Məhkəmə qərarları › İş №3(002)-377/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-377/2022

11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-377/2022 11.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1980-ci ildə Tərtər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər rayonu, Poladlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Tərtər rayon Məhkəməsinin 2(061)-1221/18 saylı, 29 may 2018-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X10 protokolu müdafiə edərək bildirmişdir ki, Tərtər rayon Məhkəməsinin 2(061)-1221/18 saylı, 29 may 2018-ci il tarixli icra vərəqəsinə əsasən Tərtər rayon Məhkəməsinin 24 fevral 2015-ci il tarixli, 2(061)-172/2015 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün müəyyən olunmuş alimentin miqdarı artırılaraq cavabdeh Şəxs uşaqları - 22 may 2003-cü il təvəllüdlü Kərimova İlahə Mənsur qızı və 18 iyun 2004-cü il təvəlüdlü X14 oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ayda hər uşağa 120 manat omaqla cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. Borclunun hal hazırda 373 manat aliment borcu olmaqla icra məmurunun çağırışlarına gəlmir və icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Buna görə də borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 11 mart 2022-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 borclu Şəxs 373 manat aliment borcunu ödəməməsini, icra məmurunun çağırışlarına gəlməməsini və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alaraq inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır. O, hal-hazırda heç bir yerdə işləməsə də 2018-ci ildən hal-hazıradək aliment borcunu vaxtlıvaxtında ödəmiş, son bir neçə ayda isə heç bir qazanc əldə edə bilmədiyi üçün alimenti gecikdirmiş və bu günə cəmi 373 manat aliment borcu yaranmışdır. Hal-hazırda aliment borcundan dərhal 200 manat ödəyə biləcəyini, qalan borcunu isə “Novruz bayramı”nadək ödəyərək qrafikə düşəcəyinə söz vermişdir. Odur ki, inzibati borcunu ödəməkdən qəsdən yayınmamasının nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair heç bir hal müəyyən edilməmişdir. Əksinə məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu tərəfindən uzun müddətdir ki, aliment borcu vaxtında və tam olaraq ödənilmişdir. Bundan başqa borclu proses gedişində aliment borcundan 200 manat ödəmiş və yerdə qalan 173 manat məbləğində aliment borcunu isə qısa müddətdə ödəyəcəyinə söz vermişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar