Məhkəmə qərarları › İş №3(002)-376/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-376/2022

28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-376/2022 28.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X2, Qaradağ RPİ-nin DYPŞ-nın YPX-nın inspektoru, polis serjantı X3 iştrakları ilə, X2, Qaradağ RPİ-nin DYPŞ-nın YPX-nın inspektoru, polis X1 tərəfindən tərtib edilmiş 08 fevral 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Füzuli rayonu, Aybasanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan X5 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Qaradağ RPİ-nin DYPŞ-nın YPX-nın inspektoru, polis X1 tərəfindən tərtib edilmiş 08 fevral 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin DYPŞ-nın YPX-nın inspektoru, polis X1 tərəfindən tərtib edilmiş 08 fevral 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və 08 fevral 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X5 08 fevral 2022-ci il tarixdə, saat 15:42 radələrində idarə etdiyi “Hyundai Getz” minik markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Qaradağ rayonu, Yuxarı Puta, 2 ünvanında əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuş və nəticədə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğuna görə 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X5 öz izahatında şikayətini onunla əsaslandırmışdır ki, Qaradağ rayon DYPŞ Yol Patrul Xidmətinin İnspektru polis X1 tərəfindən 08.02.2022-ci il tarixli TP ******* saylı qərar qəbul edilərək onu İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 60 manat məbləğində cərimə etmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, o, 08 fevral 2022-ci il tarixdə saat 15:42 radələrində idarə etdiyi “HYUNDAL GETZ minik” markalı 90UP972 dövlət qeydiyyat nişanlı avtomaşınla Qaradağ rayonu Yuxarı Puta 2 qəsəbəsində hərəkət edərkən yol hərəkəti qaydalarını pozmuşdur. O, heç bir qayda pozuntusu etməmişdir, bu barədə görüntü olmasını istəsə də ona heç bir görüntü göstərilməmişdir. O, Qızıldaş qəsəbəsi tərəfdən Puta qəsəbəsi istiqamətində hərəkət edərkən yolun sağında ötmə nişanı olmuş və həmin nişana uyğun ötmə hərəkəti etmiş, heç bir qanun pozuntusuna yol verməmişdir. Bu barədə o, səhəri gün 102 xidmətinə də müraciət etmişdir. O, avtomobili idarə edərkən heç bir qanunsuzluğa yol vermədiyini bildirsə də barəsində əsassız olaraq İXM-nin 327.2-ci maddəsi ilə cərimə olunmağına dair qərar qəbul etmişlər. Bu səbəbdən də barəsində tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Odur ki, barəsində tərtib edilmiş 08 fevral 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın YPX-nın inspektoru, polis X1 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, X5 08 fevral 2022-ci il tarixdə saat 15:42 radələrində idarə etdiyi “HYUNDAL GETZ minik” markalı 90UP972 dövlət qeydiyyat nişanlı avtomaşınla Qaradağ rayonu Yuxarı Puta 2 qəsəbəsində hərəkət edərkən “ötmə qadağandır” nişanının tələblərinə əməl etməyərək əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuş və barəsində özünün iştirakı ilə İXM-nin 327.2-ci maddəsinin tələblərinə uyğun protokol tərtib eilərək qərar qəbul edilmiş və 60 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan inzibati pozuntu ilə əlaqədar video görüntü mövcud olmaqla şəxsin həmin videogörüntü ilə istənilən vaxt gəlib DYPŞ-da tanış olması hüququ ona izah edilmişdir. Məhkəmə, şikayəti, iş materiallarını və tərəflərin izahatını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 08 fevral 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və 08 fevral 2022-ci il atrixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X5 həmin gün 15:42 radələrində Qaradağ rayonu Yuxarı Puta 2 qəsəbəsində “ötmə qadağandır” nişanının təsiri altında olan ərazidə hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla İXM-nin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin iştirakı ilə qeyd olunan inzibati pozuntunu özündə əks etdirən video görüntüyə baxış keçirilmişdir. Baxış zamanı X2 həqiqətən də İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini pozduğu aşkar olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbinə əsaəsn svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Məhkəmə baxışı zaman şikayətçi X5 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2, Qaradağ RPİ-nin DYPŞ-nın YPX-nın inspektoru, polis X1 tərəfindən tərtib edilmiş 08 fevral 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar