Məhkəmə qərarları › İş №3(002)-379/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-379/2021

31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-379/2021 31.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şəxs iştirakı ilə, xx xxx 1986-ci ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu İmamqulubəyli kəndində qeydiyyatda olmaqla Beyləqan rayonu, “Kolxsoztroy” qəsəbəsində yaşayan Şəxs barəsində Bakı şəhər BPİ-nin X1 İdarəsindən daxil olmuş inzibati materiala, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə “Ford Cargo 3430” yük markalı ** BP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində saxlanılarkən xüsusi texniki vasitə ilə tibbi müayinədən keçirilərkən onda alkoqol sərxoşluğu olduğu məlum olmuşdur. Buna görə də onun barəsində həmin gün saat 01:26 radələrində İXM-nin 333.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında bildirmişdir ki,hadisə günü, yəni xx xxxxxx 2020-ci il tarixdə axşam radələrində onu X1i əməkdaşı saxlamış və ondan alkoqol iyi gəldiyi üçün xüsusi texniki vasitə ilə tibbi müayinədən keçirilmiş və onda alkoqol müəyyən edilmişdir. Daha sonra isə polis əməkdaşına həkimdən keçməyə ehtiyacının olmadığını bildirmiş, lazımi sənədləri imzalamışdır. Şəxs əməlindən peşman olduğunu,bir daha belə hallara yol verməyəcəyini və məhkəmədən cərimə növündə inzabati tənbeh tədbirinin görülməsini xahş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər BPİ-nin X1 İdarəsinə məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə, işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 21 noyabr 2020-ci il tarixli İXP ******* protokoldan aydın olur ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə “Ford Cargo 3430” yük markalı ** BP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində saxlanılarkən xüsusi texniki vasitə ilə tibbi müayinədən keçirilərkən onda alkoqol sərxoşluğu olduğu məlum olmuşdur. Buna görə də onun barəsində həmin gün saat 01:26 radələrində İXM-nin 333.1 maddələrinə əsasən inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş İN 642517 saylı xx.xx.2020-ci il tarixli alkotestr qəbzindən aydın olur ki, Şəxs xx.xx.2020-ci ildə saat 00:49-də alkoqolun miqdarı 0,418 % olduğu aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli “sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldan aydın olur ki, Şəxs alkoqol sərxoşluğu altında avtomobili idarə etmişdir. Həmin protokoldan aydın olur ki, Şəxs spirtli içki içdiyini etiraf etmiş və texniki göstərici ilə razılaşaraq həkim müayinəsinə ehtiyacı olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələblərinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 209 saylı “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.2-ci bəndində qeyd edilmişdir ki,nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin Qərarın 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin Qərarın 2.4-cü bəndinin tələblərinə görə xüsusi texniki vasitə qanda alkoqolun konsenrtasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixitrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları və iş üzrə hər hansı bir ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar