Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-376/2024 02.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızı, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxılmağa hazırlanması zamanı, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən qəbul edilmiş 24.1.2024-cü il tarixli 24-1-0-0/000-0426-1 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi adiyyəti üzrə Məhkəməsinə göndərilməlidir. Belə ki, 24.1.2024-cü il tarixli 24-1-0-0/000-0426-1 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan və ona əlavə edilmiş iş materiallardan görünür ki, Şəxs MMC tərəfindən Quba rayonu, Pirvahid kəndi ərazisində xx.xx.2023-cü il tarixdə Dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan məktəb binasının tikintisi aparılmış və 01 ədəd gilas ağacı kökündən çıxarılaraq məhv edilmişdir. İnzibati xəta haqqında protokoldan və digər sənədlərdən müəyyən olunur ki, inzibati xəta Quba rayonu, Pirvahid kəndi ərazisində törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxs tərəfindən hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. İnformasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı, yəni səlahiyyətli vəzifəli şəxsin inzibati xəta haqqında protokol tərtib etdiyi yerdə baxılmalıdır. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinin tələblərinə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad edərək hesab edir ki, inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş iş materialları baxılması üçün ərazi aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material baxılması üçün ərazi aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-376/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-376/2024
02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver