Məhkəmə qərarları › İş №3(002)-376/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-376/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-376/2025 13.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1978-ci ildə Kürdəmir rayonu, Muradxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Baki şəhəri, Qaradağ rayonu, Puta hərbi şəhərciyi, N sayli hərbi hissə ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu kəndi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 28 fevral 2025-ci il tarixdə, saat 00:22 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu, “Zeytə” adlanan kafedə qumar oyunlarında iştirak etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə 28 fevral 2025cü il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis kapitanı X5 tərəfindən qəbul edilmiş 28 fevral 2025-ci il tarixli protokoldan aydın olur ki, 28 fevral 2025-ci il tarixdə, saat 00:22-sə ƏÇPA-nın əməkdaşları ilə birgə Lökbatan- Xocahəsən yolunda yerləşən “Zeytə” kafesinin yoxlanılması zamanı otaqların birində altı nəfər şəxsin masa arxasında əyləşdiyi, stolun üzərində pul əskinasları və oyun kartları aşkar edilmişdir. Bütün hərəkətlər qeydə alınaraq X2, X6, X3, X4, Şəxs, X7 və X1 iştirakı ilə stolun üzərində üzərində iki ədəd 50 manatlıq, bir ədəd 20 manatlıq, iki ədəd 5 manatlıq pul əskinazları və 24 ədəd oyun kartları təqdim edilmişdir. Şəxslərin iştirakı ilə qeyd olunanlar və videolar qablaşdırılaraq materiala əlavə olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Abşeron rayonu, Qobu kəndində ailəsi ilə birlikdə yaşayır, evlidir. Ehtiyyatda olan hərbçidir. 28 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu, “Zeytə”kafesinə çay içmək üçün getmişdir. O kafeyə gedərkən dostları artıq qumar oynayırmış. O oyuna yenicə qoşulmuşdur ki, 38-ci PB-nın polis əməkdaşları kafeyə yaxınlaşaraq barələrində protokol tərtib etmişlər. O törətdiyi əməldən səmimi peşiman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ RPİ-nin 10-cu PŞ-na rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə tərəfin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində qumar oyununda iştirak etməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, məhkəmə baxışında mübahisələndirməyən videogörünütüdən də aydın olur ki, Şəxs qumar oyununda iştirak etmişdir. Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək oyun ləvazimatı, habelə qumara qoyulmuş 130 (yüz otuz) manat pul vəsaiti müsadirə edilməklə 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar