Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-374/2024 30.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1984 -ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1211/2020 saylı xx.xx.2020-ci il tarixli, 2(002)-3233/2019 saylı xx.xx.2019-cu il tarixli, 2(002)-2117/2020 saylı xx.xx.2020-ci il tarixli və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2316/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədlərini qərəzli olaraq icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, borclu Şəxs barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1211/2020 saylı xx.xx.2020-ci il tarixli, 2(002)-3233/2019 saylı xx.xx.2019-cu il tarixli, 2(002)- 2117/2020 saylı xx.xx.2020-ci il tarixli və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2316/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədləri mövcuddur. Belə ki, o, icra sənədlərini qərəzli olaraq icra etməmişdir. Hazırda 4644 manat məbləğində borc hesablanmışdır. Borclu icra sənədini tam icra etməsi ilə bağlı dəfələrlə xəbərdar edilsə də, çağırışlara gəlməmiş, görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin suallarına cavab olaraq icra məmuru X2 borclu Şəxs elektron sistemdə göstərilən və iş yeri kimi qeyd olunmuş hüquqi şəxsin hazırda fəaliyyət göstərmədiyini qeyd etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, işlədiyi hüquqi şəxsin işəgötürəni tərəfindən ixtisara düşməzdən əvvəl borcunu hissəli şəkildə ödəyirdi. Lakin, ixtisara düşdükdən sonra faktiki işsiz qalmış və maddi çətinlikləri yaranmışdır. Bundan sonra o, fəhləlik etməklə cüzi gəlir əldə etdiyindən ödənişləri həyata keçirə bilməmişdir. Göstərilənləri nəzərə alaraq, əməlində hər hansı qərəzin mövcud olmadığını, ödənişləri mütəmadi həyata keçirməməsinə səbəb isə hazırda işsiz və maddi çətinliklərinin olduğunu qeyd edərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3233/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1955 manat məbləğində əsas borc, 10 manat məbləğində dəbbə pulu və ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 1995 manat məbləğində pul cavabdeh Şəxs alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1211/2020 saylı xx.xx.2020-ci il tarixli məhkəmə əmrinə əsasən borclulardan (Şəxs) birgə qaydada kreditor "xxxx" MMC ilə bağlanmış öhdəlik müqavilələri üzrə 1238 manat əsas borc və 20 manat məbləğində ödənilməmiş dövlət rüsumu olmaqla, cəmi 1258 manat pul vəsaiti tutulması əmr edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2117/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1251 manat məbləğində əsas brc və 30 manat ödənilməmiş dövlət rüsumu olmaqla, cəmi 1281 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2316/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 100 manat məbləğində dövlət rüsumu Şəxsndsan tutularaq dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan icraata başlama haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1211/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə rəsmi qaydada borclu Şəxs göndərilmişdir. İş materiallarında olan icraata başlama haqqında xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2022-ci il tarixli qərarların surətindən görünür ki, qeyd edilən icra vərəqələri əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərarlar dərhal icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlərlə rəsmi qaydada borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası barədə bildirişlərdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq haqqında məktubdan görünür ki, Şəxs icra sənədlərinin icrasına dair xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs icra qeydi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1211/2020 saylı xx.xx.2020-ci il tarixli, 2(002)-3233/2019 saylı xx.xx.2019-cu il tarixli, 2(002)-2117/2020 saylı xx.xx.2020-ci il tarixli və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2316/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrasını təmin etməmişdir. Habelə hal-hazırki vaxtadək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsi həyata keçirilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını (İXM- 32.1.1) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-374/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-374/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver