Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-373/2024 08.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs direktoru X4, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin nümayəndəsi X8 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə barəsində tərtib edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, tibb mərkəzində 15 yanvar 2024-cü il tarixdə yoxlama zamanı müəyyən olunmuşdur ki, ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyət üçün tələb olunan xüsusi icazə yoxdur. Bununla da Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 758 nömrəli Fərmanının 3-cü bəndinin tələbi pozulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs direktoru X6 protokola etiraz təqdim edərək Şəxs X17 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Şəxs PHŞ xx.xx.2021-ci il tarixindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ-in tabeliyində fəaliyyət göstərir. Mərkəzin strukturuna 19 saylı BŞX, 4 saylı BUX və 4 saylı Doğum evi daxildir. 19 saylı BŞX-nin binalarında yerləşən rentgen otaqları xx.xx.2013-cü il tarixində Qəbul Komissiyasının qərarı ilə təmirdən sonra istismara qəbul edilmişdir.Qəbul Komissiyasının aktına AzDTN 1.6-1 -in 6.9 bəndinə uyğun olaraq, Sonradan üstü örtülən işlərin, məsul konstruksiyaların qəbuledilmə Aktı əlavə edilmişdir. Bu akta əsasən 19 saylı BŞX-nin rentgen otaqlarında təmirin mövcud qaydalara, normativlərə uyğun yerinə yetirildiyi təsdiq olunur. Belə ki, rentgen otaqları təmirdən sonra qəbul edilən zaman görülən işlərə Fövqaladə Hallar Nazirliyi tərəfindən heç bir irad bildirilməmiş və fəaliyyətinə icazə verilmişdir.Xüsusi icazənin alınması üçün FHN-nin NRFTDA-ə müəyyən şərtlərin təmin edildiyi barədə təsdiqləyici sənədlər təqdim olunmalıdır. Tələblərə uyğun olaraq “X13" PHŞ tərəfindən fasiləsiz olaraq mərhələli şəkildə sənədlər tərtib olunaraq Agentliyə (NRFTDA-ə) təqdim edilmiş, aydın olmayan, sual doğuran sənədlərlə bağlı rəsmi məktublarla köməklik göstərilməsi, əlçatanlığın təmin olunması məqsədilə dəfələrlə müraciət olunmuşdur. "X13” PHŞ-in ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı ilə əlaqədar fəaliyyət növünə müxtəlif vaxtlarda xüsusi icazəsi (lisenziyası) olmuşdur, lakin müddəti bitmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2023-cü il tarixli 222 nömrəli qərarı ilə sözü gedən Qaydalarda müəyyən dəyişikliklər edİlmişdir. Zamanla qaydalarda müəyyən dəyişikliklər olduqca, sənədlərin tərtib olunmasmın əlçatanlığı mürəkkəbləşmiş, çətinləşdirilmişdir. Hər bir forma müvafiq fəaliyyətlə məşğul olmağa xüsusi icazəsi olan təşkilat tərəfindən işlənib hazırlanmalıdır. Əvvəlki illərdə xüsusi icazənin alınması üçün şərtlərin təmin edildiyi 6 forma sənəd tərtib etdiyimiz halda, hal-hazırda 14 forma sənəd təqdim olunmalıdır. Xatırladırıq ki, müəssisə dövlət səhiyyə sisteminə tabe olan tibb mərkəzidir. Tibb müəssisənin xərclər smetasında nəzərdə tutulmuş vəsait konkret olaraq aylıq əsaslarla göstərilməli və fəaliyyət istiqamətlərinin icrasına yönəldilməlidir. Bu da müqavilə bağlanmalı, həmin müqavilənin qiymət razılaşdırma protokoluna əsasən nağdsız hesablaşma (pul köçürmələri) vasitəsilə aparılmalıdır. Xüsusi icazənin və radioloji gigiyenik pasportun alınması üçün tərtib olunan sənədlərin əksəriyyəti müqavilələr əsasında həyata keçirilməli və əldə olunmalıdır. (Məsələn,‘Tibb Texnikasının Təmiri Zavodu" ASC, “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ, “Neutron" MMC, "xxxx" MMC və s.) Müqavilələrin bağlanması, pul köçürmələri və qeyd olunan sənədlərin toplanması müəyyən zaman tələb edir. Bu sənədləri qısa müddətdə hazırlamaq qeyri-mümkündür. Qaydalara uyğun olaraq xüsusi icazənin alınması üçün tərtib olunan sənədlər FHN NRFTDA-ə göndərilməli, onlar tərəfindən müəyyən vaxt ərzində proqramlar razılaşdırılıb tibb müəssisəsinə təhvil verilməlidir (Məsələn,“Radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə X5”, “Radiasiya təhlükəsizliyinə cavabdeh şəxsin vəzifə borcları və hüquqları", “Qəzaların qarşısının alınması və onun nəticələrinin ləğv edilməsi proqramı" və s.) Agentlik tərəfindən hər bir müraciət 7,15,30 gün ərzində cavablandırılır. (Müraciət məktubları Sizə təqdim olunur). Belə ki, xx.xx.2023-cü il tarixində radioloji-gigiyenik pasportun tərtib edilməsi üçün tələblərə uyğun sənədlər toplanmış, Azərbaycan Respublikası Kiçik və X11 Agentliyinin “Bakı KOB evi" nə təqdim olunmuşdur. Eyni zamanda xx.xx.2023-cü il tarixində FHN NRFTDA görülən işlərin sürətləndirilməsinə köməklik göstərilməsi məqsədilə 18-1-14/3-334/2023 nömrəli məktubla tərəfimizdən müraciət olunmuşdur. Müraciətimiz xx.xx.2024-cü il 3-18-25/2-135/2024 nömrəli məktubla cavablandırılmışdır. (Yəni 30 gün ərzində) Yoxlama təbdirləri zamanı aşkarlanan qüsurun aradan qaldırılması-xüsusi icazənin alınmasının yekunlaşdırılması üçün müəssisəyə 90 gün müddət verilmiş və işlər yekunlaşmamış barəmizdə protokol tərtib olunaraq Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi real olaraq bu qədər qəlizləşdirilən sənədləşmənin qısa müddətdə həyata keçirilməsi, müqavilələrin bağlanması, icrası qeyri-mümkündür. Şəxs PHŞ tərəfindən xüsusi icazənin alınması üçün görülən işləri ardıcıl olaraq Sizə təqdim edirik: xx.xx.2022-ci il tarixində “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi" PHŞ ilə müqavilə bağlanmışdır.Müqavilənin öhdəliklərinə görə işçilər qeydiyyata götürülməklə yanaşı,fərdi dozimetriya nəzarətinə cəlb edilmiş və fərdi dozimetrlərfə təmin olunmuşdur.Müntəzəm olaraq hər rüb şüalanma səviyyəsi göstəricilərinin müvafiq qaydada qeydiyyatı aparılır. xx.xx.2022- ci il tarixində "xxxx" ASC ilə müqavilə bağlanmışdır.xx.xx.2023-cü il tarixində müqavilənin şərtlərinə uyğun olaraq, rentgen aparatlarının dozimetrik yoxlanması, texniki pasportların verilməsi, rentgen otaqlarının şüadan qorunma işlərinin ekspertizası və torpaqlanma sistemlərin tam yoxlanılıb protokollaşdırılması aparılmışdır. (Müqavilə 93 akt və protokollar) Təqdim olunan protokoldan göründüyü kimi (protokol №005A) rentgen kabinetdə, kabinetə qoşulan otaqlarda, kabinetin üstü reanimasiyada, altı zirzəmidə, kabinetin ətrafında dəhliz, putt otağı və həyətdə şüa dozimetriya ekspertizası zamanı şüa sızması qeydə alınmamışdır.Kabinet şüalanmadan tam mühafizə olunub. Eyni zamanda (protokol №003) kontur və torpaqlanan rentgen cihazının müqavimət ölçüləri yoxlanıldı. Kabinetdə qurğunun torpaqlanma sisteminin illik sınaq Ölçüləri, işləri aparıldı və avadanlıq bütün göstəricilərə əsasən işə yararlıdır.Radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə həyata keçirilən radiasiya nəzarəti, yəni iş yerlərinin, rentgen prosedura otaqların, ərazilərin monitorinqi ("xxxx" ASC-nin protokolları) və işçilərin fərdi dozimetriya nəzarətinə cəlb edilməsi (“Respublika Gigiyenavə Epidemiologiya Mərkəzi” PHŞ-in protokolları) normativhüquqi aktların tələblərinə tam cavab verir.ci il tarixində PHŞ/6.14-2-2022-479 nömrəli məktubla "X13” PHŞ-in balansında olan Rentgen qurğuları haqqında illik inventarizasiya məlumatları Agentliyə təqdim olunmuşdur, 15.12.2022- ci il tarixində PHŞ/6.14-2-2022-478 nömrəli məktubla “Tibbi rentgen avadanlığının istismarı zamanı radiasiya təhlükəsizliyinin təmin olunmasına dair Təlimat” və “Radiasiya təhlükəsizliyinə cavabdeh şəxsin vəzifə borcları və hüquqları” adlı təlimat tərəfimizdən hazırlanaraq Agentliyə təqdim olunmuş, xx.xx.2022-ci il tarixində xx/xx-01616 nömrəli məktubla Agentlik tərəfindən təsdiq olunub göndərilmişdir. 19.12.2022- ci il tarixində PHŞ/6.14-2-2022-488 nömrəli məktubla “Qəzaların qarşısının alınması və onun nəticələrinin ləvğ edilməsi proqramı" adlı təlimat tərəfimizdən hazırlanaraq Agentliyə təqdim olunmuş, xx.xx.2022-ci il tarixində PHŞ-6.14/1-11/2023 nömrəli məktubla Agentlik tərəfindən təsdiq olunmuşdur. 19.12.2022- ci il PHŞ/6.14-2-2022-487 nömrəli məktubla “Radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə istehsalat nəzarət proqramı" razılaşdırmaq üçün Agentliyə göndərilmişdir. Məktub cavablandırılmamışdır. 24.06.2023- cü il tarixində müəssisəyə 3-18-25/2-2398/2023 nömrəli məktubla FHN NRFTDA tərəfindən xx.xx.2023-xx.xx.2023 tarixlərində yoxlama tədbirinin keçiriləcəyi bildirilmişdir. xx.xx.2023-cü il tarixində yoxlama keçirilmiş və xx.xx.2023-cü il tarixində QN-23/168 nömrəli Qərar verilmişdir. Qərarda müəssisədə 7 forma pozuntu aşkarlandığı qeyd olunmuşdur. Qeyd olunan pozuntulardan 7-ci bənd xx.xx.2022-ci il tarixində PHŞ/6.14-2- 2022-487 nömrəli məktubla müraciət olunmasına baxmayaraq, Agentlik tərəfindən cavablandırılmamışdır. Qərarda 6-cı bənd yalnış qüsurdur. (“Respublika Gigiyena və Epidemiologiya Mərkəzi" PHŞ-in protokolları dozimetriya və fərdi şüalanma dozalarının qeydiyyatı jurnalı qoşma şəklində Sizə təqdim olunur), 3,4 və 5-ci bənd pozuntular barədə qeyd yanlışdır, həmin təlimatlar FHN tərəfindən təsdiqlənib göndərilmişdir. (xx/xx- 01616/23.12.22, xx/xx-01615/23.12.22 məktub). 01.08.2023- cü il tarixində PHŞ-6-14/2-382/2023 nömrəli məktubla “Radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə X5" adlı təlimat yenidən tərəfimizdən hazırlanaraq Agentliyə təqdim olunmuşdur, xx.xx.2023-cü il tarixində 3-18-25/2-2836/2023 məktubla Agentlik tərəfindən proqram razılaşdırılmamış, çatışmazlıqlar qeyd olunaraq yenidən hazırlanması bildirilmişdir. 15.09.2023- cü il tarixində 18-1-14/2-435/2023 nömrəli məktubla “Radiasiya Təhlükəsizliyinin təmin edilməsi üzrə istehsalat nəzarət proqramını yenidən hazırlanıb NRFTDA-ə təqdim edilmişdir. 27.09.2023- cü il tarixində 3-18-25/2-3268/2023 nömrəli məktubla həmin proqram təsdiqlənib bizə göndərilmişdir. 05.10.2023- cü il tarixində 18-1-14/2-461/2023 nömrəli məktubla “Qəzaların qarşısının alınması və onun nəticələrinin ləvğ edilməsi proqramı” təqdim olunmuş, 26,10.2023-cü il tarixində 3-18/25/2-3567/23 nömrəli məktubla Agentlik tərəfindən təsdiq olunmuşdur. Bildiririk ki, qəzaların qarşısının alınması və onun nəticələrinin ləğv edilməsi barədə radiasiya təhlükəsizliyinə cavabdeh şəxs tərəfindən işçi heyət mütəmadi olaraq, FHN NRFTDA-də təsdiqlənmiş “Qəzaların qarşısının alınması və onun nəticələrinin ləğv edilməsi" proqramına uyğun təlimatlandırılır və jurnalda qeydiyyatı aparılır. Rentgen kabinetində baş verə biləcək qəzalarla bağlı onu qeyd edə bilərik ki, xüsusi icazənin olması elektrik təchizatı sisteminin nasazlığı (qısa qapanma), rentgen avadanlığının mexaniki zədələnməsi, istilik, kanalizasiya, su təchizatının sıradan çıxması, yanğının baş verməsi, rentgen kabinetinin radiasiyadan qorunma təbəqələrinin sıradan çıxmamasına zəmanət vermir. xx.xx.2023-cü il tarixində 3-18-25/2-3753/2023 nömrəli məktubla müəssisədə təkrar yoxlama aparılması üçün şəraitin yaradılması bildirilmişdir. 13.11-xx.xx.2023 tarixlərində yoxlama keçirilmiş xx.xx.2023-cü il tarixində QN-23/263 nömrəli Qərar verilmiş və Qərara əsasən müəssisədə üç nöqsan aşkarlanmışdır.Göründüyü kimi bu müddət ərzində nöqsanlar mümkün olduğu qədər aradan qaldınlmışdır.Aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün əlaqədar şəxs, birbaşa əlaqə nömrəsi olmadığı üçün bütün müraciətlər rəsmi məktublarla həyata keçirilir və bu müraciətlər 10-15 gün ərzində cavablandırılır. Belə olduğu halda işlərin yekunlaşdırılması müddəti uzanır. 04.12.2023- cü il tarixli 18-1-14/2-534/2023 nömrəli məktubda Xüsusi icazənin və rədioloji- gigiyenik pasportun aparılması, alınması və əlçatanlığının təmin olunması məqsədi ilə FHN NRFTDA-nin müvafiq mütəxəssislərinin köməyinə ehtiyac olduğu bildirilmişdir 19.12 2023- cü il tarixində 18-1-14/2-534/2023 nömrəli məktubda əlaqədar şəxs, əlaqə nömrəsi verilməmiş, yenidən standart cavablandırılmışdır. 15.12.2023- cü il tarixində radioloji-gigiyenik pasportun alınması üçün tələb olunduğuna görə LTM-in balansında olan Rentgen qurğuları haqqında illik inventarizasiya məlumatları Agentliyə təqdim olunmuşdur. 18.12.2023- cü il tarixində radioloji-gigiyenik pasportun tərtib edilməsi üçün FHN NRFTDA-in tələblərinə uyğun (12 bənddən ibarət) sənədlər toplanmış Azərbaycan Respublikası Kiçik və X11 Agentliyinin “Bakı KOB evi" nə təqdim olunmuşdur. Eyni zamanda xx.xx.2023-cü il tarixində FHN NRFTDA-ə görülən işlərin sürətləndirilməsinə köməklik göstərilməsi məqsədilə 18- 1-14/3-334/2023 nömrəli məktubla tərəfimizdən müraciət olunmuşdur. xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək müəssisə tərəfindən təqdim edilən sənədlər və sənədlərdə qeyd olunan məlumatlar barəsində heç bir İrad bildirilməmiş, çatışmazlıqlar göstərilib məlumat verilməmişdir. xx.xx.2024-cü il tarixində LTM-də FHN NRFTDA tərəfindən “xx.xx.2024-cü il Q-24/010 №li Qərar”a əsasən plandankənar yoxlama tədbiri həyata keçirilmişdir. Təftiş zamanı yoxlamam həyata keçirən əməkdaşlara FHN NRFTDA tərəfindən hazırlanıb təqdim etdiyimiz sənədlərə baxılmadığı bildirilmişdir. Yoxlamadan üç gün sonra 18.01,2024-cü il tarixində təqdim etdiyimiz 12 forma sənədə baxılmışdır. (xx.xx.2024-cü il tarixli 3-18-25/2- 135/2024 nömrəli məktub).Belə ki, iki sənəddə çatışmamazlıq olduğu bildirilmişdir. Hər iki çatışmamazlığın aradan qaldırılaraq təkrar müraciət olunacağı bildirilmişdir.
1. İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların yerləşdirildiyi və istismar olunduğu otaq müvafiq fəaliyyətə icazəsi olan müəssisə tərəfindən işlənib hazırlanmış layihəsinin təqdim edilməsi üçün 2024-cü ilin yanvar ayında “TƏBİB”-in təşəbbüsü ilə Şəxs PHŞ-in rentgen otaqlarında "xxxx" MMC tərəfindən monitorinq keçirilmişdir.Hazırda “TƏBİB" PHŞ tərəfindən qarşılıqlı əməkdaşlıq sayəsində mərkəzləşmiş qaydada müqavilə bağlanılması üçün müvafiq işlər görülür.
2. İonlaşdırıcı şüa mənbələri ilə bilavasitə çalışan işçilərin və radiasiya təhlükəsizliyinə cavabdeh olan şəxsin müvafiq ixtisasa malik olmaları barədə məlumatı,radiasiya təhlükəsizliyi sahəsində müvafiq təlimatlandırılması barədə sənəd təqdim edilmişdir. Azərbayacan Respublikasında praktik tibb və ya Əczaçılıq fəaliyyəti İlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəfb edilirlər. (Rentgen kabinetlərində çalışan həkim mütəxəssislərin sertifikatları təqdim olunmuşdur.)Lakin Agentlik radiasiya təhlükəsizliyi üzrə müvafiq qaydada akkreditasiya olunmuş və tədris metodikası FHN NRFTDA ilə razılaşdırılmış müəssisə tərəfindən verilən sertifikatı tələb etmişdir.Bu sertifikatı əldə etmək üçün tərəfimizdən araşdırılaraq müvafiq şirkət “Bio Consulting" MMC-ə müraciət edilmiş,razılıq əldə olunmuşdur. "xxxx" MMC xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində Azərbaycan Respublikasının FHN yanında Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən verilmiş 0102B/2023 və 01028C/2023 nömrəli xüsusi icazə əldə edib.Burada Radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə təlimlər vaxtaşırı qruplar üzrə keçirilir. Tibb qrupunun təlimlərə xx.xx.2024 cü il tarixindən başlayacağı bildirilmişdir. (Təlimlərdə iştirak haqqı 500 azn-dir).Tibb mütəxəssisinin bu təlimlərə qoşulması, imtahanının keçirilməsi və sertifikatın əldə olunması zaman tələb edir. Agentliyə xx.xx.2024-cü il tarixində 18-M4/2-74/2024 nömrəli məktubla müraciət etməyimizə baxmayaraq, bütün bu cəhdlərin, çalışmaların bizi məsuliyyətdən azad etməyəcəyini bildirilmişdir. 06.02.2024- cü il tarixində 18-1-14/2-61/2024 nömrəli məktubla görülən işlərin xronoloji ardıcıllığı Agentliyə təqdim olunaraq, bizdən asılı olmadan sənədlərin hazırlanmasına uzun müddət tələb olunduğu üçün birgə əməkdaşlıq sayəsində işlərin davam etdirilməsini xahiş etmişik. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” “Azərbaycan Respublikasının Qanununun 13-cü Maddəsinin və Azərbaycan Respublikası “Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 134 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazi müəssisə və təşkilatların radioloji- gigiyenik pasportların forması və tərtib edilməsi Qaydası” Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq qaydada həyata keçirilir. Qeyd olunan xronoloji ardıcıllıqdan göründüyü kimi fasilə vermədən, ardıcıl olaraq Xüsusi icazənin FHN-dən alınması üçün müraciətlər olunmuşdur. Məqsədimiz aşkar olunmuş pozuntuları qısa müddətdə aradan qaldırmaq, ionfaşdıncı şüalanma mənbələri iiə fəaliyyəti həyata keçirmək üçün Xüsusi icazənin FHN NRFTDA-dən alınması olmuşdur. Lakin bütün cəhdlərimizə baxmayaraq, xx.xx.2024-cü il tarixində barəmizdə protokol tərtib olunmuşdur.Xüsusi icazənin alınması üçün nəzarəti FHN həyata keçirdiyi (bütün sənədlər tərəfinizdən təsdiqlənib geriyə göndərilmişdir), tənzimlədiyi halda görülən işlər yekunlaşmamış tərtib olunan protokolda inzibati xəta törətdiyimiz bildirilmiş, bu istiqamətdə gördüyümüz işlər nəzərə alınmamışdır.2023-cü il ərzində Dövlət Agentliyi tərəfindən yalnız "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X15 (TƏBİB) tabeliyində olan 91 tibb müəssisəsində yoxlama tədbirləri həyata keçirilmiş, yoxlamalar nəticəsində 4 tibb müəssisəsində rentgen kabinetlərinin fəaliyyəti məhdudlaşdırılmış, 1 hüquqi, 70 vəzifəli şəxs barəsində protokollar tərtib edilmiş və inzibati təhbeh tətbiq edilmişdir. Aydındır ki, yeni inşa oiunan tibb müəssisəsi xüsusi icazə olmadan radioloji fəaliyyət göstərə bilməz. Uzun müddət ərzində fəaliyyət göstərən müəssisələr isə xüsusi icazənin alınması üçün qanunvericiliyə uyğun tədbirlər görməlidir. “TƏBİB" PHŞ tərəfindən tibb müəssisələrinə yönləndirilmiş və tədbirlərin görülməsi üçün müvafiq göstərişlər verilmişdir. Bu gün yalnız TƏBİB PHŞ-in tabeliyində olan 75 müəssisə xüsusi icazəni əldə edə bilmirsə və bu istiqamətdə “TƏBİB” PHŞ tərəfindən müvafiq işlər görülürsə deməli, bu Şəxs PHŞ-in işə məsuliyyətsiz yanaşması, tələblərin yerinə yetirilməməsi deyildir. Sizə təqdim etdiyimiz yazışmalar, müəyyən zaman intervalında görülən işlər buna əyani sübutdur. Praktik olaraq FHN NRFTDA-mn səlahiyyətli nümayəndələrinin müəssisənin rentgen otaqlarında aparılmış yoxlamalarına, monitorinqlərinə əsasən heç bir pozuntu, qüsur aşkarlanmadığı, şüalanmanın hüquqi-normativ aktlara uyğun olduğu halda problemin yalnız sənədləşmənin yekunlaşmadığından ibarət olduğunu nəzərə alaraq, FHN NRFTDA-nın məhkəməyə müraciətinə bu sənədləşmənin yekunlaşması üçün zaman verilməsi şərti ilə barəmizdə tərtib olunan protokola xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X12 bildirdi ki, Şəxs-PHŞ-də şüa mənbələri olan cihazlar mövcuddur. Lakin, yoxlama zamanı həmin cihazlarla bağlı xüsusi icazənin alınmadığı, müəyyən edilmişdir. Tibb mərkəzində ilkin yoxlama 21 iyun 2023-cü il tarixdə aparılmış və yoxlama zamanı mərkəzdə bir sıra pozuntular aşkar edilmişdir.Bu pozuntuların aradan qaldırılması üçün mərkəzə 03 ay müddət verilmişdir.2024-cü ilin əvvəlində tibb mərkəzində yenidən yoxlamalar aparılmış və pozuntuların böyük hissəsinin aradan qaldırıldığı, lakin ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyət üçün tələb olunan xüsusi icazənin alınmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsaən hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, PHŞ tərəfindən İXM-in 268.0.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, inzibati xəta haqqında protokol və işdəki digər sənədlərlə təsdiq edilir. Ona görə də PHŞ İXM-in 268.0.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə X9 tədbirinin həyata keçirilməsi barədə Q-24/010 №-li qərara əsasən Şəxs PHŞ-də 15 yanvar 2024-cü il tarixdə planlı yoxlama tədbiri həyata keçirilmişdir. 15 yanvar 2024-cü il tarixli, P-24/010 nömrəli Yoxlama Aktından görünür ki, Şəxs PHŞ tərəfindən ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyətin həyata keçirmək üçün Xüsusi icazə Dövlət Agentliyindən alınmalı, Radioloji şəraitin istehsalat nəzarətinin həyata keçirilməli, müəsisənin radioloji-gigiyenik pasportu tərtib edilməlidir. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1998-ci il tarixli Fərmanının 3-cü bəndinə əsasən “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” xx.xx.1997ci il tarixli Qanununun 10-cu maddəsində göstərilən ionlaşdırıcı mənbələrdən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazə tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 aprel tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş "İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən xüsusi icazə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra - ərizəçilər) bu Qaydaların 1.1-ci bəndində göstərilən fəaliyyət növünü həyata keçirməyə icazə verən rəsmi sənəddir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən “Xüsusi icazə” almaq üçün ərizəçi Fövqəladə Hallar Nazirliyinə 2-ci bənddə sadalanan zəruri məlumatları təqdim etməlidir. Həmçinin 2.1.5-ci hissədə radioaktiv maddələrin hasilatı, istehsal, emalı və həmin maddələrdən istifadə ilə əlaqədar iş yerlərinin, radioaktiv maddələrin, radioaktiv mənbəli avadanlıq və cihazların saxlanması üçün binalar, məntəqə və anbarların fiziki mühafizəsinin təşkil edilməsi haqqında arayış və bu sahədə cavabdeh olan şəxs (şəxslər) haqqında məlumatı da təqdim etməlidir. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən Radiasiya təhlükəsizliyinin təmin olunmasında tələbləri yerinə yetirməyən və ya pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, mülki-hüquqi və cinayət məsuliyyətinə cəlb olunurlar. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlarda, habelə radiasiya nəzarəti aparılan ərazilərdə radiasiya təhlükəsizliyinin təmin edilməsi tədbirlərini həyata keçirir, onların effektivliyinin qiymətləndirilməsi (sahibkarlara münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) işini aparır. Məhkəmə iclasında Şəxsn direktoru X3 Aktına əsasən tibb mərkəzində aşkar olunmuş nöqsanların böyük əksəriyyətinin aradan qaldırılmasını qeyd etsə də müəssisə tərəfindən ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyətin həyata keçirilməsi üçün xüsusi icazənin alınmaması, bununla da radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsi onun izahatı və iş materialları ilə tam təsdiqini tapmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs X17 Azərbaycan Respublikası İXM-nin 268.0.1-cü maddəsi ilə təqsirli bilinib inzibati cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsinə əsasən radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsinə və ya pozulmasına, yəni ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114, 115, 128- 130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldi:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 12 000 (on iki min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Teymur Qurbanov