Məhkəmə qərarları › İş №3(002)-38/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-38/2024

25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-38/2024 25.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon prokurorluğundən daxil olmuş inzibati xəta haqqında materiala Qaradağ rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ rayon prokurorluğundan məhkəməyə baxılması üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati material daxil olmuşdur. Məhkəmə təqdim edilmiş sənədlərdən görünür ki, vəzifəli şəxs Şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən X5 X10 MMC-də baş energetik vəzifəsində işləyərkən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq edilən “hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydalarının 3.1, 4.11 və 4.11.4-cü bəndlərinin tələblərinə əməl etməli, yəni hündürlükdə görülən işlərin icrası ilə əlaqədar təhlükəsilzik tədbirlərini təşkil etməli olduğu halda bunlara əməl etməyərək, Azneft İB-nin X10 MMC-nin istilik qazanxanasının havalandırma qurğusunda təmir işləri aparılan zaman xx.xx.2023-cü il tarixdə MMC-də elektrik qaynaqçısı işləyən X11,98 metr hündürlükdə qaynaq işləri apararkən istifadə etdiyi nərdivanın sürüşməsi nəticəsində yerə yıxılmasına və sağ biləyin qayıqvari sümüyünün qapalı yerinidəyişmiş sınığı və aypara sümüyünün çıxığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulması inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon prokurorluğuna inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndə məhkəmə iclasına gəməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, inzibati xəta haqqında işlər üzrə icraata Qaradağ rayon prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən Şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən Azneft İBnin X10 MMC-də baş energetik vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə tapşırığına əsasən Cavid Musayıbova istilik qazanxanasına hava vurucu quraşdırması üçün təlimatlar vermişdir. Cavid Musayıbov iş görən zaman nərdivanla davranış qaydalarını pozmuş, bir ayağı nərdivanda, bir ayağı 400-lük borunun üzərində olduğu üçün nərdivanın tarazlığını pozmuş, nəticədə yıxılaraq xəsarət almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Azneft İB-nin X10nda istilik qazanxanasının arxasıdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 746 saylı rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş xəsarət sağ biləyin qayıqvarı sümüyünün qapalı, yerinidəyişmiş sınığı və aypara sümüyün çıxığı bərk küt əşya təsirindən tibbi yardım üçün Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstituna müraciət etdiyi xx.xx.2023-cü il tarixdə və şəraitdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlğıa az ağır zərərvumaya aid edilir.C.Ş.Musayibovun almış olduğu xəsarətin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarət şəxsin hündürlükdən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunmur. İş materiallarında olan məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7974 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydalarının 3.1, 4.11, 4.11.4, 10.6, 10.9, 10.9.3 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. Hündürlükdə görülən işlərin icrası ilə əlaqədar təhlükəsizlik tədbirləri təşkil olunmadığına görə, Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydalarının 3.1, 4.11, 4.11.4 bəndlərinin tələbləri X10 MMC-nin baş energetiki tərəfindən pozulmuşdur. Yer səthindən 1,98 m hündürlükdə olan havalandırma qurğusunda qaynaq işlərinin aparılması ilə əlaqədar söykənmə nərdivanından istifadə olunmaqla təhlükəsizlik tədbirləri təmin edilmədiyinə görə, Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydalarının 4.11, 4.11.4, 10.6, 10.9, 10.9.3 bəndlərinin tələbləri X10 MMC-nin sahə rəisi tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmiş X3 özü tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarının pozulması halı müəyyən edilmir. İş materiallarında olan 08 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs və X4 barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialların Şəxs və X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün Qaradağ rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan Qaradağ Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokol, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 746 saylı rəyi, məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2023cü il tarixli, 3-16-16/2-10/7974 nömrəli rəyi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 dekabr 2023-cü il tarixli qərar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs ilk dəfə inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, iş üzrə məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq sonuncuya Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar