Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-377/2024 21.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı X9 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin rəhbəri X3 və hüquqi şəxsin müdafiəçisi 18 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə, Şəxs barəsində (bundan sonra- Şəxs MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1, 266.2 və 271-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı X9 Təbii Sərvətlər İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1, 266.2 və 271-ci maddələri ilə xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Həmin inzibati xəta haqqında protokola əsasən Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş monitorinq zamanı Bakı şəhəri, Qaradağ rayonu ərazisində, Lökbatan dairəsi yaxınlığında həmin hüquqi şəxsə məxsus “Howo” markalı **-AG-***, “Shacman” markalı **-DR-*** və “Mercedes Benz” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilləri vasitəsi ilə tikinti-söküntü tullantılarının gətirildiyi, **-AB-*** və 47-T-264 dövlət qeydiyyat nişanlı ekskavatorlar vasitəsi ilə həmin tullantıların boş torpaq sahəsindəki çökək hissələrə basdırıldığı müəyyən edilmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1, 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı X9 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 protokolu müdafiə edərək bildirdi ki, 11 saylı X9 Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş monitorinq zamanı Bakı şəhəri, Qaradağ rayonu ərazisində, Qaradağ RPİ-nin yaxınlığında Şəxs MMC-yə məxsus “Howo” markalı **-AG-***, “Shacman” markalı **-DR-*** və “Mercedes Benz” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilləri vasitəsi ilə tikinti-söküntü tullantılarının gətirildiyi, **-AB-*** və 47-T-264 dövlət qeydiyyat nişanlı ekskavatorlar vasitəsi ilə həmin tullantıların boş torpaq sahəsindəki çökək hissələrə basdırıldığı müəyyən edilmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1, 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili X4 bildirdi ki, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan tərəfindən sözügedən əraziyə atılmış tullantıların hansı növə və ya mənşəyə aid olduğu dəqiq qeyd edilməmişdir. Belə ki, həmin əraziyə atılmış kütlələr “tullantı” kimi qeyd edilsə də əslində onlar torpaq kütləsidir. Tullantılar haqqında Azərbaycan Respublikasının Qanunda torpaq kütlələri tullantı kimi göstərilməmişdir. Lakin, tərtib olunmuş inzibati xəta haqqında protokolun tərkibinin əsası kimi qeyd edilmiş maddələrin dispozisiyasında tullantıların istehsalat və ya məişət tullantılarının adı çəkilir. Hüquqi şəxsə məxsus maşınlar vasitəsilə həmin əraziyə torpağın boşaldılma səbəbi isə hüquqi şəxsin sifariş əsasında başqa şirkətlərə ödənişli xidmət göstərmək üçün razılaşma əldə etməsidir. Beləliklə, əraziyə atılmış kütlələrin yalnızca torpaqdan ibarət olduğunu qeyd edərək, hesab edilir ki, hüquqi şəxs barəsində tərtib edilmiş protokol əsassızdır. Eləcə də həmin ərazinin bu səbəbdən çirkləndirilməsi halı ümumiyyətlə sübuta yetirilmir, sübut edilirsə belə, bu inzibati xəta hadisəsinin törədilməsində Şəxs MMC təqsirli deyildir. Şəxs MMC barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı X9 Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokolun ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq vəkil bildirdi ki, razılaşma əldə edilmiş digər hüquqi şəxs tərəfindən həmin ərazidə abadlaşdırma işləri aparılır və sifariş əsasında Şəxs MMC-nin maşınları tərəfindən inzibati xəta hadisəsi törədilmiş ərazidə yerləşən çirkli gölməçələrin üzərinə torpaq kütlələri tökməklə qurudulması təmin edilir. Torpağı daşıyan avtomaşınlar Şəxs MMC tərəfindən verilmiş etibarnamələr vasitəsilə sifariş əsasında ödənişli xidmət göstərirlər. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin rəhbəri X6 protokola etiraz edərək bildirdi ki, torpağı daşıyan avtomaşınlar tərəfindən verilmiş etibarnamələr vasitəsilə sifariş əsasında ödənişli xidmət göstərirlər. Bundan başqa inzibati xəta haqqında protokol tərtib olunan zaman səlahiyyətli orqan tərəfindən hüquqi şəxsə heç bir məlumat verilməmişdir. Məhkəmə bildirişi əldə etdikdən sonra bu inzibati xəta haqqında protokol barədə xəbərdar olmuşdur. Rəhbərlik etdiyi hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı X9 Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 11 saylı X9 Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 065 nömrəli, xx.xx.2023-cü il tarixli monitorinq aktından görünür ki, Qaradağ rayonu ərazisində ətraf mühitin mühafizəsi haqqında və Tullantılar haqqında Azərbaycan Respublikasının Qanunları və ətraf mühitin mühafizəsi sahəsində qəbul edilmiş digər qanunvericilik aktlarının icra olunması vəziyyətinin araşdırılması məqsədilə monitorinq keçirilmiş və Bakı şəhəri, Qaradağ rayonu ərazisində, Qaradağ RPİ-nin yaxınlığında Şəxs MMC-yə məxsus “Howo” markalı **-AG-***, “Shacman” markalı **-DR-*** və “Mercedes Benz” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilləri vasitəsi ilə tikinti-söküntü tullantılarının gətirildiyi, **-AB-*** və 47-T-264 dövlət qeydiyyat nişanlı ekskavatorlar vasitəsi ilə həmin tullantıların boş torpaq sahəsindəki çökək hissələrə basdırıldığı müəyyən edilmişdir. Həmçinin, Tərlan Bəşirov adlı şəxsin təqdim etdiyi mobil nömrə ilə əlaqə saxlanılmış və Şəxs MMC-nin sahibi kimi təqdim edən “Fariz” adlı şəxs həmin tullantıların daşınmasına, boşaldılmasına və qalaqlanmasına dair hər hansı sənədinin olmadığını şifahi şəkildə bildirdi. Araşdırma müddətində əldə olunan sənədlər və ərazidən çəkilən fotoşəkillər akta əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 11 saylı X9 Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 83272 nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Qaradağ rayonu ərazisində ətraf mühitin mühafizəsi haqqında və Tullantılar haqqında Azərbaycan Respublikasının Qanunları və ətraf mühitin mühafizəsi sahəsində qəbul edilmiş digər qanunvericilik aktlarının icra olunması vəziyyətinin araşdırılması məqsədilə monitorinq keçirilmiş və Bakı şəhəri, Qaradağ rayonu ərazisində, Qaradağ RPİnin yaxınlığında Şəxs MMC-yə məxsus “Howo” markalı **-AG-***, “Shacman” markalı **- DR-*** və “Mercedes Benz” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilləri vasitəsi ilə tikinti-söküntü tullantılarının gətirildiyi, **-AB-*** və 47-T-264 dövlət qeydiyyat nişanlı ekskavatorlar vasitəsi ilə həmin tullantıların boş torpaq sahəsindəki çökək hissələrə basdırıldığı müəyyən edilmişdir. Həmçinin, Tərlan Bəşirov adlı şəxsin təqdim etdiyi mobil nömrə ilə əlaqə saxlanılmış və Şəxs MMC-nin sahibi kimi təqdim edən “Fariz” adlı şəxs həmin tullantıların daşınmasına, boşaldılmasına və qalaqlanmasına dair hər hansı sənədinin olmadığını şifahi şəkildə bildirdi. Araşdırma müddətində əldə olunan sənədlər və ərazidən çəkilən fotoşəkillər akta əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı X9 Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş Şəxs MMC barəsində xx.xx.2023cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq, belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1, 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Bundan əlavə, inzibati xəta haqqında protokol tərtib etmiş orqan inzibati xəta hadisələrinin Şəxs MMC tərəfindən törədilməsini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı X9 Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 065 nömrəli, xx.xx.2023-cü il tarixli, 83272 nömrəli, xx.xx.2023-cü il tarixli aktlar və fotoşəkillər əsasında təsdiq olunduğunu qeyd etmişdir. Lakin, məhkəməyə təqdim edilmiş fotoşəkillər yalnız nəqliyyat vasitələrinin rəsmlərindən ibarətdir, 11 dekabr 2023-cü il tarixli, 83272 saylı aktda isə Şəxs MMC-nin əməkdaşı kimi adı qeyd olunmuş şəxs olsa da həmin şəxsin monitorinq zamanı iştirakını təsdiq edəcək hər hansı sənəd əlavə edilməmiş, beləliklə Şəxs MMC-nin inzibati xəta hadisəsi törədilən əraziyə aktda qeyd edilən növ tullantıların boşaldılması və qalaqlanması təqdim edilmiş fotoşəkillərdən müəyyən olunmamış, inzibati orqanın nümayəndəsi isə inzibati xəta haqqında protokola dair izahatını təqdim edərkən hadisənin baş verməsini təsdiqləyəcək faktların yalnız iş materiallarına əlavə olunmuş fotoşəkillərdən ibarət olduğunu qeyd edərək hər hansı əlavə sübut təqdim etməmişdir. Bundan əlavə təqdim olunmuş sənədlərlə inzibati xəta haqqında protokolda qeyd olunan inzibati xəta hadisəsinin ümumiyyətlə mövcud olması və həmin hadisənin məhz Şəxs MMC tərəfindən törədilməsi halı sübuta yetirilmir. Eyni zamanda barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs MMCnin nümayəndəsi onların protokolun və aktın tərtib olunması zamanı məlumatsız olmalarını və iştirak etmədiklərini məhkəmənin diqqətinə çatdırmışdır. Protokol birtərəfli qaydada tərtib edildiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi izahat vermək, protokolun məzmunu barəsində öz rəy və mülahizələrini bildirmək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək hüquqlarından məhrum edilmişdir. Tullantılar haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən istehsalat tullantıları - istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələrdir. Məişət tullantıları (bərk məişət tullantıları) əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1, 266.2 və 271-ci maddələri ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1, 266.2 və 271-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-377/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-377/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver