Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-374/2025 17.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ RPİ-nin 10cu PŞ-nin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Babək rayonu, Sirab kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Həsənov X4 qəsəbəsində yerləşən “Zeytə” adlı kafedə qumar oyunlarında iştirak etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X2 protokolu müdafiə edərək, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, baş vermiş hadisə üzrə özünü tam təqsirli bilmir. O, tır şoferidir və həmin gün reysdən qayıdarkən həmin kafeyə yemək üçün gəlmişdir. Orada olarkən bir nəfər qumar oynayan şəxslərdən biri ona sadəcə oturması üçün masa ətrafındakı yerini vermişdir. Lakin o, həmin masa ətrafında oyuna qoşulmamış, sifariş etdiyi yeməyini gözləyərkən oyunu izləmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, həmin gün digər kafelər bağlı olduğundan, şam etmək üçün məkan tapmamış və “Zeytə” kafesinə gəlmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X8 ifadə verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə xidməti ərazidə reyd aparan zaman kafedə qumar oyunlarının təşkil edildiyi və 6 nəfər şəxsin oyunda iştirak etməsi və 1 nəfər digər şəxsin oyuna daxil olmadan oyunu kənardan izləməsi faktı tərəfindən video çəkilişlə müəyyən edilmişdir. Oyun masasından 84 manat məbləğində pul əskinasları, 26 ədəd oyun kartları aşkarlanmışdır. Həmin şəxslər polis şöbəsinə cəlb edilərək, izahatları alınmış, barələrində müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim edilmişlər. Həmçinin, o, Şəxs da oyunda bilavasitə iştirak edən şəxslər sırasınd olduğunu qeyd etmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Həsənov X4 qəsəbəsində yerləşən ”Zeytə” adlı kafedə qumar oyunlarında iştirak etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 00:22-də inzibati ərazidə ÇPA-nın 10-cu PB-nin əməkdaşları ilə 9698 çağırışlı avtomaşınla xidmətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocəsən yolunda yerləşən "Zeyte" kafesi bağlı olduğu halda 2-ci otağında 6 (altı) nəfər şəxsin masa arxasında pul müqabilində kart oyunları oynadığını, 1 (bir) nəfər şəxsin isə masanın kənarında onları izlədiyini aşkar edilmişdir. Dərhal videoçəkiliş vasitəsilə həmin anları lentə qeyd edərək şəxslərin şəxsiyyətlərini müəyyən edilmiş və məsələnin araşdırılması üçün 7 (yeddi) nəfər şəxsi PŞ-nə dəvət edilmişdir. Şöbədə olarkən məlum oldu ki, masa arxasında əyləşən şəxslər X10, X12, Şəxs, X5, X9, həmin obyekti icarə əsasında işlədən X6 və masanın kənarında oyunu izləyən X3r. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Şəxs alınmış izahatdan görünür ki, o, əməlindən səmimi peşmanlığını qeyd edərək, bir daha anoloji əməllərə yol verməyəcəyini bildirmişdir. İş materialında olan 01 ədəd diskə yerləşdirilmiş görüntülərdən aydın olur ki, polis əməkdaşları kafedən içəri daxil olan zaman qumar oyunlarının təşkil edildiyi müəyyən edilmişdir. Həmçinin Şəxs da oyun masasında əyləşmiş, polis əməkdaşlarının məkana daxil olduğunu görər-görməz qarşısında olan pul əskinazlarının və kartaların üzərini bağlamağa çalışır. Məhkəmə, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXMin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında proses iştirakçılarının izahatından və iş materiallarından müəyyən olunmuşdur ki, Həsənov X4 qəsəbəsində yerləşən ”Zeytə” adlı kafedə qumar oyunlarında iştirak etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 525-ci maddəsinə əsasən Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında materialda olan sübutlarla Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-374/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-374/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver