Məhkəmə qərarları › İş №3(002)-381/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-381/2021

04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-381/2021 04.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi Şəxs iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nəsimi rayonu, M.Qardaşları küçəsi, 98 yataqxana ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X4 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhər BPİ-nin Dövlət X4 daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 08:46-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə” Ticarət Mərkəzinin qarşısında idarə etdiyi “CHANGAN” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bu barədə Bakı şəhər DYPİ-nin YPX inspektoru polis kiçik serjantı X2 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə səhər saat 08:40 radələrində ona məxsus **-BF-*** nömrəli avtomobili ilə hərəkətdə olarkən “Binə” Ticarət Mərkəzinin qarşısında DYP əməkdaşı tərəfindən onun avtomobilinə saxla işarəsi verilmişdir. Avtomobili saxlayan zaman əsassız yerə üç dəfə yerdəyişmə etmişlər və hər dəfəsində “xanım, burada saxlamayın, bura komandirin yeridir”, “bura komandirin maşınının qarşısıdır” kimi ifadələr işlədilərək, səs-küy salınmış, avtomobilinin saxlanmasını zamanı prosessual qaydalar pozularaq bu proses şouya çevirilmişdir. Nəhayət ki, avtomobilini saxlamağa yer tapmışdır. Avtomobilinə iki nəfər polis əməkdaşı yaxınlaşmış, bu zaman da prosessual, eləcə də etik qaydalar əhəmiyyətli dərəcədə pozulmuş, əməkdaşlar özlərini təqdim etməmiş, onun sənədlərini istəmişlər. Lakin hansı səbəblə saxlanıldığı ona izah edilməmiş, qəfil hərəkətlə ona tanış olmayan cihaz avtomobilinin içərisinə uzadılaraq, psixoloji gərginlik yaradılaraq ondan “bir dəfə üfürün” ifadəsi işlədilərək üfürməsi tələb olunmuşdur və cihaz haqqında da heç bir məlumat verilməmişdir. Sərxoş vəziyyətdə olduğu bildirilmiş, dəfələrlə içkili olmadığını bildirməsinə baxmayaraq DYP-nin avtomobilinə oturulmağı tələb edilmişdir. Daha sonra polis əməkdaşı yüksək səslə “etiraf edin ki, içmisiz” deməyini tələb etmiş, sanki inzibati protokol tərtib etmir, cinayətkarı dindirir kimi rəftar etmişdir. Polis əməkdaşlarının psixoloji təsiri, yaratdıqları gərginlik və hipnozu altında 0,004 promil alkoqol içkisi ilə razı olduğunu bildirmişdir. Saxlandığı gündən bir neçə gün öncə konyaklı şokoladla çay içdiyini xatırlamışdır. Güman etmişdir ki, bəlkə də az miqdarda alkoqol ola bilər, lakin sərxoşluğa gətirəcək qədər deyil. Həmin vaxt ona protokol təqdim olunmamışdır. Avtomobilinə sürücü təyin edilmiş, avtomobili Qaradağ Rayon Polis İdarəsi qarşısında yerləşdirilmişdir. Daha sonra taksi ilə o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə getmiş, saat 09:50 radələrində həkim müayinəsindən keçən zaman ayıq vəziyyətdə olmağı müəyyən olunmuşdur. Daha sonra öz izahatında qeyd etmişdir ki, protokolda göstərildiyi kimi İXM-nin 327.1-ci maddəsi ilə saxlanmağı ona sonradan “asanpay” vasitəsilə cərimə barədə məlumat gəldikdə məlum olmuşdur. İçkili olmadığı kimi, İXM-nin 327.1-ci maddəsi ilə də heç bir qayda pozuntusu etməmişdir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X7 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X6 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldan görünür ki, xx xxxxxx 2021-ci il tarixdə saat 08:40-da müayinə olunan Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin protokolda sürücü “bir daha spirtli içkinin təsiri altında olduğum müddətdə avtomaşın idarə etməyəcəm, alkotesterin göstəricisi ilə, 0,004 promillə razıyam, həkimə ehtiyac yoxdur” sözlərini qeyd etmiş və protokolu imzalamışdır. - Tibbi müayinə protokoluna əlavə edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxsnun xx xxxxxx 2021-ci il tarixdə saat 08:39-da keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0,437% olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 2/2068 saylı, xx xxxxxx 2021-ci il tarixli aktdan görünür ki, xx xxxxxx 2021-ci il tarixdə saat 09:50-də müayinə olunan Şəxs ayıq olduğu müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində İXM-nin 333.1-ci maddəsinə münasibətdə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə prosessual hərəkətlər barəsində hal şahidlərinin qeydləri protokolda göstərilir. İş materiallarını nəzərdən keçirərkən müəyyən edilir ki, Şəxsnun barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas yalnız “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokol olmuşdur. Qeyd edilən protokoldan və inzibati xəta haqqında protokoldan aydın olur ki, sərxoşluq vəziyyətinin müayinəsi zamanı hal şahidlərinin iştirakı təmin edilməmiş, bununla bağlı müvafiq qeydlər aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən X3 işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda X3 işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində tərtib edilmiş protokolda onun xx xxxxxx 2021-ci il tarixdə saat 08:46-da tibbi müayinədən keçərkən sərxoş olması qeyd edilsə də, həmin gün 09:50 radələrində yenidən müayinə zamanı ayıq olduğu müəyyən edilmişdir. Göründüyü kimi Şəxsnun barəsində eyni gündə iki fərqli rəylər verilmişdir. Bundan başqa Şəxs barəsində inzibati araşdırma aparılarkən hal-şahidlərinin iştirakı da təmin edilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs barəsində xx xxxxxx 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərkən o, protokolu imza etməkdən və izahat verməkdən imtina etməsinə baxmayaraq protokolu tərtib edən şəxs tərəfindən onun həmin vaxt həkim müayinəsindən keçirilməsi hansısa naməlum səbəbdən təmin edilməmiş və bununla da qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə, X1vericiliyin tələblərini əsas götürürək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 2/2068 saylı, xx xxxxxx 2021-ci il tarixli aktı mötəbər sübut kimi qiymətləndirir və ona görə də Şəxsnun xx xxxxxx 2021-ci il tarixdə ayıq olması qənaətinə gəlir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar