Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-38/2023 09.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının Vİ tağım baş yol patrul xidməti inspektoru, polis baş leytenantı X1 və Vİ tağım inspektoru, polis baş serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1991-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayonu, Zümürxan kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 09 yanvar 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarından aydın olur ki, Şəxs 03 və 04 yanvar 2023-cü il tarixlərdə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə 08 yanvar 2023-cü il tarixdə, təxminən 10:53 radələrində Bakı-Qazax-Gürcüstan yolunun 56-cı kilometrində süni tıxac vasitəsilə saxlanılarkən nəqliyyat vasitəsini sürücülük hüququ və avtomobilə aid etibarnaməsi olmadan, o cümlədən nəqliyyat vasitəsini narkotik sərxoşluğu altında idarə etdiyi müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 327.3-cü, 334.1-ci, 342.9-cu və 511.1.3cü maddələrinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının Vİ tağım baş yol patrul xidməti inspektoru, polis baş leytenantı X4 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs heç bir hüquqi əsası olmadan idarə etdiyi “Mercedes” markalı, ** GF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 03 yanvar 2023-cü il tarixdə Bakı şəhəri avtovağzal istiqamətində qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan zaman avtomobilin dövlət qeydiyyat nişanının üstünü parça ilə örtmüş, avtomobilin axra nömrə nişanı tanınmasın deyə arxa yük yerini açıq vəziyyətdə saxlayıb hərəkət iştirakçılarına maneə törətdiyi üçün ona yaxınlaşan yol polisi əməkdaşlarına tabesizlik göstərərək içərisində sərnişin olan avtomaşını qəflətən hərəkətə gətirərək hərəkət iştiakçıları üçün yüksək təhlükə yaradaraq təhlükəli manevrlər etməyə başlamış, hətta avtomobillə piyadalar üçün nəzərdə tutulmuş səkiyə qalxaraq oradan yenidən avtomobil yoluna çıxmış və bu zaman başqa avtomaşına zərər yetirmiş və həmin ərazini tərk etmişdir. Növbəti gün, yəni 04 yanvar 2023-cü il tarixdə həmin avtomobilin Bakı şəhərindən Ələt istiqamətində hərəkət etdiyi müşahidə edilmiş, avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılarkən sürücü təkrarən verilən saxlama işarəsinə tabe olmayaraq təhlükəli manevrlər etməklə və hətta magistral yolda yolun hərəkət istiqamətinin əksinə yüksək sürətlə avtomobili idarə edərək çıxıb getmişdir. Bundan sonra 08 yanvar 2023-cü il tarixdə Qaradağ rayonunun inzibati ərazisində Bakı Qazax- Gürcüstan sərhəd yolunun 47.5-ci kilometrində yerləşən stasionar YPX postunda xidmətdə olarkən anoloji qaydada və qanun pozuntularına yol verərək yayındığına görə axtarış elan olunmuş “Mercedes” markalı, ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilin rayon istiqamətindən Bakı şəhərinə doğru hərəkətdə olması barədə radiorabitə vasitəsilə məlumat daxil olmuşdur. Buna görə də həmin avtomobilin sürücü rayondan qayıdarkən saxlanılması məqsədilə süni tıxac yaradılmış, nəqliyyat vasitəsinin saxlanması üçün stasionar postda nəqliyyat vasitəsini saxlama barədə işarə verilmiş, sürücü buna məhəl qoymayaraq hərəkətini davam etdirmişdir. Bu müddətdə ictimai qaydanı və əhalinin dincliyini kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verməklə hərəkətin digər iştirakçılarına həyati təhlükə yaratmaqla avtoxuliqanlıq hərəkətlərinə yol vermişdir. Görülmüş tədbirlər nəticəsində nəqliyyat vasitəsi Bakı-Qazax- Gürcüstan yolunun 56-cı kilometrində məcburi qaydada dayandırılmış və yoxlama zamanı nəqliyyat vasitəsinin sürücüsünün xx xxxxxxxx 1991-ci il təvəllüdlü Bərdə rayon sakini Şəxs sürücülük hüququnun və avtomobilə aid etibarnaməsinin olmadığı aşkar edilmişdir. Sürücünün narkotik sərxoşluğu halında nəqliyyat vasitəsini idarə etdiyinə dair şübhələr yarandığından saat təxminən 17:00 radələrində ərazi narkoloji dispanserə aparılmış, orada sürücüdən götürülən analizə əsasən onun həqiqətən də nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etdiyi müəyyən olunmuşdur. O öz izahatında daha sonra göstərmişdir ki, sürücü Şəxs yuxarıda qeyd olunan hərəkətləri videokameralar vasitəsilə görüntüyə alınmışdır. Bununla da Şəxs İXMnin 327.3, 334.1, 342.9 və 511.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Bundan sonra sürücü tabesizlik göstərdiyi üçün 08 yanvar 2023-cü il tarixdə, saat 18:00-da 11-ci Polis bölməsinə təhvil verilmişdir. Bu gün, yəni 09 yanvar 2023-cü il tarixdə sürücü Qasımov X3 rayon Məhkəməsinə gətirilmişdir. Bütün bunların nəzərə alınaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini və barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının Vİ tağım inspektoru, polis baş serjantı X5 öz izahatında polis baş leytenantı X1 göstərikdlərini bir daha təsdiq edərək eyni məzmunlu izahat vermiş və Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında bildirmişdir ki, Bərdə şəhərində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır, qeyri-qanuni sürücülük fəaliyyəti ilə məşğul olur, evlidir, iki azyaşlı övladı var. “Mercedes” markalı, ** GF *** dövlət qeydiyyat nişanlı avtomobil dostuna məxsus olmaqla onu etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə edir. 2023-cü ilin yanvar ayının 3-də Bakı şəhəri avtovağzal əraziisndə idarə etdiyi “Mercedes” markalı, ** GF *** dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq sərnişin daşımaq məqsədilə qanunsuz yerdə gözləyərkən kameralara düşməmək üçün avtomaşının arxa yük yerini açıq saxlamış və dövlət nömrə nişanının üzərini parça ilə örtmüşdür. Bu zaman ona yaxınlaşan yol polisi əməkdaşının qanuni tələbinə tabe olmayaraq anidən içərisində sərnişin olan avtomaşına əyləşərək oradan qaçmağa çalışmışdır. Buna görə də məcbur olub təhlükəli manevlər etmiş və hətta avtomobili piyadalar üçün nəzərdə tutulmuş səki ilə idarə etmiş və hansısa naməlum avtomaşını vuraraq polisdən yayınmağa müvəffəq olmuşdur. Növbəti gün yəni, 04 yanvar 2023-cü il tarixdə Qaradağ rayonundan Bərdə rayonu istiqamətində içərisində sərnişin olan avtomobillə hərəkət edərkən Qaradağ rayonu ərazisində yerləşən 719 saylı stasionar posta az qalmış süni tıxac yaradıldığını görmüş, həmin tıxacın onu tutmaq məqəsdilə yaradıldığından şübhələnmiş, yol polisi əməkdaşları tərəfindən verilən saxlama işarəsinə tabe olmayaraq təhlükəli manevrlər etməklə, yol patrul xidməti əməkdaşlarının idarə etdiyi xidməti avtomobilə zərər yetirməklə və hətta magistral yolda yolun hərəkət istiqamətinin əksinə yüksək sürətlə avtomobili idarə edərək qaçmağa müvəffəq olmuşdur. Bundan sonra gizli yollarla Bərdə rayonuna qayıtmış və sonuncu dəfə 08 yanvar 2023-cü il tarixdə Bakı istiqamətində gələrkən yol polisi əməkdaşlarının saxlama əmrinə məhəl qoymayaraq hərəkətini davam etdirmişdir və Bakı-Qazax-Gürcüstan yolunun 56-cı kilometrində, yanacaqdoldurma məntəqəsinin həyətində məcburi qaydada dayandırılmışdır. Bundan sonra onun barəsində protokol tərtib edilərək təxminən saat 17:00 radələrində tibbi müayinədən keçirilmiş, təxminən saat 18:00 radələrində isə 11-ci PB-na aparılmış və səhərə qədər orada qalmışdır. Özü narkotik vasitə olan metanfetamin istifadə edir. O öz izahatında sürücülük vəsiqəsi olmadan təxminən səkkiz ilə yaxın müddətdə taksi fəaliyyəti ilə məşğul olduğunu, törətdiyi əməldən peşiman olduğunu bildirirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə təqdim edilmiş videogörünütüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs həqiqətən 03, 04 və 08 yanvar 2023-cü il tarixlərdə ictimai qaydanı və əhalinin dincliyini kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verməklə hərəkətin digər iştirakçılarına həyati təhlükə yaratmaqla avtoxuliqanlıq hərəkətlərinə yol vermişdir. İş materialına əlavə olunmuş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarına əlavə 08 yanvar 2023-cü il tarixli, 148 nömrəli tibbi müayinə aktından aydın olur ki, Şəxs 08 yanvar 2023-cü il tarixdə, saat 17:05-də tibbi müayinədən keçirilərkən onda alkoqol sərxoşluğu vəziyyəti olmamış, lakin matenfetamin qəbulu faktı aşkar edilmişdir. AMP testi (+) pozitivdir. Məhkəmə iş materillarını araşdıraraq və işdə iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə əsas cəza növü kimi inzibati qaydada həbs edilməklə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması daha ədalətli və məqsədə müvafiqdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar Şəxs hüquqları 08 yanvar 2023-cü il, təxminən saat 18:00 radələrində məhdudlaşdıırlmışdır. Buna görə də məhkəmə inzibati həbsin həmin tarixdən hesablanmasını qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsinə əsasən bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 08 yanvar 2023-cü il saat 18:00-dan hesablansın və həbsin sonu 28 yanvar 2023-cü il saat 18:00 müəyyən edilsin. 3.Qərarın icrası Qaradağ RPİ-yə, Qaradağ RPİ-nin 11-ci PB-nə və BDYPİ-nin YPX alayına həvalə edilsin. 4.Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-38/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-38/2023
09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver