Məhkəmə qərarları › İş №3(002)-371/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-371/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-371/2024 30.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın iştirakları ilə, xx xxxxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyat olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi, ev 106 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin 2(002)-3315/2016 saylı, 17 iyun 2016-cı il tarixli və 2(002)-1934/2015 saylı, 20 may 2015-ci il tarixli icra vərəqələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1934/2015 saylı, 20 may 2015-ci il tarixli icra vərəqəsinə əsasən 4750 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, cəmi 4780 manat məbləğində pulun cavabdeh Şəxs iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra 08 iyul 2015-ci il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Bundan əlavə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-3315/2016 saylı, 17 iyun 2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 19 sentyabr 2015-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “İsuzu NPR 75” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 6499,99 manat maddi ziyan məbləği, habelə başqa nəqliyyat vasitəsinin icrasəinə görə ödənilmiş 3000 manat icarə haqqı olmaqla cəmi 9499,99 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Babək "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra 21 iyul 2016-cı il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclunun yaşadığı ünvanda tapmaq mümkün olmadığından 2016-cı il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilmişdir. Həmçinin borclu ödənişlərdən yayındığından Qaradağ rayon Məhkəməsinin 8(002)-846/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qərardadla onun ölkədən getmək hüququ müvəqqəti olaraq 01 il müddətə məhdudlaşdırılmışdır. Hər iki icra sənədinin icrası üzrə borclu ödənişlərdən yayınmaqla bu günədək yuxarıda adı çəkilən tələbkarlara olan borcundan heç bir ödəniş etməmişdir. Sonuncu dəfə 21 avqust 2023-cü il tarixdə borcluya xəbərdarlıq ünvanlanmışdır. Lakin borclu avqust ayından bu günədək tələbkarların hər hansı birinə müvafiq ödəniş etməmişdir. Buna görə də borclunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 30 yanvar 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. İcra məmuru öz izahatında borclu Şəxsnın barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, onun yuxarıda qeyd olunan hər iki borc məbləğindən hər hansı məlumatı olmamışdır. Bundan başqa özü qeydiyyat ünvanında deyil, ünvan 2rəsində axtarış elan edilməsindən məlumatı olmamışdır. Özü yük maşını sürücü işləyir. Aylıq 200-250 manat gəliri olur. Hal-hazırda qalan borcundan ödəniş etmək üçün heç bir imkanının olmadığını, şərait yaradılcağı təqdirdə yuxarıda qeyd olunan borclarından kifayət qədər ödənişlər edəcəyini bildirərək iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxsnın yaranmış borcundan xəbəri olsa da heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Bundan başqa icra məmurunun çağırışlarına da məhəl qoymaraq gəlməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tərəflərin izahatları, inzibati xəta haqqında tərtib edilmiş 30 yanvar 2024-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar