz on) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs iddiaçı X3 xeyrinə tutulmalıdır. Hazırda Şəxs 1663 (bir min altı yüz altmış üç) manat yığılmış aliment borcu var. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru S.M.Bağırov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(002)-1885/2020 nömrəli icra sənədi üzrə icraata 17 mart 2021-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirməklə bağlı bildiriş göndərilmiş, həmin bildirişin surəti borclu tərəfindən qəbul edilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə müvafiq sorğular edilmiş, borclunun adına hər-hansı gəlir və əmlak aşkar edilməmişdir. Borclunun olduğu yer məlum olmadığı üçün barəsində axtarış edilmişdir. Borclu icra sənədi üzrə tələbkarın xeyrinə ödənişlər etsə də, ödənilmiş məbləğlər tam olmadığından onun bu günə 1663 manat aliment borcu yaranmışdır. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru S.M.Bağırov cavab olaraq bildirmişdir ki, borclu Şəxs barəsində sonuncu dəfə tərtib edilmiş protokol əsasında Qaradağ Rayon Məhkəməsi tərəfindən 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmiş, lakin o, həmin tarixdən sonra heç bir ödəniş həyata keçirməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, qeyd olunan icra sənədi barədə məlumatlıdır. Alimenti ödəmək imkanı olmamışdır, Xəstə olduğu üçün çağırışlara gələ bilməmişdir. Hazırda işsizdir, son 3 ay ərzində heç bir ödəniş etməmiş və hazırda da heç bir ödəniş edə bilmir. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Əlavə olaraq Şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlilliyi yoxdur. Məhkəmə iclasında iştirak edən tələbkar S.A.Əhmədova öz izahatında bildirmişdir ki, borclu icra sənədi üzrə öz öhdəliyini tam yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Borclu məhkəmə qətnaməsinin könüllü şəkildə icrasından yayındığı üçün hazırki günə ödənilməmiş qalan aliment borcu 1663 manat təşkil edir. Hazırda borclu Şəxs şikayətçidir və ödənilməmiş qalan 1663 manat aliment borcunu tələb edir. Göstərilənləri nəzərə alaraq, sonuncu barəsində ağır tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(002)-1885/2020 nömrəli icra sənədinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 13 avqust 2020-ci il tarixdən başlayaraq, hər ay bir uşağa görə 155 (yüz əlli beş) manat, iki uşağa görə cəmi 310 (üç yüz on) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs iddiaçı X3 xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(002)-1885/2020 nömrəli icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 17 mart 2021-ci il tarixli könüllü icra barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(002)-1667/2022 nömrəli qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(002)-1885/2020 nömrəli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və yaranmış 1663 manat aliment borcunu ödəməmişdir. İş materiallarında olan 25 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmiş, qərarın icrası Qaradağ Rayon Polis İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-dən daxil olmuş 02 mart 2023-cü il tarixli məktubdan görünür ki, Şəxs aidiyyəti üzrə Qaradağ rayon İcra Şöbəsinə təqdim edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(002)-1885/2020 nömrəli icra sənədinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 13 avqust 2020-ci il tarixdən başlayaraq, hər ay bir uşağa görə 155 (yüz əlli beş) manat, iki uşağa görə cəmi 310 (üç yüz on) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs iddiaçı X3 xeyrinə tutulmalıdır. İcra sənədi üzrə icraata 17 mart 2021-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş, həmin bildirişin surəti borclu tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmış, hazırkı günə 1663 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(002)-1885/2020 nömrəli qərarı nəzərə alınaraq, ödənilməmiş 1663 manat aliment borcuna münasibətdə Şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Qeyd olunanlar məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qaradağ Rayon Məhkəməsinin 3(002)-1667/2022 nömrəli qərarı ilə Şəxs barəsində 500 manat məbləğində cərimə edilməsinə baxmayaraq, aliment borcunun ödənilməsindən qərəzli olaraq yayınması ağırlaşdırıcı hal kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmadığını və məsuliyyətini ağırlaşdıran hallar kimi eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini (İXM- 33.1.2) nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 02 mart 2023-cü il tarixdən, saat 16:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 02 mart 2023-cü il tarixdən, saat 16:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-371/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-371/2023
02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver